Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyanın KTMT “qandalı” - Ermənistan çıxış yolu tapmır...

Rusiyanın KTMT “qandalı” - Ermənistan çıxış yolu tapmır...

18.05.2023 [17:17]

2020-ci il Vətən müharibəsi dövründən başlayaraq Ermənistanın çoxsaylı səylərinə baxmayaraq KTMT Azərbaycana qarşı loyal münasibət bəsləməsi rəsmi İrəvanı incik salmışdı. Bu baxımdan, 2020-ci ildən bəri keçirilən bütün iclaslarda Ermənistan tərəfi KTMT-ni qınamaq, incikliyini dilə gətirmək, qurum üzvlərini Azərbaycana qarşı çevirmək yolunu tutmuşdu. Amma hər dəfəsində təşkilat üzvləri Ermənistanın bu mövqeyini bölüşmədiyini açıq şəkildə bildirir, onu yerində oturdurdular. Artıq narazılığını açıq şəkildə ortaya qoyan Ermənistan son iclasda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etmişdi. Çünki rəsmi İrəvanın guya Azərbaycanın Ermənistan torpaqlarına “təcavüz etməsi” görüntüsü yaratmaq və bununla da KTMT-ni ölkəmizə qarşı qoymaq cəhdləri boşa çıxmışdı.

Ardından isə Ermənistan KTMT-dən çıxmaq məsələsini gündəmə gətirmişdi. Hətta bununla bağlı həm baş nazir Paşinyan, həm də təhlükəsizlik şurasının katibi Qriqoryan açıqlama vermişdi. Məsələyə son nöqtə isə yenidən Moskvadan qoyulmuşdu. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanının sözsüz ki, KTMT-də fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Bu isə, artıq Rusiyanın Ermənistana mövzu ilə bağlı əmri də sayıla bilərdi.

Beləliklə, Rusiya Ermənistana xəbərdarlıq edir. KTMT-dən çıxmaq, başqa sözlə, üzünü Qərbə tərəf tutmaq istəyi Ermənistan üçün mənzərəni yenidən “mürəkkəbləşdirir”. Kremlin hələ ötən ilin noyabr ayında qəti şəkildə İrəvanın KTMT-də qalacağı fikrini irəli sürməsi bu məsələdə iradənin Paşinyandan və ya Ermənistandan asılı olmadığını bir daha göstərmişdi.

SADİQ

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30