Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sanksiyalar müharibəsi

Sanksiyalar müharibəsi

13.05.2023 [16:14]

Rusiya-Ukrayna müharibəsi çox doğru olaraq həm də sanksiyalar müharibəsi kimi səciyyələndirilir. Xatırladaq ki, indiyədək Aİ mərhələlərlə şimal qonşumuza qarşı 10 sanksiya tətbiq edib. Bu sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. 1275 Rusiya vətəndaşı sanksiyalar altındadır, 200-ə yaxın qurumun aktivləri dondurulub, hüquqi şəxslərə qarşı 435 məhdudlaşdırıcı tədbir tətbiq edilib.

Rusiyadan enerji daşıyıcılarının ixracına qoyulan məhdudiyyətlər bu ölkə üçün daha böyük itkilər deməkdir. Qərbin şimal qonşumuza qarşı neft sanksiyaları ötən il dekabrın 5-də qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ bu cür neftə 60 dollar/barel yuxarı qiymət limiti qoyub. Buna cavab olaraq Rusiya tavan qiymətindən istifadə edən ölkələrə enerji daşıyıcılarının ixracını dayandırıb

Tətbiq olunan qadağaların nəticəsi olaraq şimal qonşumuzun Avropaya enerji daşıyıcılarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Enerji daşıyıcılarının ixracının məhdudlaşması fonunda Rusiyanın neft-qaz gəlirlərinin 40 faizədək azaldığı bildirilir. Gəlirlərin azalması Rusiyada ciddi maliyyə sıxıntılarına səbəb olur. Bu, rəsmi səviyyədə də etiraf olunur. “Sanksiyalardan sonra bazara qarşı sərt tədbirlər görülüb. İqtisadiyyatımız sanksiyalar səbəbilə çətin bir struktur transformasiya prosesinə girir. İlk növbədə maliyyə sektorumuza təsir edən sanksiyalar indi daha çox iqtisadiyyatın real sektorlarına təsir etməyə başlayacaq”, - deyə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dumada çıxışı zamanı bildirib.

Rusiyadan enerji daşıyıcılarının ixracının məhdudlaşdırılmasına və bunun nəticəsi olaraq ölkənin gəlirlərinin azalmasına nail olan Qərb dayanmaq niyyətində deyil. “Qoca qitə”də Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsi gündəlikdədir və bununla bağlı müzakirələr aparılaraq müxtəlif variantlar irəli sürülür. Qərbin beyin mərkəzləri yenə də Rusiyanın enerji sektorunu hədəfə alıblar. Məsələn, Rusiyadan ixrac olunan neftin hər bareli üçün müəyyənləşdirilən 60 dollarlıq tavan qiymətinin aşağı salınması təklif olunur. Qərb analitiklərinin qənaətlərinə görə, qiymət tavanının bir barel neft üçün 60 dollardan 25-35 dollara endirilməsi yenə də Rusiyanın istehsal və nəqletmə xərclərindən yüksək olacaq, lakin ölkənin neft ixracından əldə etdiyi gəliri gündə ən azı 100 milyon avro azalacaq. Rusiya indiyədək qiymət həddinə tabe olan gəmilərlə 3,1 milyard avro dəyərində xam neft göndərib. Qiymət həddinin aşağı salınması ilə yanaşı, görülən digər tədbirlər, məsələn, uyğunsuzluğa görə daha sərt cəzalar və tankerlərin satışına əlavə sanksiyalar qalıq yanacaq gəlirlərini gündə daha 200 milyon avro azalda bilər.

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30