Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Demokratiya Sammiti”nin ikinci raundu...

“Demokratiya Sammiti”nin ikinci raundu...

01.02.2023 [10:57]

Proqnozlar, perspektivlər və reallıqlar nəyi diktə edir?

Mart sammiti yeni nizamın formalaşdırılmasında əhəmiyyətli rol oynaya bilər

2021-ci ilin dekabrında baş tutmuş və yeni dünya düzəninin formalaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirilən Demokratiya Sammitinin ikinci raundu öncəsi maraqlı proseslər yaşanmaqdadır.

Qeyd edək ki, ABŞ 2023-cü ilin 29-30 mart tarixlərində ikinci Demokratiya Sammitinə ev sahibliyi edəcək. Bu barədə hələ 2022-ci ildə Ağ Evin mətbuat katibi Karine Jan-Pier bildirmişdi. O qeyd etmişdi ki, Kosta Rika, Niderland, Koreya Respublikası və Zambiya hökumətləri Demokratiya Sammitinə ortaq ev sahibliyi edəcəklər. “Sammitə ev sahibliyi etməsi üçün müxtəlif regional tərəfdaşların qoşulması demokratik dəyərlərin həm ortaq qlobal ilham, həm də qlobal məsuliyyət olduğunu vurğulayır. Sammit dünya liderlərini virtual plenar formatda bir araya gətirəcək və hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin iştirakı ilə hər bir ev sahibi ölkədə təkbətək görüşlərlə davam edəcək”, - deyə bəyanatda bildirilirdi.

Əgər siyasi kuluarlarda ABŞ prezidentinin təşəbbüsü ilə baş tutan birinci “sammit” “insan hüquq və azadlıqlarının müdafiəsi” məsələsinin yenidən ABŞ xarici siyasətində prioritetə çevirilməsi kimi də qiymətləndirilirdisə, ikinci sammitin əsas hədəfləri ilə bağlı fərqli mülahizələr mövcuddur. Sammitə cəmisi 2 ay qalmış isə bəzi məsələlər daha aydın şəkildə ortaya çıxır...

Beynəlxalq nizamın yeni qaydaları martda bəlli ola bilər

Sammitin martda baş tutması məsələsi də təsadüfi deyil. Belə ki, Rusiya-Ukrayna cəbhəsi ilə bağlı yayılan bəzi xəbərlər sammitin keçirilmə tarixi ilə bir sıra məqamlarda üst-üstə düşür. Məsələn, bəzi xarici xəbər agentlikləri Ukraynanın daha çox silahlandırılması və bunun prioritet kimi NATO ölkələrinin qarşısına qoyulması ilə bağlı xəbərlər yaymaqdadır. Aparıcı Qərbi Avropa ölkələri artıq silahlandırma ilə bağlı prosesə start verib və münaqişənin yaxın zamanda bu və ya digər şəkildə sonlandırılmasının tərəfdarı kimi çıxış edir.

Eyni zamanda, ABŞ-ın “qlobal birlik” və ya “düşmənlərə qarşı vahid ittifaq” platformalarını bəyan etməsindən bir il ötür. Xatırladaq ki, ötən il Pentaqon rəhbəri Lloyd Ostin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik konfransındakı nitqində ilk dəfə olaraq adıçəkilən platformanı “təqdim etmişdi”. Burada əsas məqam qlobal “təhlükəsizliyi” təhdid edən qüvvələrə qarşı loyal münasibəti ilə seçilən və ya susqunluq nümayiş etdirən dövlətlərə mövcud situasiyanın “izah edilməsi” idi. Ostin ABŞ-ın mövqeyini belə əsaslandırmışdı:

- Dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyət qüvvələri birləşdirməli;

- Təcavüzkar sayılan ölkələrin hamını qoruyan qaydalara məhəl qoymamasının qarşısını almaq;

- Ümumi məqsəd uğrunda birləşmək və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək üçün birlik faktorundan istifadə etmək.

Təbii ki, ötən il baş verənlər, bu ilin əvvəlindəki proseslər “ümumi məqsəd uğrunda birləşmək” tezisinin arxasında dayanan hədəfləri gün işığına çıxardı. Daha doğrusu, ümumi məqsədlər uğrunda birləşən qüvvələrin hansı maneələri dəf etmək üçün “zərbəyə” hazır olmalı olduğunu göstərdi. Dünyanın təhlükəsizlik arxitekturasına təhdid yaradan ölkələr və ya qüvvələr kimliyindən asılı olmayaraq güc birliyi ilə sıradan çıxarılacaq. “Qaydalara əsaslanan beynəlxalq nizam” isə mövcud status-kvonun dəyişəcəyindən xəbər verir. Yəni, sabit iqtisadi inkişafa malik, heç bir siyasi və ya hərbi ittifaqlara meyil etməyən kontingent tərəfini seçməli, siyasi aktivliyini artırmalıdır. Bu mənada, qarşıdakı dövr üçün beynəlxalq nizamın qaydaları bu ilin martında ən xırda detallarına qədər bir də gözdən keçiriləcək...

Avroatlantika bloku dünya  iqtisadiyyatını yenidən tənzimləyəcək?

Mart sammitini 2021-ci ilin dekabr sammitindən fərqləndirən ən böyük cəhət isə yeni siyasi nizamın müəyənləşməsidir. Əgər ötən sammitdə bunun ştrixləri cızılmışdısa, artıq bu dəfə sərhədlər formalaşdırılacaq. Bu mənada,  ötən ilin martında Prezident Baydenin Varşavadakı çıxışının detallarına nəzər saldıqda, bu ilin martında keçiriləcək Sammitin “proqramını” izləyə bilərik. Məsələn, ABŞ Prezidenti açıq şəkildə Rusiyaya qarşı sanksiya  müharibəsinin hansı məqsəd və hədəfə xidmət etdiyini göstərmişdi - Bayden “Rusiya iqtisadiyyatını ürəyindən vurduq. Daha çox özəl transmilli şirkətlər Rusiyadan çəkildi. Bir dollar artıq 200 rubldur və Rusiya iqtisadiyyatı tezliklə ilk iyirmilikdən çıxacaq. Sanksiyalar Rusiya Federasiyasını gücdən məhrum edir”, deməklə yeni nizamın konturlarını cızmışdı. Yəni, məsələ yalnız Rusiyanın mövqeyini zəiflətməklə bitmir, Vaşinqtonun aparıcı rolu fonunda Qərb bloku - Avroatlantika cəbhəsi dünya iqtisadiyyatını yenidən tənzimləyəcək. Başqa sözlə, yeni sistem qurulacaq. Hətta Sammitdən sonra “Böyük iyirmiliyin (G-20) formatı belə müzakirə predmetinə çevrilə bilər.

“Silahsız toqquşma” vasitəsilə iqtisadi-siyasi, hərbi izolyasiya...

Bəlli olduğu kimi, yeni dünya nizamı da demokratik ənənələrin fonunda formalaşır. Daha doğrusu, bu dəfə də insan hüquq və azadlıqları məsələsi ön planda yer almaqdadır. Ötən Sammitdə dünyadakı bəzi teokratik və avtoritar rejimlərə qarşı mübarizə, dünyanın demokratikləşdirilməsi prosesinin davam etdiriləcəyi ilə bağlı hədəflər müəyyənləşdirilmişdi. Bu dəfə isə hədəfə doğru yol müzakirə predmetinə çevrilə bilər. Ötən dəfə bu çağırış cəlbedici ideya və ya  təşəbbüs kimi qəbul edilirdisə, bu dəfə artıq real mənzərə mövcuddur:

- Terroru himayə edənlər və terrora əsaslananlar;

- Dünyanın iqtisadi - siyasi axarına mane olanlar - qeyri-konstruktiv mövqelər ilə qlobal layihələrin önünə sədd çəkməyə çalışanlar;

- Hələ də gücdən, hərbi eskalasiyadan istifadəni prioritet sayanlar;

- Qlobal iqtisadi əməkdaşlığa qarşı mövqe tutanlar, yeni dövrün çağırışlarına əks mövqedən çıxış edirlər. Onların yuxarıda qeyd edilən “düşmənlərə qarşı vahid ittifaq” platforması vasitəsilə zərərsizləşdirilməsi əsas müzakirə predmeti ola bilər. Bu yolda isə ən real addımlar “silahsız toqquşma” vasitəsidir. Bunun üçün iqtisadi izolyasiya proqramları, vahid sanksiyalar paketi və real hərbi təcrid məsələsi öz həllini tapmalıdır.

Mart sammiti BMT və G-20-nin formatında yeni dəyişikliklərə yol aça bilər

Mart Sammiti ötən dövrdə baş verənlərin fonunda yeni dünyanın bir az daha “genişlənməsinə” də yol aça bilər. Məsələn, hələ də Yaxın Orta Şərqdə möhkəmlənə bilməyən ABŞ bu istiqamətdə də əsaslı addımlarla yadda qalar - Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi bazası kimi yanaşma sərgiləyər. Nəzərə alınmalıdır ki, Avropada NATO, Uzaq Şərqdə AUKUS kimi təşkilatlar vasitəsilə hərbi nizamı əlində saxlayan Vaşinqton Yaxın Şərq regionunun dinamik siyasi prosesində önəmli rol oynamaq istəyindən geri çəkilmir. Daha doğrusu, stabil hərbi üstünlüyə malik olmaması Qərbin Yaxın Şərq planlarını daha gec reallaşdırmasına yol açır. Bunun daha tez, çevik, operativ təmin edilməsi üçün isə, güclü və dayanıqlı müttəfiqlər vacib şərtdir. Bəli, regionda ABŞ-ın ən yaxın müttəfiqi kimi Türkiyə göstərilə bilər. Amma bəzi məqamlarda bu münasibətlərin də kövrək xarakter daşıdığı ortaya çıxır.

Beləliklə, indiki halda ABŞ mart Sammiti ilə həm siyasi birliklərin formalaşdırılması formatına, həm də iqtisadi əməkdaşlıq platformalarına yenidən baxmaq zərurətini ortaya qoya bilər. Yəni, başda BMT, G-20 kimi oturuşmuş təşkilatlar belə bu sınaqdan kompensasiya edilməyiblər...

Pərviz

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30