Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beynəlxalq ictimaiyyət aldanmayacaq

Beynəlxalq ictimaiyyət aldanmayacaq

08.03.2023 [10:15]

Nardar BAYRAMLI

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qanunsuz silah daşınmasının qarşısını almasını və bu səbəbdən martın 5-də baş verən silahlı insidenti yanlış formada beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır. Paşinyan Fransanın Cənubi Qafqaz üzrə nümayəndəsi Bris Rokefo ilə görüşündə yenə də Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti təhrif edib, həm də martın 5-də ordumuzu guya “silahsız ermənilərə” hücum etməkdə ittiham edib. O, hətta baş verənləri ermənilərə qarşı “terror” adlandırmaqdan da çəkinməyib.  

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə Nikol Paşinyanın əsassız açıqlamalarına cavab verib. O, tviterdəki paylaşımında qeyd edib: “Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların daşınması və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır. Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır”.

Ümumiyyətlə, Azərbaycan 1980-ci illərin sonlarından Ermənistanın ərazi iddiaları və hərbi təcavüzündən ciddi zərər çəkib. Nəticədə torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdi. Təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmişdi. 2020-ci ilin payızında isə Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib.

Lakin Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını hələ də yerinə yetirmir. Belə ki, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və ərazilərimizdə müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Ötən il Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilməsi, eləcə də Qarabağdakı erməni separatçılarını minalarla təmin etməsi  buna sübutdur. Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan Qarabağ separatçılarına silah daşınması cəhdi də qanunsuz əməllərin davamıdır. Ordumuzun keçirdiyi əməliyyat isə tamamilə qanunidir. Çünki Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükələrin neytrallaşdırılması məqsədilə bu əməliyyatı  həyata keçirib. Lakin Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün yanlış məlumatlar yayır. Bütün bunlar isə Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunələrə çox uyğun gəlir. Belə ki, rəsmi İrəvan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji təxribatlara əl atırdı. İndi yenə də bu siyasətini davam etdirmək istəyir. Paşinyanın terror iddialarına gəlincə, terrorun Ermənistanda dövlət səviyyəsində həyata keçirdiyini bütün dünya bilir. Bu ölkənin Azərbaycana və onun vətəndaşlarına qarşı terror cinayətləri törətməsinin sayı-hesabı yoxdur.

Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. İki ölkə  arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib. Eyni zamanda, dövlətimiz öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir. Bu baxımdan, Ermənistanın təxribatlarının qarşısı bundan sonra da alınacaq.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30