Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixə çevrilmiş Bakı tramvayı

Tarixə çevrilmiş Bakı tramvayı

03.02.2023 [11:03]

Yeganə BAYRAMOVA

Bu gün Bakıda ilk tramvay xəttinin istifadəyə verilməsindən 99 il ötür. Müasir dünyamızın ən aktual problemlərindən biri nəqliyyat vasitələrinin ətraf mühitə təsiridir. Avtomobil praktiki olaraq biosferin bütün tərkib hissələrinə - atmosferə, su və torpaq resurslarına, litosferə və insana mənfi təsir göstərir. Bu günün avtomobili qeyri-ekoloji nəqliyyat vasitəsidir. İlk baxışdan elə görünür ki, bu problemin həlli yolları yoxdur. Amma bir çox ölkələr problemin həllini alternativ nəqliyyat vasitələrindən istifadədə görürlər. Belə nəqliyyat vasitələri - tramvay və trolleybuslar, elektrik qatarlarıdır.

Dünyada ilk tramvaylar 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində şəhərlərin əsas nəqliyyat vasitəsi olub. Həmin dövrdə onunla layiqli rəqabət apara biləcək nəqliyyat vasitəsi olmayıb.

80 il “yaşadı”...

Vaxt var idi Bakının küçələrində qırmızı tramvaylar şütüyür, elektrik qatarları insanları Bakıətrafı qəsəbələrə çatdırırdı. Hələ 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda “konka” tikilmişdi. Ancaq bu nəqliyyat növü tələbatı tam ödəmədiyi üçün 1922-ci ildə şəhərdə tramvay xətlərinin tikintisinə başlanıb. Bu tikinti nəinki Zaqafqaziyada, demək olar ki, SSRİ-də nəhəng tikintilərdən biri hesab edilirdi. Nəhayət, 1924-cü il fevralın 3-də Bakı küçələrində Dəmiryol vağzalı ilə Azneft meydanını birləşdirən ilk tramvay göründü. İlk dəfə tramvayın idarə olunması at sürücüsü Aleksandr Lisovskiyə həvalə edilib. O, bunu belə xatırlayırdı: “İlk bir neçə saat sərnişinləri pulsuz daşıyırdıq. Bu, bütün insanlar üçün əsl böyük bayram idi”.

1924-cü ilin sonunda Bakı tramvayı 72 vaqonla uzunluğu 35,9 km olan xətdə işləyib. 1939-cu ildə isə Bakıda tramvay sisteminin uzunluğu 117 km-ə çatıb. 1960-cı illərdə Bakıda tramvay sisteminin inkişafı ictimai nəqliyyatın digər növlərindən zəif inkişaf edib, əsas diqqət metro tikintisinə, avtobusların artırılmasına yönəldilib. Beləliklə, şəhərin tramvay şəbəkəsi tədricən azalıb. 1980-ci ildə Bakı tramvay şəbəkəsinin uzunluğu 70 km-ə düşdü. 20-ci əsrin 90-cı illərindən Bakının ictimai nəqliyyat sistemindən tramvay intensiv surətdə sıxışdırılmağa başlanıb. 2004-cü ilin yanvarında Bakı tramvayı “Xətai” metrostansiyası - “Montin bazarı” marşrutu ilə sonuncu dəfə hərəkət etdi. Bununla da, paytaxtımızın ayrılmaz hissəsi olan zəhmətsevər Bakı tramvayının 80 illik tarixi sona yetdi...

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30