Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beynəlxalq səyahətçilər qrupu Azıx mağarasında

Beynəlxalq səyahətçilər qrupu Azıx mağarasında

04.02.2023 [11:52]

Beynəlxalq səyahətçilərin Qarabağa səfəri Füzulidən başlayıb. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar yolboyu 30 ilə yaxın müddətdə ərazidə törədilmiş dağıntıları, talan edilmiş maddi-mədəni irsi, Azərbaycan Ordusunun qəhrəmanlıqla yardığı istehkamları, sədləri lentə alıb, onların bəziləri ilə yerində tanış olublar. 

Qarabağ Xüsusi nümayəndəliyinin əməkdaşları səyyahlara dağıntılar barədə ətraflı məlumat verdilər. 

Qarabağın “hava qapısı” - Füzuli Beynəlxalq Hava Limanı ilə tanışlıqdan sonra xarici səyyahlar Xocavənd rayonundakı Azıx mağarasına gəliblər. 

Burada onlara məlumat verilib ki, Azıx mağarası Qarabağın qədim tarixinə malik olmasını nümayiş etdirən nadir abidədir. Bu mağara Azərbaycan ərazisində daş dövründə ibtidai insan məskənlərinin olduğunu sübut edir. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov səyahətçilərə Azıx mağarasının tarixi, burada aparılmış arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib. 

Onlar işğal dövründə bu tarixi-mədəni abidənin də talan edilməsi, burada qanunsuz tədqiqat və qazıntı işlərinin aparılması barədə faktlarla yerində əyani şəkildə tanış olublar.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir. Xarici səyahətçilər qrupu üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30