Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenskiyə qurulmuş tələ

Zelenskiyə qurulmuş tələ

18.05.2023 [10:41]

Adının açıqlanmasını istəməyən iki ukraynalı məmur Priqojinin Ukrayna Kəşfiyyat İdarəsinin nümayəndələri ilə bir neçə dəfə danışdığını təsdiqləyib. Rəsmilərdən biri deyib ki, Priqojin qoşununu Baxmutdan çıxarmaq üçün dəfələrlə “sövdələşmə” təklif edib, lakin Kiyev ona etibar etmədiyindən bu təklifi rədd eləyib.

Ukrayna prezidenti Volodimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində Priqojinlə əlaqə saxladıqlarını təsdiqləməyib. “Bu, kəşfiyyat məsələsidir”, - deyə o, tam cavab verməkdən yayınıb. “Nədir, mənim xəyanətdə ittiham olunmağımı istəyirsiniz?” - deyən Ukrayna lideri məxfi məlumatların ictimaiyyətə açıqlanmasını narazılıqla qarşılayıb. Zelenski kəşfiyyat danışıqlarının mediaya sızmasının Rusiyanın xeyrinə olduğunu bildirib.

Əlbəttə, Ukrayna rəhbərliyi şübhəsində və ehtiyatlı davranışında haqlı, məntiqli görünür. Lakin o da göz qabağındadır ki, Baxmutda gedən amansız döyüşlərdən  Priqojin ciddi məyus olub. “Vaqner”in başçısı Rusiya rəhbərliyinə həm açıq şəkildə, həm də şəxsi əlaqələri vasitəsilə Müdafiə Nazirliyinin onun döyüşçülərini lazım olan sursat və digər resurslarla təmin etmədiyindən şikayətlənib. Hazırda Ukraynanın şərqində yerləşən Baxmutda  müharibənin ən qanlı döyüşləri gedir. Bildiyimiz kimi, mayın 9-dək şəhərə nəzarəti ələ keçirəcəyini vəd edən Priqojin bu yaxınlarda qoşunlarını Baxmutdan çıxaracağını deməklə Rusiya rəhbərliyini hədələyib.

MURAD

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30