Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan tələb edir...

Azərbaycan tələb edir...

07.03.2023 [10:18]

Nəzarət - keçid məntəqələri qurulmalıdır!

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın üzərindədir

Xəbər verildiyi kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Azərbaycanın Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda da bildirilib ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. “Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir”, - deyə Müdafiə Nazirliyinin məlumatında vurğulanıb. Qeyd edək ki, Xəlfəli-Turşsu yolu ərazisində məhv edilən erməni təxribatçılarının da adları bəlli olub. Onlar qondarma rejimin 3 “polis əməkdaşlarıdır”. Erməni KİV-in yaydığı məlumata görə onlar “polkovnik-leytenant” Armen Babayan, “mayor” David Danielyan, “leytenant” Ararat Qasparyandır.

Qeyd-şərtsiz və tam təmin edilməlidir...

Ermənistanın 10 noyabr üçtərəfli razılaşmasına əməl etməməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi davamlı olaraq bu kimi təxribatların ortaya çıxmasını şərtləndirir. Eyni zamanda, bu kimi faktlar onu sübut edir ki, Rusiyanın sülhməramlı kontingentinin də əsas fəaliyyət istiqaməti üzrə “axsamaları” var:

- Razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etməli olsa da, sülhməramlılar bu işi tam və effektli şəkildə reallaşdıra bilmir;

- Üçtərəfli razılaşmaya əsasən artıq iki ildən çoxdur Azərbaycan ərazisində yerləşdirilmiş kontingentin gözləri önündə olan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər;

- Erməni silahlıları sülhməramlıların “başı üzərindən” Azərbaycana qarşı yeni təxribatlar həyata keçirir.

Xəlfəli yolunda baş verənlər ilk deyil - ötən dövr ərzində artıq bir neçə dəfə erməni təxribatının qarşısı Azərbaycan Silahlı qüvvələri tərəfindən alınıb. Bu isə onu göstərir ki, sülhməramlı kontingent heç də atəşkəsin pozulmamasına nəzarət etmir - Ermənistan üzərinə götürdüyü öhdəliyə əməl etmir və dolayısı ilə erməni silahlılarına yeni təxribatlar üçün zəmin formalaşdırılır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub: “Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir”.

Azərbaycana qarşı davam edən təcavüz və terror siyasəti...

Məlumatda xatırladılır ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. “Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bəli, sülhməramlı kontingentin nəzarəti altında olan Laçın yolu vasitəsilə Ermənistan ərazisindən silah-sursat, texnikalar daşınması faktı Azərbaycanın təhlükəsizlik orqanlarının rəsmiləri tərəfindən də səsləndirilmişdi. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın dəhlizi ilə daşındığına şübhə yeri qalmır. Demək ki, yollarda nəzarət-keçid məntəqələrinin qurulması artıq istisnasız şərtə çevrilib. Başqa yolla, Ermənistan özünün separatçı dəstəsini silahlandırmaq arzusundan vaz keçməyəcək. Qeyd edək ki, bir müddət öncə Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Lavrov da yeni texniki vasitələrlə nəzarət haqqında fikirlər açıqlamışdı. Amma görünən budur ki, nəzarət-keçid məntəqələri olmadan bu məsələ öz həllini tapmayacaq. Çünki bu yolla Ermənistandan daşınan silah-sursat, minalar Azərbaycan əsgərinə tuşlanır, təhlükəsizliyin təmininə mane olur. Yeri gəlmişkən, dünən Müdafiə Nazirliyinin yaydığı başqa bir məlumatda bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu faktın özü də ermənilərin mina cinayətlərinin hələ də davam etdiyinin göstəricisidir. 

XİN və Ombudsman Aparatı müraciət etdi - sərhəd nəzarət-keçid rejiminin tətbiqi vacib şərtə çevrilib

Qeyd edək ki, laçın yolu üzərində nəzarət - keçid məntəqələrinin qurulmasının vacibliyi ölkənin həm dövlət strukturları tərəfindən, həm də ombudsman aparatı tərəfindən dilə gətirilib. Belə ki, Xarici İşlər Nazirliyinin sülhməramlı kontingentin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində baş verən təxribatla bağlı məlumatında bildirilir ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır. “Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, -deyə XİN-in məlumatında bildirilib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təxribatla bağlı açıqlamasında bildirilib ki, Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəlarına zidd olan, insanların yaşamaq, sağlamlığın qorunması, habelə digər fundamental hüquqlarının kobudcasına pozulmasına, regionda yeni münaqişə ocaqlarının yaranmasına, dayanıqlı sülhün təmini istiqamətində aparılan danışıqların dayandırılmasına səbəb olan bu kimi təxribatçı əməllərini kəskin şəkildə pisləyir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi qarşı tərəfdən tələb edirik: “Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunduğunu, bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət etdiyimizi, lakin bütün xəbərdarlıqlara baxmayaraq təxribatların davam etdiyini, insanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik. Bununla yanaşı, beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına bir daha müraciət edərək, Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına qarşı sərt reaksiya bildirməyə, regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırırıq”.

Ermənistan müharibə fikrinə düşərsə...

Ümumiyyətlə, Ermənistan hakimiyyətinin son davranışları, sülhdən yayınmağa hesablanan hərəkətləri bir istiqamətdə izah oluna bilər - onlar sülh prosesinə kölgə salmaq istəyir. Eləcə də bəzi revanşist qüvvələr də bir sıra təxribatlardan “ruhlanaraq” müharibə həvəsinə düşürlər. Xatırladaq ki, 2020-ci ilin 10 noyabrından sonrakı mərhələdə mütəmadi olaraq təxribatlar edən tərəf Ermənistandır. Eləcə də bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan torpaqlarını tərk etməyən silahlı birləşmələr də Ermənistanındır. Beləliklə, sülhün pozulması yönündə addımları ilə seçilən tərəf də məhz Ermənistandır. Yeri gəlmişkən, Ermənistan və Rusiya hərbçiləri də Ermənistanın hava məkanını qorumaq üçün birgə təlimlər keçirib. Rusiya aviasiya bazasının pilotları və hərbi bazasının hava hücumundan müdafiə qüvvələrinin zenit bölmələri erməni hərbçilərlə birlikdə şərti hədəfləri aşkar edərək zərərsizləşdiriblər.

Bu kimi təlimlər və ya cəhdlər isə boşunadır - Ermənistanın ölkə olaraq bütün resursu tükənib. Bu gün Ermənistan hər hansı bir hərbi əməliyyat aparmaq iqtidarında və gücündə deyil. Ermənistanın yeni müharibəyə şirnikləşdirilməsi və ya təhrik edilməsi isə rəsmi İrəvan üçün müsbət heç nə vəd etmir. Çünki Azərbaycanın cavabları Ermənistan üçün nümunə, dərs olmalıdır. Prezident İlham

Əliyevin bildirdiyi kimi bu günədək baş verən proseslər Ermənistan üçün dərs olmalıdır və heç kəsə güvənməməlidir: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30