Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İrandan ideoloji həmlə

İrandan ideoloji həmlə

17.05.2023 [15:45]

Artıq bir neçəsinin ifşa edildiyi casus şəbəkələrinin ölkəmizdə “Kərimə dövləti” yaratmaq kimi bir ideyanın əsirinə çevrilməsi də diqqəti cəlb edir. Nədir bu “ideologiya”? “Kərimə dövləti” anlayışı nəyə xidmət edir? Bu kimi suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, İranın əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də “Kərimə dövləti” “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ edirlər, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaradıblar. Əldə edilən məlumata görə, uzun-uzadı çıxışlar vasitəsilə “kərimə dövləti” onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur - amma “Kərimə dövləti” anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, dələduzluqla məşğuldurlar və İranın siyasi məqsədləri üçün “səfərbər olublar”.

Kərimə dövləti” nədir  -  niyə İran özünü belə adlandırmır?

Qeyd edək ki, internet resurslarında “Kərimə dövləti” ilə bağlı aparılan araşdırmalarda bildirilir ki, bu ifadə şiə məzhəbinin sonuncu imamı İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənib. Həmin duada “Kərimə dövləti” şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin İmam Mehdi tərəfindən qurulacağı bildirilir. Belə olan halda, ortaya bir sıra suallar çıxır. Məsələn, niyə İran öz ərazisində “Kərimə dövləti” qurmur? Və ya niyə İran “Kərimə dövləti” adlandırılmır? Nəzərə alınmalıdır ki, İranın dini-siyasi rəhbərliyi öz çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) “Kərimə dövləti”ndən, özü də ülkü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Hətta İran “Kərimə” ifadəsini utopik, arzuolunan dövlət hesab etsə də, ona nail olmağın mümkünsüzlüyünü etiraf edir. Maraqlıdır, özündə “Kərimə” yarada bilməyən İran, bu cür yarımçıq və mənşəyi bəlli olmayan ideyaları niyə “ixrac etmək” fikrinə düşür?

Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr” ilə əsl niyyət pərdələnir. Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və ölkədə hər hansı bir qarışıqlıq salmaq üçün əldən-ayaqdan gedən İran və onun əlaltıları bu cür ziyanlı və xəstə təfəkkürlə beyinləri zəhərləməyə çalışırlar.

MƏNSUR

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30