Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Regionlar necə inkişaf edir?

Regionlar necə inkişaf edir?

17.05.2023 [11:13]

Nicat Dilqəmli

Müasir müstəqil Azərbaycanın dinamik inkişafının təmin edilməsi istiqamətində müəyyən edilən prioritetlərdən biri də ölkəmizdə regionların sosial-iqtisadi inkişafının təmin edilməsidir. Spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir.  Həyata keçirilən institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib. Dövlət Proqramının uğurlu icrası nəticəsində vergi daxilolmalarında da əhəmiyyətli dərəcədə artımın olması xüsusilə qeyd olunmalıdır. Belə ki, ölkə rəhbərinin tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər görülür. Gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb.

İcrası uğurla həyata keçirilməkdə olan genişmiqyaslı layihələrin müsbət nəticələri artıq bir neçə ildir ki, özünü göstərməkdədir. Aparılan məqsədyönlü siyasət nəticəsində respublikanın şəhər və rayonlarında yeni-yeni iş yerləri açılır, sahibkarlara dövlət tərəfindən müxtəlif həcmlərdə maliyyə yardımı göstərilir və bütün digər zəruri tədbirlərin həyata keçirilməsi təmin edilir. Bu da təbii ki, regionlarda iş yerlərinin sayının artmasına, bölgələrdə yaşayan əhalinin məşğulluğunun təmin edilməsinə, onlar üçün əlverişli mühitin yaradılmasına səbəb olur ki, bu da nəticə etibarı ilə regionların sosial-iqtisadi inkişafını təmin edir.

Bu yerdə həm də kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, emal sənayesinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələr hesab edildiyi də qeyd edilməlidir. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergi azad olmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayır. Bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, bir tərəfdən büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsas verir.

Görülən işlər nəticəsində Azərbaycanın sosial-iqtisadi inkişafı dinamikasında regionların payı hər il artmaqdadır. Son illər ərzində respublikanın bütün şəhər və rayonlarında ən müasir tələblərə cavab verən yeni-yeni yollar inşa edilir, yol qovşaqları, tunellər tikilir, istər yaşayış, istərsə də inzibati məqsədlər üçün istifadə edilən binaların təmir-bərpa işləri aparılır. Başqa sözlə, Azərbaycanın bütün bölgələrində güclü, müasir infrastruktur qurulması istiqamətində böyük iş həcmi artıq yerinə yetirilib, eyni zamanda, bir sıra layihələrin uğurla reallaşdırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir.

Şanlı Zəfər tariximiz olan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda regionların sosial-iqtisadi inkişafı yeni bir mərhələyə qədəm qoydu. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinə başlanıldı. Hazırda tarixi torpaqlarımızda bu işlər çox sürətlə davam etdirilməkdədir. Sevindirici haldır ki, müharibənin başa çatmasından çox az bir müddət sonra həmin ərazilərdə artıq işlərin müəyyən bir qisminin uğurla yekunlaşmasının şahidinə çevrildik. Dövlət başçısının respublikanın digər şəhər və rayonları ilə bərabər işğaldan azad olunmuş ərazilərə də mütəmadi olaraq səfər etməsi, orada aparılan tikinti işlərinin gedişatı ilə şəxsən maraqlanması Azərbaycan dövlətinin regionların inkişafında nə dərəcədə maraqlı olduğunun ən aydın nümunələrindən biridir.

Sürətlə inkişaf etməkdə olan müasir dünyanın çağırışlarından biri də ağıllı, rəqəmsal texnologiyaların tətbiq edilməsidir. Qlobal çağırışlarla hər zaman ayaqlaşan, məsuliyyətli dövlət olan Azərbaycanda da bu istiqamətdə işlər uğurla həyata keçirilir. İnnovativ üsulların tətbiqinə nümunə olaraq Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsini nümunə gətirə bilərik. Son illər dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafının özü ilə gətirdiyi müxtəlif yeniliklər və dəyişikliklərdən biri olan “Ağıllı kənd” konsepsiyası insanların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur.

Həm işğaldan azad olunmuş ərazilərdə, həm də digər şəhər və rayonlarda görülən işlər onu deməyə əsas verir ki, qarşıdakı illər ərzində respublikanın bütün şəhər və rayonlarında ən müasir standartlara cavab verən infrastruktur qurulacaq, inkişaf ən yüksək mərhələyə çatacaq. Bu isə regionlarda yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun tam şəkildə təmin edilməsi, digər tərəfdən, sahibkarlığın inkişafı deməkdir. Bütün bunlar isə nəticə etibarı ilə əhalinin sosial rifahının daha da yaxşılaşması ilə bərabər həm də dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına səbəb olacaq.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30