Hədəf hara tuşlanıb?
18.05.2023 [10:32]
Şərq-Qərb dəhlizinə “müdaxilə” arzuları
Qırğızıstanda baş verənlər nəyin təzahürüdür?
Rusiya-Ukrayna müharibəsi dünyaya yeni siyasi və hərbi nizam gətirməklə yanaşı, iqtisadi münasibətlərə də kəskin təsir göstərdi. Belə ki, münaqişənin əsas tərəfləri qismində çıxış edən Rusiya və Ukraynanın ətrafında formalaşan müttəfiqlər ordusu faktiki olaraq dünyanın yeni qütblərinin sərhədini müəyyənləşdirdi. Düzdür, bu məsələdə bitərəfliyini qoruya bilən ölkələr də mövcuddur, amma onların sayı azdır. Maraqlı cəhət budur ki, Rusiyanın ətrafındakı müttəfiq ordusu sürətlə azalmağa başlayıb. Kremlin əsas güvənc yeri olan Çinin məsələyə münasibəti həlledici amil rolunda çıxış edir. Dünyanın aparıcı iqtisadiyyatı sayılan Çinin bir ildən artıqdır ki, susqunluq nümayiş etdirməsinin də səbəbləri yavaş-yavaş üzə çıxır. Belə demək mümkündürsə, Çin bu mübarizədə öz maraqlarına uyğun davranış nümayiş etdirir. Hətta qərb blokunun ABŞ-a “müxalif” ölkələri belə Çindən mədət umur. Bu mənada, Çinin Avropanı dirçəltməsi, köhnə qitənin əvvəlki nüfuzunu geri qaytarması üçün ortaya qoyduğu plan bir çox böyük güclərin “ürəyincə deyil”. Bəzi siyasi mütəxəssislərin fikrincə, son dövrlərdə yeni iqtisadi aorta sayılan “Bir kəmər, bir yol” layihəsinin, başqa sözlə, Şərq-Qərb, yəni, Orta Dəhlizin ətrafında yaradılmasına çalışılan bəzi kataklizmlər də bundan qaynaqlanır.
“Türk yolu” - Asiyadan Avropaya uzanan yeni strateji xətt...
Şərq-Qərb dəhlizi iqtisadi cəhətdən olduğu qədər, siyasi əhəmiyyət də daşıyır. Çünki bəzi ölkələr bu yolu hətta “Türk yolu” belə adlandırır. Xırda korrektələrlə yeni dönəmin “Türk yolu” tarixi “İpək yolu” ilə üst-üstə düşür. Bu yol tarixən türk ölkələrinin qarşılıqlı əlaqələrində mühüm əhəmiyyət daşıyıb. İndki məqamda isə dünya üçün mühüm alternativə çevrilmiş bu kommunikasiya hər kəsi cəlb edir. Məsələn, Rusiyaya qarşı sanksiyalar fonunda çıxılmaz vəziyyətə düşən Mərkəzi Asiya ölkələri ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar hazırladığını bəyan edirlər. Logistik tədarük zəncirlərinin daha da möhkəmləndirilməsi üçün operativ və qətiyyətli tədbirlər görülür. Mərkəzi Asiya özünün ticarət mübadiləsini bu vahid yolda görür - Azərbaycan vasitəsilə Avropaya uzanan yola istiqamətləndirir.
Beləliklə, Asiya ilə Avropanı birləşdirəcək multimodal nəqliyyat dəhlizi layihəsi artıq gerçəyə çevrilir. Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Avropa tranziti üzrə reallaşacaq dəhlizin işə salınmasını sürətləndirmək üçün son tamamlama işləri aparılır - Zəngəzur dəhilizinin açılması an məsələsidir. Göründüyü kimi, artıq Azərbaycanın və Orta Asiyanın ticarət maraqları eyni istiqamətdə və eyni marşrutla tənzimlənir. Bu isə səsləndirilən xəyali Türk yolunu reallığa çevirəcək mühüm amildir. Təbii ki, bu alternativ yolun seçilməsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və regionda yaratdığı yeni siyasi reallıqlar mühüm əhəmiyyət daşımaqdadır. Atılan addımlar, yaranan birliklər isə ticarət əməkdaşlıqlarının gələcək perspektivdə siyasi tərəfdaşlığa çevrilməsinə belə yol aça bilər.
Kılıcdaroğlu niyə “Türk axını”na Azərbaycanı daxil etmədi?
Mərkəzi Asiyadan Mərkəzi Avropaya uzanan bu yol demək olar ki, bütün Türkdilli dövlətləri bir-birinə bağlayır. Bu baxımdan, əsas hədəfin də məhz həmin ölkələr olması təəccüblə qarşılanmamalıdır. Bu ölkələrdə zaman-zaman “terrorçu qruplar” peyda olur, sabitliyin təhdid altında olması görüntüsü yaradılmağa çalışılır, təhlükəsizliyin “yetirəncə” təmin olunmadığı təəssüratı formalaşdırılır. Hətta bu birliyə təsir göstərmək üçün bəzi siyasi qüvvələr belə ortaya atılır - məsələn, Türkiyədə keçirilən seçkilərdə namizəd olan Kamal Kılıcdaroğlunun Türk yolunun “istiqamətini” dəyişmək cəhdləri buna misaldır. Təbii ki, burada məqsəd həmin layihə ilə yanaşı, daha çox bu layihənin formalaşdıracağı siyasi reallıqlara xələl gətirməkdir.
Mərkəzi Asiyada “qeyri-sabitlik” fonu...
Yeri gəlmişkən, ötən gün Qırğızıstanda baş verən terror hadisəsi də birmənalı qarşılana bilməz. Xatırladaq ki, Dmitriyevka kəndində bəzi terrorçuların mədrəsəni ələ keçirməsi barədə məlumat yayılmışdı. Sonradan Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi xüsusi əməliyyatın keçirildiyini təkzib etmişdi. Qırğızıstanın KABAR informasiya agentliyi müftiliyin məlumatını yaymışdı və məlumatda bildirilmişdi ki, atışma kənd şurasının binası və qadın mədrəsəsinin yaxınlığında baş verib. Mədrəsənin tələbələri təxliyə edilib, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Agentlik paytaxt Bişkekin yaxınlığında yerləşən kənddə xüsusi əməliyyatın bir qədər əvvəl başa çatdığını qeyd etmişdi. Əməliyyatın gedişində silahlı terrorçu öldürülüb, güc strukturlarının iki əməkdaşı yaralanıb. Kəndə giriş-çıxış bərpa edilib.
Təbii ki, Qırğızıstanın yerləşdiyi coğrafi region olduqca strateji sayılır və bu mənada belə hadisələr bir çox prizmadan təhlil formalaşdırır. Bəzi siyasətçilər Çinlə həmsərhəd bir ölkədə “terror”un varlığını nümayiş etdimək arzusunun arxasında məqsədlərin dayandığını düşünür. Bu mənada, “Taliban”ın xidmətindən də yararlanmağın mümkünlüyü irəli sürülür...
Rusiya KTMT üzərindən regional “sabitləşdirici” olmaq istəyirmi?
Qeyd edildiyi kimi, hazırda Mərkəzi Asiya regionu dünyanın aparıcı siyasi qütblərinin diqqət mərkəzində olan bölgələrdəndir. Bu ərazi Çin, Rusiya, Əfqanıstan kimi ölkələrin sərhəddidir. Bu mənada, siyasi maraqlardan doğan bəzi ziddiyyətlər də ortaya çıxa bilər ki, bu da yeni münaqişələrin formalaşdırılması ehtimalını yaradır. Düzdür, bu kimi münaqişələr üçün hazır motiv də mövcuddur - SSRİ dövründən demarkasiya və delimitasiya ilə bağlı miras qalmış problemlər zaman-zaman bəzi qarşıdurmalara yol açır. Bundan istifadə etməyə çalışanlar isə hər zaman olub. Eyni zamanda, region ölkələrinin bəziləri KTMT-də müttəfiqdirlər. Bu qurum isə Rusiyanın da üzv olduğu hərbi ittifaqdır. Bu günün rakursundan KTMT üzvü olan dövlətlərdə yaşanma ehtimalı ortaya çıxan hər hansı bir hərəkətlilik Rusiyanın həmin regionda “sabitləşdirici faktora çevrilməsini şərtləndirə bilər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51

Xəbər lenti
22 Sentyabr 12:16

Xəbər lenti
22 Sentyabr 12:11

Xəbər lenti
22 Sentyabr 12:00

Xəbər lenti
22 Sentyabr 11:44

Sosial
22 Sentyabr 11:40

İqtisadiyyat
22 Sentyabr 11:35

Xəbər lenti
22 Sentyabr 11:30

Xəbər lenti
22 Sentyabr 11:20

MEDİA
22 Sentyabr 11:20

Xəbər lenti
22 Sentyabr 11:17

Xəbər lenti
22 Sentyabr 11:11

Xəbər lenti
22 Sentyabr 11:05

Xarici siyasət
22 Sentyabr 10:50

Xəbər lenti
22 Sentyabr 10:40

Siyasət
22 Sentyabr 10:36

Xəbər lenti
22 Sentyabr 10:35

Xəbər lenti
22 Sentyabr 10:31

Siyasət
22 Sentyabr 10:30

Siyasət
22 Sentyabr 10:20

Xəbər lenti
22 Sentyabr 10:16

Xəbər lenti
22 Sentyabr 10:14

Gündəm
22 Sentyabr 10:10

Siyasət
22 Sentyabr 10:03

Xəbər lenti
22 Sentyabr 10:02

Xəbər lenti
22 Sentyabr 10:01

Siyasət
22 Sentyabr 01:06

Xəbər lenti
22 Sentyabr 01:04

Xəbər lenti
22 Sentyabr 00:37

Xəbər lenti
22 Sentyabr 00:34

Siyasət
22 Sentyabr 00:32

Xəbər lenti
21 Sentyabr 23:14

İdman
21 Sentyabr 23:11

Xəbər lenti
21 Sentyabr 23:05

Xəbər lenti
21 Sentyabr 23:03

Xəbər lenti
21 Sentyabr 20:17

Xəbər lenti
21 Sentyabr 20:12

Xəbər lenti
21 Sentyabr 20:10

Xəbər lenti
21 Sentyabr 20:08

Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00
