Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 94 yaşlı“Oskar”ın tarixi

94 yaşlı“Oskar”ın tarixi

16.05.2023 [11:01]

Aysu ABBASOVA

İlk Oskar mükafatlandırma mərasimi 1929-cu il mayın 16-da keçirilib. Kino Sənəti və Elmləri Akademiyasının məşhur Hollivud bulvarında yerləşən “Hollywood Ruzvelt” hotelində keçirilən mərasimdə tanınmış rejissorlar, prodüserlər və aktyorlar da daxil olmaqla 270 qonaq iştirak edib.

Heç şübhəsiz ilklərdən biri olmaq böyük şərəfdir. Məsələn, “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”ın ilk qalibi 1927-ci ildə çəkilmiş “Hər şeyin yolu” və bir il sonra “Son əmr” filmlərində oynadığı rola görə alman aktyoru Emil Yanninqs olub. Yanninqs daha sonra nasistlər üçün təbliğat filmləri çəkir. “Ən yaxşı film” nominasiyasında ilk Oskar rejissor Uilyam H.Vellmanın çəkdiyi və baş rolda Qari Kuperin oynadığı “Qanadlar” filminə verilib. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, o vaxt indiki kimi son ana qədər həyəcan olmamışdı. Çünki mükafatın qalibləri aylar əvvəl elan edilmişdi.

Sadəlikdən təmtərağa...

O zaman heç kim Akademiya mükafatının kino dünyasında ən mühüm və nüfuzlu mükafata çevriləcəyini proqnozlaşdırmırdı. Oskar qalası bu gün milyonlarla insanın canlı izlədiyi möhtəşəm dünya media tamaşasına çevrilib.

Oskar kino sənayesinin pərdə arxasında olan hər bir rejissor, aktyor, prodüser, bəstəkar və digər işçilər üçün karyeralarının tacıdır. 34 santimetr uzunluğundakı heykəlciklər nazik qızıl təbəqə ilə örtülüdür. Çəkisi 3,85 kiloqram olan Oskar fiquru ağ metal adlanan britaniumdan hazırlanır.

Oskar adı haradan gəlir?

Metro Goldwyn Mayerin bədii rəhbəri Sedrik Cibbons tərəfindən hazırlanmış Akademiya heykəlciyi 1939-cu ildə Oskar adını aldı. Bununla bağlı çoxlu söz-söhbətlər olsa da, iki ümumi məsələ diqqəti çəkir: Birinci söz-söhbətə görə, Akademiyanın İdarə Heyətinin katibi Marqaret Herrik heykəlciyi görən kimi “O, mənim əmim Oskara necə bənzəyir” deyir və beləliklə, bir çox mənbələrdə o, “heykəlciyin isim anası” adlandırılır. Başqa bir hadisəyə görə, Hollivud ulduzu Bette Davis hər fürsətdə bu heykəlciklə ilk əri Harmon Oscar Nelson Jr. arasında oxşarlıq olduğunu deyirdi. Beləliklə, zaman keçdikcə Akademiyanın mükafat siması Oskar adlandırılmağa başladı.

Onlarla oxşar söz-söhbətlər olsa da, mükafatın rəsmi adı hələ də “Oskar mükafatı”dır. Lakin “Oskar” adı 1979-cu ildə Akademiya tərəfindən qeydə alınıb.

Maddi dəyərə gəldikdə...

Kino aləmində böyük mənəvi dəyəri olan “Oskar”ın maddi dəyəri ilə bağlı hər hansı şərh vermək mümkün deyil. Çünki Oskar sahiblərinə onu başqalarına satmağa icazə verilmir. Əgər tamamilə satmaq istəyirlərsə, onu Akademiyaya yalnız 1 dollara sata bilərlər. Heykəltəraşlığın imitasiya və tanıtım məhsulları ilə milyonlarla dollar dövriyyə edilir. Bu gün də internet üzərindən hədiyyə və promosyon məhsulları satan bir çox saytlardan sifariş verməklə və üzərində hər hansı bir ad yazmaqla qanuni olaraq imitasiya Oskar heykəlciyinə sahib olmaq mümkündür.

Kino Sənətləri və Elmləri Akademiyası əvvəlcə kino sənayesini texniki və iqtisadi cəhətdən inkişaf etdirməyi hədəfləyən bir təşkilat idi. 1927-ci ildə yaradılan Akademiyanın ilk prezidenti aktyor Duqlas Feyrbenks olub. Hollivudun böyük bossları burada gələcək layihələri və investisiyaları müzakirə etməyə və qərar verməyə başlayıblar.

1929-cu ildən bəri nə dəyişdi?

İlk Oskar Mükafat Mərasimi ilə müqayisə edildikdə bugünkü tədbirlərdə çoxlu dəyişikliklərin olduğu görünür. Ən mühüm dəyişikliklərdən biri Akademiyanın strukturunda və münsiflər heyətində oldu. Yaşlı ağdərililərin üstünlük təşkil etdiyi “elita” görünüşündən qurtulan Akademiya dəyişən ictimai-siyasi quruluşla ayaqlaşmalı oldu. Daha çox qadın, əcnəbi, qaradərili və gənc üzvləri qəbul edən Kino Sənəti və Elmləri Akademiyasının üzvlərinin sayı bu gün 7 mini keçib. 2017-ci ildə Almaniyadan olan aktyor Daniel Brühl ilə birlikdə türk əsilli rejissor Fatih Akın da Akademiyaya dəvət alıb.

Qaliblərin elan edilmə forması da zamanla dəyişib. İlkin olaraq aylar əvvəl açıqlanan, daha sonra isə müəyyən bir tarixə qədər dərc edilməmək şərti ilə yalnız “embarqo xəbərləri” ifadəsi ilə mətbuata verilən mükafat sahiblərinin siyahısı indi mükafatlandırma mərasimi zamanı, yəni bir müddət sonra açıqlanır. Çünki 1941-ci ildə siyahının verildiyi bir qəzet embarqoya əməl etməyib və qalibləri bir gün öncədən dərc edib. Bu səbəbdən hazırda müvafiq kateqoriya üzrə mükafata layiq görülmüş şəxsin və ya filmin adı olan zərf tamaşaçılar və kameralar qarşısında açılır. Beləliklə, mükafatlandırma mərasimi emosional anların da yaşandığı böyük bir həyəcan fırtınasına çevrilir.

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30