Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib

Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib

14.03.2023 [13:35]

Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson bu gün keçirdiyi mətbuta konfransında deyib.

"Finlandiya və İsveçin müxtəlif mərhələlərdə NATO-ya daxil olması istisna deyil. Bunun müxtəlif templərlə baş verməsi ehtimalı artıb. Biz bunun baş verməsinə hazırıq", -Kritersson deyib.

Ulf Kristersson bildirib ki, Finlandiya İsveçdən əvvəl NATO-ya üzv olarsa bu İsveçin təhlükəsizliyi üçün də yaxşıdır. Brifinqdə iştirak edən NATO-ya üzvlük prosesində İsveçin baş müzakirəçisi olan Oskar Stenström deyib ki, ratifikasiya milli bir qərardır və hələ də İsveçin müəyyən addımlar atmalı olduğunu düşünən Türkiyədir. Ulf Kristersson İsveçin NATO-ya üzv qəbul olunmağa necə hazır olduğu barədə suala: "Biz o mənada hazırıq ki, Türkiyə və Finlandiya ilə əldə etdiyimiz razılaşmaları yerinə yetiririk, ikincisi isə, İsveçin NATO-ya üzv olmasını istəməyən ölkələr var və biz bu ölkələrin İsveçə qeyri-qanuni təsir göstərmək cəhdinə qarşı çox, çox diqqətli olacağıq", - deyə cavab verib.

Baş nazir İsveçin NATO üzvü kimi nə vaxt təsdiqlənəcəyi ilə bağlı dəqiq vaxt deməyib.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30