İranın “Kərimə dövləti” xəyalı puç oldu...
17.05.2023 [10:40]
Yeni şəbəkə ifşa edildi
Azərbaycanın yaratdığı siyasi reallıqlar molla rejimini narahat edir...
Vəzifəli şəxslərin həyatına sui-qəsdlər təşkil ediləcəkmiş...
Mayın 16-da Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının ölkə ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirlərinin həyata keçirildiyi bildirilib. Məlumata görə, müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qısas 313” adlı qrupunun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Azərbaycanda möhkəm dayaqlar üzərində bərqərar olan siyasi sabitlik, dini tolerantlıq mühiti bir sıra xarici dairələrin - ən əsası isə qonşu İran dövlətinin zaman-zaman yuxusuna haram qatıb. Ölkəmizdə formalaşan siyasi sabitliyin fonunda ölkəmizin əldə etdiyi iqtisadi inkişaf dinamikasının, Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməsi, ölkədə dini ayrı-seçkiliyin olmaması, bütün dini konfessiyaların qardaşlıq zəminində yaşaması İrana narahatlıq verir və molla rejimi bu narahatlığı ölkəmizdə casus şəbəkəsi yaratmaq cəhdi ilə ortaya qoyur. Din faktorundan siyasi rupor kimi istifadə etməyə çalışan İranın zaman-zaman bu kimi şəbəkələri ifşa edilib.
Çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət ediblər...
Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər. Həmçinin, onlar müxtəlif dövlət orqanlarının inzibati binalarının yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar. R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb. R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib. Dəstə üzvləri eyni zamanda, xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Məlumatda vurğulanıb ki, bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
İrandan ideoloji həmlə
Artıq bir neçəsinin ifşa edildiyi casus şəbəkələrinin ölkəmizdə “Kərimə dövləti” yaratmaq kimi bir ideyanın əsirinə çevrilməsi də diqqəti cəlb edir. Nədir bu “ideologiya”? “Kərimə dövləti” anlayışı nəyə xidmət edir? Bu kimi suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, İranın əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də “Kərimə dövləti” “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ edirlər, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaradıblar. Əldə edilən məlumata görə, uzun-uzadı çıxışlar vasitəsilə “kərimə dövləti” onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur - amma “Kərimə dövləti” anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, dələduzluqla məşğuldurlar və İranın siyasi məqsədləri üçün “səfərbər olublar”.
“Kərimə dövləti” nədir - niyə İran özünü belə adlandırmır?
Qeyd edək ki, internet resurslarında “Kərimə dövləti” ilə bağlı aparılan araşdırmalarda bildirilir ki, bu ifadə şiə məzhəbinin sonuncu imamı İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənib. Həmin duada “Kərimə dövləti” şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin İmam Mehdi tərəfindən qurulacağı bildirilir. Belə olan halda, ortaya bir sıra suallar çıxır. Məsələn, niyə İran öz ərazisində “Kərimə dövləti” qurmur? Və ya niyə İran “Kərimə dövləti” adlandırılmır? Nəzərə alınmalıdır ki, İranın dini-siyasi rəhbərliyi öz çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) “Kərimə dövləti”ndən, özü də ülkü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Hətta İran “Kərimə” ifadəsini utopik, arzuolunan dövlət hesab etsə də, ona nail olmağın mümkünsüzlüyünü etiraf edir. Maraqlıdır, özündə “Kərimə” yarada bilməyən İran, bu cür yarımçıq və mənşəyi bəlli olmayan ideyaları niyə “ixrac etmək” fikrinə düşür?
Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr” ilə əsl niyyət pərdələnir. Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və ölkədə hər hansı bir qarışıqlıq salmaq üçün əldən-ayaqdan gedən İran və onun əlaltıları bu cür ziyanlı və xəstə təfəkkürlə beyinləri zəhərləməyə çalışırlar.
İran dinlə manipulyasiya edir...
Azərbaycanın 2020-ci ildə regionda yaratdığı yeni siyasi reallıqlar 30 ilə yaxın “gizli” saxlanılmasına çalışılmış bir sıra məsələləri ortaya çıxardı. Burada ən diqqətçəkən məqam isə İranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi idi. Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi. Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. “Din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları da heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın əsl üzünü nümayiş etdirir. Yaxud, molla rejiminin din pərdəsi altında gizləndiyindən xəbər verir. Beləliklə, “Kərimə dövləti” “arzulayan” İran niyə İslamı, onun rituallarını və abidələrini, müqəddəs məkanlarını təhqir və təhdid edən Ermənistanla “qardaş” olur. Amma İslam dəyərlərini hər zaman qlobal müstəvidə belə müdafiə edən, yaşadan, inkişaf etdirən Azərbaycana düşmən kəsilir? - demək ki...
“Şiə hilalı”nın fərqli versiyası - “Kərimə dövləti”...
Terrorun üzü deyil, özü olan İran ətrafındakı müsəlman dövlətlərinə qarşı bu və ya digər şəkildə müdaxilələrdə maraqlıdır. İranın əsas terror gücü sayılan SEPAH güc yolu ilə Tehranın ətrafında formalaşdırmağa çalışdığı “Şiə hilalı”nın konturlarını cızır:
- SEPAH regional hərbi toqquşmaların əsas qızışdırıcısıdır;
-SEPAH Suriya vətəndaş müharibəsində tərəf kimi çıxış edib və edir;
-SEPAH İraqda hərbi qarşıdurmanın körüklənməsində “mühüm rol” oynayıb;
-SEPAH Yəməndə vətəndaş qarşıdurmasının yaranmasına milyardlarla pul xərcləyib;
- İran mütəmadi olaraq Səudiyyə Ərəbistanına qarşı hərbi iddialar səsləndirir və bunun üçün də həmin regionu terror təhdidi altında saxlamağa çalışır.
Azərbaycana isə fərqli bir yolla - məhz “Kərimə dövləti” kimi təxəyyül məhsulu olan yarımçıq ideologiyalarla “daxil olmaq” istəyir. Çünki İran Azərbaycanda özünün “terror küləyini” əsdirə bilmir - Azərbaycan bütün təhdidlərin qarşısını lazımi şəkildə alır. Belə olan halda, İran dini yenidən özünün manipulyasiya alətinə çevirir və bu yolla ölkəmizdə aranı qarışdırmağa çalışır. Amma bu dövlətin bütün bu kimi cəhdləri iflasa məhkumdur...
Spekulyativ addımlara layiqli cavab verilir
Göründüyü kimi, ölkəmizdə yaradılan dini tolerantlığa, regionda siyasi sabitliyin yaranmasına, ölkəmizin uğurlarına və Qarabağ zəfərinə qarşı olan bu kimi qüvvələrin uğursuz cəhdləri, İslamın siyasiləşdirilməsi ilə bağlı spekulyativ addımları cinayət məsuliyyəti yaratmaqla yanaşı, cəmiyyət tərəfindən də birmənalı şəkildə pislənir. “Kərimə dövləti” xülyasına qapılaraq cinayət törətməyə cəhdlər edən şəxslərin arxasında “dayanan” İran molla rejiminin “narahatlıqları” isə bütün həqiqətləri ortaya qoyur - Azərbaycanın yaratdığı siyasi reallıqlar regionun inkişafında yeni mərhələ yaradıb. Ölkəmizdə dinin siyasiləşdirilməsinə, dinin adından istifadə edərək xarici qüvvələrə xidmət göstərməyə cəhd göstərənlərə qarşı görülən tədbirlər isə Azərbaycanda dövlətçiliyin möhkəmliyini, xalq-hakimiyyət birliyini, cümlədən dünyəvi inkişaf yolundakı dönməzliyimizi bir daha ortaya qoymuş olur.
MƏNSUR
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51

Xəbər lenti
22 Sentyabr 12:16

Xəbər lenti
22 Sentyabr 12:11

Xəbər lenti
22 Sentyabr 12:00

Xəbər lenti
22 Sentyabr 11:44

Sosial
22 Sentyabr 11:40

İqtisadiyyat
22 Sentyabr 11:35

Xəbər lenti
22 Sentyabr 11:30

Xəbər lenti
22 Sentyabr 11:20

MEDİA
22 Sentyabr 11:20

Xəbər lenti
22 Sentyabr 11:17

Xəbər lenti
22 Sentyabr 11:11

Xəbər lenti
22 Sentyabr 11:05

Xarici siyasət
22 Sentyabr 10:50

Xəbər lenti
22 Sentyabr 10:40

Siyasət
22 Sentyabr 10:36

Xəbər lenti
22 Sentyabr 10:35

Xəbər lenti
22 Sentyabr 10:31

Siyasət
22 Sentyabr 10:30

Siyasət
22 Sentyabr 10:20

Xəbər lenti
22 Sentyabr 10:16

Xəbər lenti
22 Sentyabr 10:14

Gündəm
22 Sentyabr 10:10

Siyasət
22 Sentyabr 10:03

Xəbər lenti
22 Sentyabr 10:02

Xəbər lenti
22 Sentyabr 10:01

Siyasət
22 Sentyabr 01:06

Xəbər lenti
22 Sentyabr 01:04

Xəbər lenti
22 Sentyabr 00:37

Xəbər lenti
22 Sentyabr 00:34

Siyasət
22 Sentyabr 00:32

Xəbər lenti
21 Sentyabr 23:14

İdman
21 Sentyabr 23:11

Xəbər lenti
21 Sentyabr 23:05

Xəbər lenti
21 Sentyabr 23:03

Xəbər lenti
21 Sentyabr 20:17

Xəbər lenti
21 Sentyabr 20:12

Xəbər lenti
21 Sentyabr 20:10

Xəbər lenti
21 Sentyabr 20:08

Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00
