Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır

07.02.2023 [11:34]

Dövlət başçısı İlham Əliyevin fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında söylədiyi “Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir” fikirləri bir daha bu reallığın təsdiqidir ki, Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. Bu inam ifadə olunur ki, Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq. İki il bundan öncə Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirdi.

VIII toplantıdan ötən dövr ərzində imzalanan iki mühüm sənədi xüsusi qeyd etməliyik. Ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmin mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu əminliyi ifadə etdi ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək.

Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də ölkəmizə səfəri, Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, səfərin yekununa dair mətbuata bəyanatları, Rumıniya Prezidentinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı iki ölkə arasında münasibətlərin hazırkı inkişaf səviyyəsini, həmçinin enerji təhlükəsizliyi məsələlərinin aktuallığını bir daha açıqladı.

Rumıniya Prezidenti Klaus Yohannis dövlət başçısı İlham Əliyev ilə fevralın 2-də mətbuata bəyanatında bu reallığı bir daha diqqətə çatdırdı ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Azərbaycanın beynəlxalq mövqeyinə işıq salan bu kimi fikirlər bir daha təsdiqləyir ki, ölkəmizin siyasəti əməkdaşlığa hesablanıb. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var. “Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. Biz 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki Cənub Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir” deyən Rumıniya Prezidenti onu da vurğuladı ki, 2022-ci ildə görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident Əliyev tərəfindən Azərbaycan adından şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi.

2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı bu kimi reallıqlara işıq saldı.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30