Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azad olunan ərazilərdə 2026-cı ilədək 34500 evin tikilməsi planlaşdırılır

Azad olunan ərazilərdə 2026-cı ilədək 34500 evin tikilməsi planlaşdırılır

16.03.2023 [16:37]

Otuz il davam edən işğal zamanı 300-dən çox şəhər və kəndimiz, mədəniyyət və dini obyektlərimiz tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdə Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

Onun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 7 şəhər və 36 qəsəbə-kəndin, ümumilikdə, 43 yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinin hazırlanması işləri başa çatmaq üzrədir. 

“İlk mərhələdə layihələndirilən bütün qəsəbə və kəndlərin şəhərsalma konsepsiyası məqbul hesab edilib, həmçinin Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Qubadlı rayonunun Mahruzlu və Zilanlı, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli, Zəngilanın Məmmədbəyli, Şuşanın Daşaltı kəndlərinin şəhərsalma əsaslandırması təsdiqlənib. Həmin kəndlərin bir çoxunun tikinti layihələrinin işlənilməsinə başlanılıb. Dövlət Proqramına əsasən, əhalinin dayanıqlı şəkildə geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilərək istismara buraxılması, bu evlərə 42361 vətəndaşın köçürülməsi planlaşdırılır”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30