Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyədə şəffaf seçki mexanizmi formalaşıb

Türkiyədə şəffaf seçki mexanizmi formalaşıb

18.05.2023 [11:00]

İkinci turdan sonra Türkiyənin mövqeyi möhkəmlənəcək

Günel ABBASOVA

Təxminən bir həftə əvvəl bütün Türk dünyası, eləcə də dünyanın gözü Türkiyədə keçirilən prezident və parlament seçkilərində idi. Hər kəs seçkilərin bir, yoxsa iki mərhələdə həll olacağı və nəticələrlə bağlı fikirlər irəli sürürdü. Nəhayət, seçkilər yekunlaşandan sonra məlumat verildi ki, ikinci mərhələdə proses davam edəcək. Hazırda ikinci mərhələnin həlledici nəticələri dünyanın diqqətindədir. Xüsusilə Türkiyəyə dost və qardaş olan ölkələr məsələ ilə yaxından maraqlanır. Bu mənada birinci mərhələdəki seçkilərdə qardaş ölkəyə müşahidəçi qismində nümayəndə heyətinin göndərilməsi də təəccüblü deyildi.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü və Türkiyədə prezident və parlament seçkilərində müşahidəçi kimi iştirak edən Vüqar Bayramov fikirlərini “Yeni Azərbaycan”la bölüşdü: “Əvvəl Türkiyədə olduğumuz seçki məntəqələrində seçkinin tamamilə şəffaf keçdiyini müşahidə etdik. Çünki praktiki olaraq bu gün Türkiyədə seçkilərin şəffaf keçirilməsi ilə bağlı bir mexanizm formalaşıb. İstənilən şəxsin bülletenlərin sayılması, hətta səsvermə prosesini izləmək imkanları var. Eyni zamanda, seçki zamanı kifayət qədər uzun növbələr müşahidə olunur. Bu da təbii ki, Türkiyə vətəndaşlarının bu seçkiyə verdiyi əhəmiyyətin və seçkilərə gözləntisi ilə əlaqədardır. Bu seçki nəticələri bir daha təsir etdi ki Türkiyə vətəndaşları mövcud siyasətin davam etdirilməsində və dəstəklənməsində maraqlıdırlar. Və bu seçki Türkiyə üçün vacib idi. Çünki bu, Türkiyənin praktik olaraq gələcəyini müəyyənləşdirən seçki kimi xarakterizə olunur”.

V.Bayramov bildirib ki, seçkinin nəticələri bir tərəfdən mövcud siyasətin, eyni zamanda, Türkiyənin regional mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək: “Xüsusilə nəzərə alsaq ki, 16 kabinet üzrə artıq millət vəkili seçilib. Bu, o deməkdir ki, ikinci tur seçkilərindən sonra indiki prezident yenidən seçiləcəyi halda artıq yeni kabinet formalaşacaq. Bu yeni kabinet də yeni çağırışlara və yeni gözləntilərə uyğun olaraq  fəaliyyətini quracaq. Və ona görə də Türkiyə parlamentində hakim partiyanın öz müttəfiqləri ilə üstün mövqeyə malik olması, 600 yerdən 321-ni qazanması da parlamentin fəaliyyətinin stabilliyi baxımından vacib idi. Seçki Türkiyə üçün yeni imkanlar yaratdı. Mayın 28-də keçiriləcək ikinci tur seçkidən sonra biz Türkiyənin həm mövqeyinin möhkəmlənməsi, həm də Türkiyə  iqtisadiyyatındakı islahatların dərinləşməsini müşahidə edə biləcəyik”.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30