Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Novruz bayramı xalqımızın ümumbəşəri dəyərlərə sadiqliyinin təcəssümüdür

Novruz bayramı xalqımızın ümumbəşəri dəyərlərə sadiqliyinin təcəssümüdür

29.03.2023 [11:37]

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının  keçmişdən daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının  da özünəməxsus yeri vardır. Novruz xalqımızın düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır.

Sovetlər dönəmində Novruzda kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsə də, 1970-ci ildən etibarən hər il martın 21-də televiziyada bayrama uyğun proqram qurulurdu. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi. Müstəqillik illərində Novruz əvvəlki kimi geniş qeyd olunmağa başladı. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildi.

Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi duyğuları təcəssüm etdirir. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır.

Novruz bayramı eyni zamanda milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi dəyərləri tərənnüm edir. Novruz təkcə onu keçirən Türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərq ölkələrində böyük təmtəraqla qeyd edilir. Belə ki, Azərbaycan xalqının milli adət-ənənəsinə görə, Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Bir sözlə, insanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır və təbiətin oyanışına səs verir.

Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.

Artıq üç ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu və biz artıq həmin ərazilərdə də  Novruz bayramını qeyd edirik.

Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30