Səhiyyənin ASAN modeli - “Yeni klinika”
03.02.2023 [10:53]
Elektron səhiyyə çağdaş tibbin əsas inkişaf xətlərindən biridir
Müasir dövrümüzdə səhiyyədə inkişaf edən, əhalinin bir sıra ehtiyaclarını asanlaşdıran yeni xidmətlər yaradılmaqdadır. Bu xidmətlərdən biri də avtomatlaşdırılmış elektron xidmətləridir. Avtomatlaşdırılmış elektron xidmətlərin tibb sahəsində də tətbiq olunması Azərbaycanın əsas prioritetlərindəndir. Bu mənada səhiyyənin ASAN modeli olan “Yeni Klinika”nı misal göstərmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Qafqazın ən böyük tibb müəssisəsi olan “Yeni klinika” 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Pandemiya dövründə müvəqqəti olaraq koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində önəmli rol oynayan “Yeni klinika” qısa zaman ərzində koronavirus xəstələrinin müalicəsində ixtisaslaşmış tibb müəssisəsinə çevrildi. İstər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verən avadanlıqlarla quraşdırılan tibb müəssisəsi Vətən müharibəsi dövründə də böyük əzm göstərərək seçilən tibb müəssisələrindən biri olmuşdur.
15 iyul 2021-ci il tarixində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Cavid Paşayev “Yeni klinika” tibb müəssisəsinin baş həkimi təyin olunub. Məhz Cavid Paşayevin təyinatından sonra “Yeni klinika”da işəgötürülənlər arasında gənclər, qazilər, şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarının sayı artmağa başlayıb.
Gənclərlə, şəhid ailəsi üzvləri, qazi və Vətən müharibəsi içtirakçıları ilə təşkil olunan görüşlər
Son dövrlərdə ölkəmizdə tibb sahəsində əldə edilən uğurlardan, icbari tibbi sığortanın tətbiqi ilə vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən mühüm işlərdən danışan baş həkim gənclərə bu istiqamətdə mühüm tövsiyələr verib. Şəhidlərə, şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi iştirakçılarına hörmət, ehtiram, diqqət və qayğı Azərbaycan dövlətinin əsas, prioritet istiqamətlərindən olub və olmaqdadır. Məhz bu səbəbdən baş həkimlik təyinatından bir müddət sonra son 3 ayda işə qəbul olunmuş şəhid ailəsi üzvləri, qazi və Vətən müharibəsi içtirakçıları ilə görüş təşkil edən baş həkim Cavid Paşayev onları daima diqqətdə saxlamağı özünə borc bilmişdir.
İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində durmadan artan müraciətlər:
“Yeni klinika”da 2022-ci ilin noyabr ayı ərzində tibb müəssisəsinə İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 6216, stasionar tibbi xidmət üçün müraciət edənlər 154, əməliyyat olunan pasiyentlərin sayı isə 108 nəfər təşkil edib. Müraciət edənlərə 42 267 ambulator tibbi xidmət göstərilib. Növbəti ay isə ambulator tibbi xidmət sayı daha da artaraq 51 755 təşkil etmişdir. Belə ki, 2022-ci ilin dekabr ayı ərzində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 7 862, stasionar tibbi xidmət üçün müraciət edənlər 231, əməliyyat olunan pasiyentlərin sayı isə 206 nəfər təşkil edib.
Ən müasir texnika və avadanlıqlar
“Yeni klinika”nı digər tibb müəssisələrindən fərqləndirən özəlliklərindən biri də onun sahib olduğu əməliyyatxana, reanimasiya yerləri və ən müasir avadanlıqlarla təchiz olunmasıdır. 21 əməliyyatxanaya sahib tibb ocağının reanimasiya yerləri ən son müasir texniki avadanlıqlar ilə tam təchiz olunmuşdur. Bundan başqa Azərbaycanda ilk dəfə olaraq “Yeni klinika” tibb müəssisəsində “Cobas(r) 6800” cihazı vasitəsilə COVID-19 virusunu yüksək keyfiyyətli, tam avtomatlaşdırılmış qapalı sistemdə aşkarlamaq mümkündür.
Beynəlxalq əlaqələr
Günü-gündən inkişaf edən “Yeni klinika” tibb müəssisəsi artıq beynəlxalq istiqamətdə də inkişaf edərək bir sıra nailiyyətlərə nail olmuşdur.
Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi ilə “Yeni klinika” arasında imzalanan Anlaşma Memorandumu bunun ən bariz nümunəsidir.
Memorandumu Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev və Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin direktoru, professor Hans-Yürgen Hennes imzalayıb.
Memorandumun məqsədləri xəstəxana idarəçiliyi sahəsində əməkdaşlıq, birgə tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi, yerli tələbləri nəzərə alaraq, birgə təhsil tədbirlərinin təşkili, Avropa və beynəlxalq səhiyyə layihələri kontekstində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi məqsədilə idarəetmə heyətinin, həkim-mütəxəssislərin, tibb bacılarının və digər səhiyyə işçilərinin mübadiləsi, peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə qısamüddətli kurs və təlimlərdə səhiyyə işçilərinin iştirakını təşkil etməkdən ibarətdir.
Sosial tədbir və layihələr
“Yeni klinika” tibb müəssisəsinə Cavid Paşayevin baş həkim təyinatından sonra ilk sosial layihə olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən öncə tibb müəssisəsində ulu öndər Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi baş tutub. Büstün qarşısına gül çələngi qoyan qonaqlar daha sonra Ulu Öndərin həyat və siyasi yaradıcılığına, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş stendlə tanış olublar. Tədbir çərçivəsində, həmçinin klinikada fəaliyyət göstərən 42 əməkdaşa Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Qeyd etmək istərdik ki, “Yeni klinika” tibb müəssisəsi Qafqazın ən böyük xəstəxanalarından biri hesab olunur. 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı bu tibb ocağında hal-hazırda Ümumi Cərrahiyyə, Terapiya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya şöbələri və Poliklinika fəaliyyət göstərir. Poliklinikada, həmçinin Urologiya, Kardiologiya, Ümumi Cərrahiyyə, Ürək-damar Cərrahiyyəsi, Neyrocərrahiyyə, LOR, Qastroenterologiya, Radiologiya, Revmatologiya, Endokrinologiya, Ginekologiya, Nevrologiya və Pediatriya şöbələri poliklinik olaraq vətəndaşların xidmətindədir.
Xəbər lenti
Hamısına bax
Siyasət
31 May 23:00

Siyasət
31 May 21:39

Xəbər lenti
31 May 21:37

Siyasət
31 May 21:34

Siyasət
31 May 20:03

Xəbər lenti
31 May 19:33

Xəbər lenti
31 May 18:13

İqtisadiyyat
31 May 16:54

Xəbər lenti
31 May 16:53

Xəbər lenti
31 May 16:16

Dünya
31 May 15:47

Xəbər lenti
31 May 15:02

Xəbər lenti
31 May 14:39

Xəbər lenti
31 May 14:35

İqtisadiyyat
31 May 14:05

Xəbər lenti
31 May 13:30

Xəbər lenti
31 May 12:59

Xəbər lenti
31 May 12:29

Gündəm
31 May 12:22

İqtisadiyyat
31 May 12:09

Siyasət
31 May 11:56

Gündəm
31 May 11:53

Xəbər lenti
31 May 11:48

Xəbər lenti
31 May 11:30

Xəbər lenti
31 May 11:25

Sosial
31 May 11:15

MEDİA
31 May 11:10

Xəbər lenti
31 May 11:09

Xəbər lenti
31 May 11:08

Xəbər lenti
31 May 10:55

Xəbər lenti
31 May 10:50

Xəbər lenti
31 May 10:45

Xəbər lenti
31 May 10:44

Analitik
31 May 10:41

Xəbər lenti
31 May 10:33

Siyasət
31 May 10:30

Siyasət
31 May 10:22

Siyasət
31 May 10:20

Siyasət
31 May 10:15

Xəbər lenti
31 May 10:10

Gündəm
31 May 10:00

Xəbər lenti
31 May 09:57

Xəbər lenti
31 May 09:56

Xəbər lenti
31 May 00:01

Xəbər lenti
30 May 23:48

Xəbər lenti
30 May 21:46

Xəbər lenti
30 May 20:03

Xəbər lenti
30 May 19:59

Xəbər lenti
30 May 19:03

Xəbər lenti
30 May 18:40

Xəbər lenti
30 May 18:04

Xəbər lenti
30 May 17:45

İqtisadiyyat
30 May 16:46

Siyasət
30 May 16:41

Xəbər lenti
30 May 16:20

Xəbər lenti
30 May 16:13

Xəbər lenti
30 May 16:08

Xəbər lenti
30 May 15:34

Dünya
30 May 15:33

Xəbər lenti
30 May 15:13

Xəbər lenti
30 May 15:04

Xəbər lenti
30 May 14:31

Xəbər lenti
30 May 14:28

Xəbər lenti
30 May 14:12

Gündəm
30 May 13:40

Siyasət
30 May 13:38

Xəbər lenti
30 May 13:35

Xəbər lenti
30 May 13:34

Xəbər lenti
30 May 13:23

Xəbər lenti
30 May 13:13

E-qəzet
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |