Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 5 il öncə qəbul edilən qərar

5 il öncə qəbul edilən qərar

24.01.2023 [10:55]

Yeganə

Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına əsasən, hər il yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. BMT Baş Assambleyası 2018-ci ilin dekabr ayında sülh və inkişafın təmin edilməsində təhsilin vacibliyini qeyd etmək üçün bu günün təsis olunduğunu elan edib. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Beynəlxalq Təhsil Gününün qeyd edilməsi ilə bağlı qətnamə 59 üzv dövlət tərəfindən qəbul olunub. Beləliklə, hamı üçün inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmin olunmasında dəyişdirici səyləri dəstəkləmək üçün sarsılmaz siyasi iradə nümayiş etdirilib. BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

Beynəlxalq Təhsil günü bu il “Təhsil İnsan Kapitalına İnvestisiya Vasitəsi” devizi ilə qeyd olunacaq. Bununla bağlı tədbir yanvarın 25-də YUNESKO-nun Nyu-Yorkdakı qərargahında baş tutacaq. Təşkilatın bəyanatında qeyd olunub: “Beynəlxalq Təhsil Günü-2023 siyasi səfərbərliyi davam etdirmək, milli öhdəlikləri və qlobal təşəbbüsləri irəli sürmək, sülhə, davamlı inkişafa, fərdi və kollektiv rifaha aparan yol kimi təhsilin lehinə ictimai fəallığı artırmaq üçün qlobal platforma olacaq”.

Beynəlxalq təşkilatların məlumatına görə, Nigeriyada 20 milyona yaxın uşaq məktəbə getmir. 2020-ci il üçün 10,5 milyon rəqəmi ilə müqayisədə bu, böyük artımdır. Bildirilib ki, məktəbdən yayınma hallarına bir neçə amil - yoxsulluq, cəhalət, pis məktəb şəraiti, zorakılıq, məktəb fobiyaları, akademik problemlər təsir göstərib. YUNESKO 2023-cü ili Əfqanıstanda təhsil hüququndan məhrum edilmiş qızlara və qadınlara həsr edib. Qurumun məlumatına görə, hazırda dünyada 244 milyon uşaq və gənc məktəbə getmir.

Azərbaycanda isə təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq təmin olunub. Hazırda ölkəmizdə təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31