Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Goranboyda “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbiri keçirildi

Goranboyda “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbiri keçirildi

07.03.2023 [11:17]

6 mart 2023-cü il tarixdə Goranboy  rayon İcra Hakimiyyəti və YAP Goranboy rayon təşkilatının ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbiri keçirildi.

Tədbir YAP Goranboy rayon təşkilatının inzibati binasında  Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı. İlk öncə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə goranboy rayon  İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyeva  çıxış edərək bildirdi ki, bugünkü tədbirdə Goranboy  rayonunun ictimai-siyasi həyatında fəal rol oynayan qadın partiya üzvləri dəvət olunmuşlar. Sizi təbrik etmək, sizinlə ünsiyyətdə olmaq, sizi dinləmək çox xoşdur, təqdirəlayiqdir. Siz YAP üzvləri bizlər üçün çox dəyərli, hörmətli və əziz insanlarsınız!

 Ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin, onun dövlət səviyyəsinə qaldırılmasının məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunların qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını qeyd etdi. Bu gün Azərbaycanın Möhtərəm Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasətinin böyük yüksəliş mərhələsinə qədəm qoyduğundan, qadınlara göstərilən dövlət qayğısından, qadınların Azərbaycan cəmiyyətindəki mühüm rolundan bəhs edərək, 44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz, fədakar Azərbaycan qadını olduğunu vurğuladı və Azərbaycan qadınlarının simvolu, Birinci vitse - prezident, Yeni  Azərbaycan  Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart -  Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.

Tədbirdə YAP Goranboy  rayon təşkilatının sədri Elçin İsmayılov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni  Azərbaycan  Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilən dövlət qadın siyasətindən, müasir Azərbaycan cəmiyyətində qadınların rolundan, Azərbaycan qadınının – Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşı olmasından bəhs edərək, Azərbaycanın  birinci Xanımı Mehriban xanım başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik etdi və ən xoş arzularını bildirdi.

Daha sonra partiya veteranlarından Əzra Həşimova, Kəmalə Axundova, Nigar İbrahimova, şəhid anası Məlahət Cavadova çıxış edərək, bu gün Möhtərəm Prezidentimiz tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci vitse - prezident Mehriban Əliyevanın hər bir qadına nümunə olmasından danışdılar və göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildirdilər.

Sonda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarına gül və hədiyyələr təqdim edildi.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30