Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Heydər Əliyev dərsləri"nə start verilib

"Heydər Əliyev dərsləri"nə start verilib

08.02.2023 [15:04]

Fevralın 8-də YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev dərsləri"nə start verilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən açıq dərsin iştirakçıları F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri olublar.

Açıq dərsin əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və bir neçə gün öncə qardaş Türkiyədə zəlzələ zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açıq dərsə qatılan şagirdlərə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Milli Məclisin deputatı Rauf Əliyev tərəfindən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda mühazirə oxunub.

Şagirdlər qarşısında çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Ulu Öndər Heydər Əliyevə həsr olunan dərslərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Çünki bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir. Həmçinin Namiq Əhmədov bildirib ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar cari ilin fevral ayından başlayaraq YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Xəzər rayonunun bütün məktəblərində açıq dərslər keçiriləcək.

Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyini şagirdlərin diqqətinə çatdırıb. O, bildirib ki, Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur.

Diskussiya şəklində davam edən açıq dərsdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31