Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan dünyanın hərbi güc reytinqində 57-ci yerdədir

Azərbaycan dünyanın hərbi güc reytinqində 57-ci yerdədir

06.03.2023 [11:46]

Azərbaycan ordusu öz hərbi gücünə görə “Global Firepower” reytinqində 145 ölkə arasında 57-ci yerdədir.

AZƏRTAC globalfirepower.com saytına istinadla xəbər verir ki, reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunub.

Reytinqin ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya qərarlaşıb. Azərbaycan siyahıda 57-ci yeri tutur. Türk Dövlətləri Təşkilatının digər üzvləri - Türkiyə 11-ci, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Qırğızıstan isə 107-ci sırada yer alıb.

Reytinq cədvəlinə əsasən, Pakistan 7-ci, Ukrayna 15-ci, İran 17-ci, İsrail 18-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü pillədədir.

Paylaş:
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31