Milli Məclisin xüsusi iclası...
17.05.2023 [09:20]
228 xarici nümayəndənin iştirakı ilə
Günel ABBASOVA
Mayın 16-da Milli Məclisin xüsusi iclası keçirilib. Xüsusi iclas Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Toplantıda Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali və digər ölkələrin parlament sədri, ümumilikdə, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə olmaqla, ümumilikdə 228 xarici nümayəndə iştirak edib.
Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. O, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə quruculuq işlərinin geniş vüsət aldığını xatırladıb: “Artıq həmin dövrdə gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. O zaman sosial sahədə də bir çox islahatlar aparılırdı. Ümummilli Lider xarici iqtisadi əlaqələri uğurla idarə edən rəhbər idi. Bir sıra vacib qərarların qəbul edilməsində xüsusi rol oynayıb”.
Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Duarte Paçekonun sözlərinə görə, Heydər Əliyev hər zaman yaddaşlara həkk olunası görkəmli insanlardan olub: “Onun Azərbaycan üçün gördüyü işlərdən qürur duymaq lazımdır. Hər kəs bu dahi şəxsiyyətə minnətdar olmalıdır. Heydər Əliyev hansı sahəyə investisiya qoyulmasının zəruri olduğunu, ölkənin həqiqi müstəqilliyinin təhsilli kadrların yetirişdirilməsindən asılı olduğunu bilirdi. Azərbaycan dünyada çox gözəl tanınır, qəbul edilir, sözünü deyə bilir. Heydər Əliyev Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün işləri layiqincə yerinə yetirdi. Bütün bunların dəyərini bilmək lazımdır”.
Misir Nümayəndələr Palatasının sədri Hanafi Gibali bildirib ki, Heydər Əliyev həm də sülhün təminatçısı olub: “Onun bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub. Onun apardığı uğurlu siyasət bu gün də layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Misir dost ölkələrlə münasibətində öz köməyini heç vaxt əsirgəmir. İndiki prezidentin ilk səfərini Azərbaycana etməsi də diqqətdən kənarda qalmamalıdır. İki ölkə arasında turizm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir. Bu da təbii ki, iki xalqın rifahına xidmət edir”, - Hanafi Gibali əlavə edib.
Gürcüstan parlamentin sədri Şalva Papuaşvilinin sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk ağır illərindən sonra Ulu Öndər xalqının milli ruhunu yüksəltdi, gücləndirdi, milli oyanışı təmin etdi, milli dövlətçiliyin möhkəm təməlini qoydu: “O, bir sıra səmərəli siyasətlər vasitəsilə Azərbaycanı yenidən formalaşdırıb, güclü, sabit, firəvan dövlətə çevirib. Nəticə etibarı ilə Heydər Əliyev dünyada ən vacib şeyi, yəni, xalqın ürəyini qazana bildi. Ulu Öndər Qafqaz regionunda sülhün və sabitliyin sadiq tərəfdarı idi. Onun Gürcüstanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu ölkələr arasında tarixi dostluğu hökumətimizin, xüsusilə əziz tutduğu möhkəm strateji tərəfdaşlığa çevrildi. O, həm də beynəlxalq aləmdə uzaqgörən lider adını qoruyub saxlaya bildi”.
Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev qeyd edib ki, Heydər Əliyev bir çox çətinlikləri dəf edərək Azərbaycan dövlətinin müstəqilik tarixinin əsasını qoyub və böyük uğurlar qazanıb: “Azərbaycan iqtisadiyyatının güclənməsi də məhz onun adı ilə bağlıdır. Yüksək peşəkarlığı ilə Azərbaycan dövlətinin daha çox inkişaf etməsinə zəmin yaradıb.
Heydər Əliyev bütün xidmətləri nəticəsində böyük şəxsiyyət kimi xalqın yaddaşında əbədi yaşayacaq”. N.Şakiyev bildirib ki, Azərbaycanda əmin-amanlığın qorunub saxlanılmasında da onun böyük xidmətləri olub: “Heydər Əliyev tək müstəqil Azərbaycanın deyil, eləcə də keçmiş Sovet İttifaqında böyük iz qoyan siyasi xadim olub”.
Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov bildirib ki, Heydər
Əliyev müasir Azərbaycanın banisi və xilaskarı olub: “Hazırda Heydər Əliyevin dühası nəinki Azərbaycan xalqı üçün, eləcə də bütün türk dünyasında mənəvi oriyentirə çevrilib.
Heydər Əliyev Qazaxıstanda bizim xalqımıza qarşı səmimi qardaşlıq münasibətlərinə görə tanınır. Bizim əlaqələrimizin əbədi və möhkəm olması üçün böyük səylər göstərib”, - Yerlan Koşanov əlavə edib.
Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid El-Alami bildirib ki, Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir: “Şübhəsiz ki, Azərbaycanın uzun illərdir qoruyub saxladığı uğurlar məhz Heydər
Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə Azərbaycan bir çox uğurlara imza atıb”, - o, vurğulayıb. Azərbaycan çox gözəl ölkə olduğunu bildirən Mərakeş Nümayəndələr Palatasının sədri vurğulayıb ki, mərhum Heydər Əliyev ölkəni böyük cazibə mərkəzinə çevirə bilib.
Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dahi oğludur: “O, bütün həyatını öz xalqına, Azərbaycanın dünya arenasında nüfuzunun güclənməsinə həsr edib. Onun yorulmaz səylərinin bəhrəsini müasir Azərbaycanın simasında görürük”.
Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani bildirib ki, Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib: “İki ölkə arasında olan münasibətlərin daha da güclənməsini, dostluq münasibətlərinin artmasını istəyirik. Heydər Əliyev xalqı qarşısında öhdəliyini layiqincə yerinə yetirib, onun irsi bu gün də ölkənin gələcəyi naminə inkişaf edir. Heydər Əliyev Azərbaycan tarixində görkəmli şəxsiyyət olub. O, Azərbaycanın çox çətin dövründə rəhbər olub, ölkəsini çətinliklərdən üzüağ çıxarıb. Azərbaycan bütün çətinliklərə baxmayaraq, inkişaf və rifah yoluna qədəm qoyub, bu işi layiqincə bu gün də davam etdirir. Heydər Əliyev Azərbaycan xarici siyasətinin, iqtisadiyyatının inkişaf etdirilməsi və səmərəli dövlət idarəçiliyinin təməlinin yaradılmasının əsasını hələ ötən əsrin 60-cı illərdən başlayaraq qoyub”, - deyə o bildirib.
Pakistan rəsmisi vurğulayıb ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ulu Öndərin bu sahədə gördüyü işlər həmişə böyük minnətdarlıq hissi ilə yadda qalıb. Onun irsi müxtəlif nəsilləri ilhamlandırır. Azərbaycanın qarşısında hələ o vaxt Qarabağ və təhlükəsizliklə bağlı müxtəlif problem, çətinlikliklər vardı.
Heydər Əliyev müstəqil Azərbaycan xalqının həyatında böyük iz qoyub”.
Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Azərbaycana müraciət edərək bütün ukraynalı uşaqların evlərinə qaytarılmasında onlara kömək etməyi istəyib: “Müharibə başlayandan bu günə qədər 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib. Azərbaycan rəhbərliyinə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə təşəkkür edirəm”.
Onun sözlərinə görə, millətləri birləşdirən insanlar var, onlar doğulur və tarix yazırlar: “Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyət olub. O, yeni, müstəqil və firavan Azərbaycanı qurub. Ukrayna ilə Azərbaycan müstəqilliklərini qazandıqları dövrdə xüsusilə yaxın olub. Xalqları birləşdirən hadisələr var. Bunlar müstəqilliyi quran qələbə və döyüşlərdir. İndi Ukrayna bu cür hadisələri yaşayır. Ukrayna müharibədə öz xalqını, dilini, torpağını müdafiə edir. Rusiyanın genişmiqyaslı təcavüzündə, iyrənc və qəddar bir müharibədə iştirak edir”.
Ukrayna Ali Radasının sədr müavini Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq da edib: “Rəsmi Bakı Ukraynaya təcili ehtiyac duyulan humanitar yardımlar göstərir. Bu yardım xüsusilə Rusiyanın hava hücumları nəticəsində Ukraynanın enerji infrastrukturunun sıradan çıxması zamanı özünü büruzə verdi. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstək göstərdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür etmək istəyirəm. Sizi əmin edirəm ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyəcək. Ukrayna Silahlı Qüvvələrinin sıralarında azadlığımız uğrunda döyüşən və canlarından keçən etnik azərbaycanlılara xüsusi təşəkkür edirəm.
Macarıstan Milli Assambleyanın sədr müavini Sandor Lezsak bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur: “Macarıstan Azərbaycana hər zaman dost olaraq qalacaq. Müharibə şəraitində olan Azərbaycanda Heydər Əliyev dövlət başçısı seçildi. Onun rəhbərliyi altında Azərbaycan sabitliyə nail oldu və inkişaf edən bir ölkəyə çevrildi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz inkişaf mərhələsi keçib”.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro katibi, millət vəkili Bayram Özçelikin sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz həmrəylik pis və yaxşı gündə olmaqla bu gün də davam edir: “Zəlzələ fəlakətində də ilk köməyə gələn məhz Azərbaycan dövləti və xalqı oldu. Bu, heç vaxt unudulmayacaq. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və bu, dəyişilməz dövlət siyasətidir”.
B.Özçelik bildirib ki, Heydər Əliyev olmasaydı, həmin dövr region ölkələri üçün çətin olardı: “Ulu Öndər tək Azərbaycan deyil, həm də Türkiyə üçün də önəmli şəxsiyyət olub. Bu gün Türkiyənin müxtəlif şəhərlərində onun adını daşıyan küçə, məktəb və s. Heydər Əliyevə olan hörmətin bariz nümunəsidir. Ümummilli Lider məzarında Azərbaycanın XXI əsrdəki uğurlarını dinc şəkildə izləyir. Gələcək əsrlərə Azərbaycanı aparan möhkəm təməl var.
Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi vurğulayıb ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub: “Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Erin sözlərinə görə, Heydər Əliyev tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk dünyasının birləşdirilməsi naminə yorulmaz səylər göstərib: “Ulu öndər Heydər Əliyev nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri, eləcə də bütün Türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə dərin töhfə verib”.
Sahibə Qafarova bildirib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdı: “Ümummilli lider Heydər Əliyev bütün xalqlara və dövlətlərlə ehtiramla yanaşırdı. O, hər zaman Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, hər bir dövlət tərəfdaşları və dostları ilə güclüdür. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.
Sədrin çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Beləliklə, Azərbaycan Milli Məclisində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan xüsusi iclas başa çatıb. Qeyd edək ki, xüsusi iclasda müxtəlif ölkələrin parlament sədrləri, sədr müavinləri, habelə beynəlxalq təşkilatların təmsilçiləri çıxış edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51

Xəbər lenti
22 Sentyabr 12:16

Xəbər lenti
22 Sentyabr 12:11

Xəbər lenti
22 Sentyabr 12:00

Xəbər lenti
22 Sentyabr 11:44

Sosial
22 Sentyabr 11:40

İqtisadiyyat
22 Sentyabr 11:35

Xəbər lenti
22 Sentyabr 11:30

Xəbər lenti
22 Sentyabr 11:20

MEDİA
22 Sentyabr 11:20

Xəbər lenti
22 Sentyabr 11:17

Xəbər lenti
22 Sentyabr 11:11

Xəbər lenti
22 Sentyabr 11:05

Xarici siyasət
22 Sentyabr 10:50

Xəbər lenti
22 Sentyabr 10:40

Siyasət
22 Sentyabr 10:36

Xəbər lenti
22 Sentyabr 10:35

Xəbər lenti
22 Sentyabr 10:31

Siyasət
22 Sentyabr 10:30

Siyasət
22 Sentyabr 10:20

Xəbər lenti
22 Sentyabr 10:16

Xəbər lenti
22 Sentyabr 10:14

Gündəm
22 Sentyabr 10:10

Siyasət
22 Sentyabr 10:03

Xəbər lenti
22 Sentyabr 10:02

Xəbər lenti
22 Sentyabr 10:01

Siyasət
22 Sentyabr 01:06

Xəbər lenti
22 Sentyabr 01:04

Xəbər lenti
22 Sentyabr 00:37

Xəbər lenti
22 Sentyabr 00:34

Siyasət
22 Sentyabr 00:32

Xəbər lenti
21 Sentyabr 23:14

İdman
21 Sentyabr 23:11

Xəbər lenti
21 Sentyabr 23:05

Xəbər lenti
21 Sentyabr 23:03

Xəbər lenti
21 Sentyabr 20:17

Xəbər lenti
21 Sentyabr 20:12

Xəbər lenti
21 Sentyabr 20:10

Xəbər lenti
21 Sentyabr 20:08

Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00
