CHP-də qarşıdurma...
17.05.2023 [10:22]
Kamal Kılıçdaroğlunun istefası tələb olunur
Partiya seçkinin nəticələrini gözləmədən qurultaya hazırlıq prosesinə start verir
Türkiyədə mayın 14-də keçirilmiş prezident və parlament seçkiləri Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu AK Partiyanın qələbəsi ilə yekunlaşdı. Xatırladaq ki, nəticələrə əsasən, Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49, 5%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,89%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,44%-i səs verib.
Parlament seçkilərinin nəticələri isə Türkiyə Böyük Millət Məclisindəki balansı dəyişməyib. Nəticələrə görə, Məclisdə çoxluq yenə AK Partiya, MHP və Yeni Rifah partiyalarından ibarət “Cumhur İttifaq”ına məxsus olub. İlkin nəticələrə görə, İttifaq 49,46 faiz səs qazanıb. Millət İttifaqı 35,5, Əmək və Azadlıq Alyansı: 10,54, ATA İttifaqı 2,44, Sosialist Güc İttifaqı 0,29 faiz seçici etimadı əldə edib. Ayrı-ayrı partiyalara gəldikdə isə AK Partiya: 35,58, CHP 25,33, MHP: 10,07, IYI Partiya 9,69, Yaşıl Sol Partiya 8,81, Yeni Rifah Partiyası 2,82, Zəfər Partiyası 2,23, Türkiyə İşçi Partiyası 1,73, Böyük Birlik Partiyası 0,99, Məmələkət Partiyası isə 0,92 faiz səs qazanıb. bu səs faizi ilə AK Partiya təxminən 267 deputat yeri qazınb. MHP isə parlamentdə 50 deputatla təmsil olunacaq. “Cumhur İttifaqı”nın başqa bir üzvü Yeni Rifah Partiyası isə yenidən 5 mandata sahib olacaq. AK Partiya siyahılarından seçilən 3 HUDA PAR və 1 DSP üzvü də millət vəkili statusu qazanıb. Böyük Millət Məclisində 14 siyasi partiya təmsil olunacaq. Millət İttifaqından isə Cühumriyyət Xalq Partiyası 169, İYİ Partiya isə 44 deputat yeri qazanıb.
Prezident Ərdoğanın üstünlüyü...
Qeyd edək ki, ilk turda heç bir namizəd 50 faizlik baryeri aşa bilmədikləri üçün qanunvericiliyə əsasən seçkinin ikinci turu reallaşacaq. Türkiyədə ilk dəfə baş tutacaq ikinci tur seçikləri isə mayın 28-də keçiriləcək. Növbəti tur üçün ölkə xaricində səsvermə daha tez, mayın 23-də başlayacaq. Təbliğat kampaniyasına isə artıq start verilib. Seçkilərin ikinci tura qalması isə bir sıra siyasi mütəxəssislər tərəfindən normal qarşılanıb. Əsasən avropalı seçki mütəxəssisləri hələ seçkidən öncə mübarizə aparan tərəflər arasında səs faizlərinin bu qədər böyük olacağını təxmin etmirdilər. Yəni, Prezident Ərdoğanın 5 faizə yaxın açıq üstünlük qazanması, seçkinin ikinci turu üçün həlledici amil rolunda çıxış edir. O baxımdan ki, səsvermədə üçüncü yerdə qərarlaşan Sinan Oğanın ümumi səs faizi elə 5 faizdir. Yəni, Prezident Ərdoğanın ikinci turda böyük fərqlə qələbəsi artıq heç kimdə şübhə oyatmır.
Türkiyə demokratiyasının təntənəsi...
Eyni zamanda, ikinci turun reallaşması Türkiyədə demokratiyanın təntənəsi kimi də vurğulanır. Seçkilərlə bağlı Avropa İttifaqının, Avropa şurasının və digər beynəlxalq təsisatların aparıcı simalarının rəyləri onu deməyə əsas verir ki, seçkilər demokratik və azad şəkildə dəyərləndirilir. Seçici fəallığının isə 90 faizə yaxın olması seçkilərə marağın və seçicilərin mövqe bildirmək üçün qəti qərarlı olduğunu göstərir. Beləliklə, Türkiyədə keçirilən seçkilərin demokratikliyi heç bir siyasi təsisat tərəfindən şübhə altına alına bilməz.
Prezidentdən 28 may mesajı...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabındakı paylaşım edib. Prezident bildirib ki, “Cümhur İttifaqı” olaraq ölkəmizdə keçirilən ən kritik seçkilərin ilk sınağından çıxdıq, Allahın izni ilə 28 mayda “Türkiyə Əsri”nin müjdəçisi olacağıq. Seçicilərinə təşəkkür edən Türkiyə lideri bildirib ki, təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə aparıb: “Zəhmətinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yoldaşlar verib. İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır... Seçkilərin ikinci turu 27 May çevrilişinin 63-cü ildönümündən bir gün sonra, mayın 28-də keçiriləcək. Biz öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqıq. Bizə qayğı göstərən, lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu ancaq daha çox çalışmaqla ödəyə bilərik”.
Ərdoğan qeyd edib ki, Türkiyə ondan xidmət, hərəkət gözləyir, millət hədəflərinə çatmağı gözləyir: “Biz artıq 28 may seçkisi üçün işə başlamışıq. İnşallah, qarşıdakı günləri ən yaxşı və məhsuldar şəkildə dəyərləndirəcəyik. Allahın izni ilə 28 mayı “Türkiyə Əsri”nin müjdəçisi edəcəyik. Sizə güvənirəm”.
Oğan məsləhətləşəcək...
Prezident seçkilərində 5,17 faiz seçici səsi qazanmış Sinan Oğanın 2-ci turda hansı namizədi dəstəkləyəcəyi isə böyük maraqla gözlənilir. 2 milyon 829 min 634 seçicinin etimadını qazanan Oğan bu qərarı vermək üçün müxtəlif məsləhətləşmələr aparmalı olduğunu deyib. O bildirib ki, ilk növbədə təmsil etdiyi ATA Alyansının üzvləri ilə məsləhətləşəcək. Eyni zamanda, Oğan bəzi məsələlərlə bağlı fikirlərini də bölüşüb. O bildirib ki, terror təşkilatları ilə məsafənin qorunması mütləqdir.
CHP-də xaos - bu gün istefa ver!
Bu arada seçkilərdəki məğlubiyyət yaşayan CHP-də xaos yaşanmaqdadır. Məğlubiyyətin səbəblərini fərqli səbəblərə izah edən partiya üzvləri, ictimaiyyət nümayəndələri bunu əsasən partiyanın prezidentliyə namizədi Kılıçdaroğlunun hələ seçki-təbliğat kampaniyası öncəsi buraxdığı səhvlərlə əlaqələndirirlər. Məsələn, keçmiş dövlət naziri və CHP üzvü Mehmet Sevigen Kılıçdaroğlunu partiya sədrliyindən istefaya səsləyib. Sevigen CNN TÜRK telekanalında seçkilərin nəticələri ilə bağlı açıqlamasında bildirib ki, Kılıçdaroğlu seçki prosesini səhv idarə edib: “Kılıçdaroğlu bu gün istefa verməlidir. 6 masa niyə bir araya gəlməlidir? Gəlməyə ehtiyac yoxdur. Kamal Kılıçdaroğlu partiya sədri seçiləndən sonra 10 seçki keçirilmişdi, bu 11-ci seçkidir. Hər biri məğlubiyyətlə başa çatıb”.
Sevigen Kılıçdaroğlunu ətrafına yığdığı “müttəfiqlərə” görə də ittiham edib. Bildirib ki, həmin müttəfiqlərin arasında bütün Türkiyəni satanlar da var: “Davudoğlu, “90 yaşlı bibimi razı sala bilmirəm. Bizə səs vermir” dedi. Meral xanım dedi ki, Kamal bəy, namizəd olma, sənə də, bizə də səs vermirlər. Kamal bəy prosesi səhv idarə etdi. Fətullah Gülənin bir nömrəli adamını İzmirdən namizəd etsən, Kamal bəy, sənə səs verərlərmi? İllərlə partiyaya xidmət etmiş insanlar namizədlik siyahısından kənarda qaldılar. O, CHP sədrliyindən dərhal istefa verməlidir. Altılıq masası harada görüşəcək? Partiyamızın kadrları haradadır? Onları maraqlandırmır. Davudoğlu, Babacan niyə səhnəyə çıxmadı? Çünki səs yığa bilməyiblər. Kamal Kılıçdaroğlu CHP-ni dağıtdı. O, dərhal istefa verməli və qurultay çağırılmalıdır. Siyasət etimad məsələsidir“.
Kılıçdaroğlu “baiskar” axtarır - Onursal Adıgüzel işdən çıxarıldı...
Bu arada seçki günü CHP-nin informasiya təminatında yaranan problem də partiyada böyük qalmaqala səbəb olub. Öz işini düzgün qura bilmədiyi söylənilən Kamal Kılıçdaroğlu söz-söhbətin qarşısını almaq üçün CHP-nin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə sədr müavini Onursal Adıgüzeli işdən çıxarıb. Onursal Adıgüzel isə “Twitter” hesabında sistemlərin işlədiyini və heç bir texniki nasazlıq olmadığını bildirib.
Kılıçdaroğlunun CHP-si bütün seçkiləri uduzub...
Vurğulayaq ki, CHP-nin regional təşkilatları, partiyaya yaxın ictimai fəallar da seçkinin nəticələrinə əsaslanaraq Kılıçdaroğlunu istefaya səsləyib. Onlar Kamal Kılıçdaroğlunun partiyasını kiçik müttəfiqlərinin maraqlarına qurban verdiyini iddia ediblər. Bildirilib ki, Deva, Gələcək, Səadet və Demokrat Partiyasına verdiyi “namizəd yeri” siyasəti CHP-nin parlamentdəki təmsilçilik hüququna mənfi təsir edib, partiya üzvlərinin kəskin etirazına səbəb oldu. Bəyan edilib ki, ilk turu qəti və açıq şəkildə uduzan, ikinci turda isə qələbəyə heç bir ümidi qalmayan Kılıçdaroğlu partiyaya rəhbərlik etməyə davam edərsə, onu böyük böhran gözləyir. Partiya üzvləri Türkiyə mətbuatına açıqlamalarında ötən dövr ərzində Kılıçdaroğlunun rəhbərliyi ilə CHP-nin bütün seçkiləri uduzduğunu önə çəkiblər. Bu dəfə isə “peşkəş etdiyi” kreslolar “sayəsində” CHP-nin millət vəkillərinin sayı əvvəlki dövrə görə 36 nəfər azalıb.
Partiya üzvləri hər fürsətdə “mühasib” olduğunu deyən Kamal Kılıçdaroğlunun hesab səhvlərinin saysız olduğu fikrindədirlər. Açıqlamalarda 14 may seçkilərində Kılıçdaroğlunun özü ilə bərabər partiyasını da bitirdiyi vurğulanıb.
İkinci tura da ümid qalmayıb...
Türkiyə mətbuatının yazdığına görə, birinci tur seçki nəticələrinin stressindən çıxa bilməyən CHP ikinci turdan da ümidini kəsib. CHP mərkəzi qərargahında “ikinci turda işimiz çətindir” əhval-ruhiyyəsi hökm sürür. Artıq ikinci tur seçkilərin nəticələrini belə gözləmədən partiyanın növbəti qurultayına hazırlığa start verilib. Hətta Kılıçdaroğlunun sosial şəbəkələrdə yayılan və əlini masaya vuraraq “mən burdayam” dediyi video da partiya üzvlərinə mesaj kimi dəyərləndirilir.
“Yeni Şafak”ın xəbərinə görə, CHP üzvləri “Cumhur İttifaqı”nın psixoloji üstünlüyünun də göz önündə olduğu qənaətindədirlər.
Kılıçdaroğluna cavab: iki həftədən sonra qaçacaqsan...
Siyasi şərhləri ilə tanınan hüquqşünas Ersan Şən CHP-nin televiziya kanalı olan “Sözcü”də Kamal Kılıçdaroğlunu “yaylım atəşinə” tutub. Kılıçdaroğlunun son videosuna reaksiya verən Şən “milliyyətçilərdən bir dənə də səs ala bilməzsən. Mən sənə səs vermədim, məni inandıra bilmədin. Bu gün yumruğunu stola çırparaq “Mən burdayam, qaçmadım deyirsən. Amma iki həftədən sonra nəticə mənfi olarsa, qaçacaqsan, bunun əvəzini ödəyəcəksən”, deyib.
Ersan Şən Kılıçdaroğluna səs verməməsinin səbəblərini onun terror təşkilatlarına yaxın siyasi qüvvələrlə əməkdaşlığı ilə izah edib. O, hələ seçkilərdən öncə prezidentliyə namizəd Kılıçdaroğlunun məğlubiyyətini gözlədiyini dediyini yada salıb.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51

Xəbər lenti
22 Sentyabr 12:16

Xəbər lenti
22 Sentyabr 12:11

Xəbər lenti
22 Sentyabr 12:00

Xəbər lenti
22 Sentyabr 11:44

Sosial
22 Sentyabr 11:40

İqtisadiyyat
22 Sentyabr 11:35

Xəbər lenti
22 Sentyabr 11:30

Xəbər lenti
22 Sentyabr 11:20

MEDİA
22 Sentyabr 11:20

Xəbər lenti
22 Sentyabr 11:17

Xəbər lenti
22 Sentyabr 11:11

Xəbər lenti
22 Sentyabr 11:05

Xarici siyasət
22 Sentyabr 10:50

Xəbər lenti
22 Sentyabr 10:40

Siyasət
22 Sentyabr 10:36

Xəbər lenti
22 Sentyabr 10:35

Xəbər lenti
22 Sentyabr 10:31

Siyasət
22 Sentyabr 10:30

Siyasət
22 Sentyabr 10:20

Xəbər lenti
22 Sentyabr 10:16

Xəbər lenti
22 Sentyabr 10:14

Gündəm
22 Sentyabr 10:10

Siyasət
22 Sentyabr 10:03

Xəbər lenti
22 Sentyabr 10:02

Xəbər lenti
22 Sentyabr 10:01

Siyasət
22 Sentyabr 01:06

Xəbər lenti
22 Sentyabr 01:04

Xəbər lenti
22 Sentyabr 00:37

Xəbər lenti
22 Sentyabr 00:34

Siyasət
22 Sentyabr 00:32

Xəbər lenti
21 Sentyabr 23:14

İdman
21 Sentyabr 23:11

Xəbər lenti
21 Sentyabr 23:05

Xəbər lenti
21 Sentyabr 23:03

Xəbər lenti
21 Sentyabr 20:17

Xəbər lenti
21 Sentyabr 20:12

Xəbər lenti
21 Sentyabr 20:10

Xəbər lenti
21 Sentyabr 20:08

Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00
