Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Samux rayon ərazi partiya təşkilatında tədbir keçirildi

YAP Samux rayon ərazi partiya təşkilatında tədbir keçirildi

18.05.2023 [16:46]

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində YAP Samux rayon təşkilatı bütün ərazi partiya təşkilatlarında YAP üzvlərinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev işığı daim bizimlədir” adlı tədbirlərin keçirilməsini davam etdirir.

18 may 2023-cü il tarixdə YAP Samux rayon təşkilatının Samux rayon DAİM (Dövlət Aqrar İnkişaf Mərkəzi) ərazi partiya təşkilatında tədbir keçirildi.Tədbirdə ərazi partiya təşkilatının üzvləri iştirak etdi. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və aparat əməkdaşları tədbirə dəvət edilmişdilər.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi.

Sonra ərazi partiya təşkilatının  sədri Azər Hacıyev və partiya fəalları çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən, Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, onun Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən söz açdılar.

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30