Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Narazı kütlə, artan gərginlik...

Narazı kütlə, artan gərginlik...

23.05.2023 [10:40]

İrəvandakı aksiyalar nə ilə nəticələnəcək?

Nicat Dilqəmli

Artıq bir neçə gündür işğalçı Ermənistandakı qarşıdurmaların, daxili çəkişmələrin yeni dalğası yaşanmaqdadır. Ermənistanın paytaxtı İrəvan əhalinin etiraz aksiyalarına ev sahibliyi edir. Təkcə bu ay ərzində Ermənistanın mərkəzində bir neçə mitinq keçirilib. Bu nümayişlərdən biri mayın 19-da müharibə zamanı ölən hərbçilərin yaxınları tərəfindən keçirilən etiraz aksiyasıdır. Onlar İrəvanda Şenqavit məhkəməsinin qarşısında aksiya keçiriblər. Etirazların əsas səbəbi baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinən Qayana Akopyanın həbsi ilə bağlıdır. Aksiya iştirakçıları məhkəmənin şübhəli bilinən Akopyanın həbsi ilə bağlı qərarın baxılmasını növbəti günə ertələməsinə etiraz ediblər. Etirazçılar hadisə yerinə gələn polis avtomobillərinin yolunu bağlamağa çalışıblar. Nəticədə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis əməkdaşları ölən hərbçilərdən birinin qohumunu saxlayıb. Onun üzərində bıçaq olduğu bildirilib.

Ertəsi gün isə Akopyanın həbsi ilə bağlı İrəvanın mərkəzində daha bir etiraz aksiyası keçirilib. İrəvanın mərkəzinə, Respublika meydanına doğru irəliləyən etirazçılar Arşakunyats prospektini bağlayıblar. Məlumatlarda etirazçılarla polislər arasında baş verən toqquşmalar nəticəsində valideynlərin “canlı divar” yaratdığı qeyd olunur. Ölən erməni əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan aksiyanın dinc xarakter daşıdığını elan edib.

Xatırladaq ki, Qayane Akopyan mayın 17-də Paşinyanın oğlu Aşotu qaçırmaqda şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etmir və buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Mayın 20-də məhkəmə onu bir ay müddətinə həbs edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, lakin hələlik aclıq aksiyasını davam etdirmək qərarına gəlib.

Ermənistandakı etiraz aksiyaları ilə bağlı “Yeni Azərbaycan” qəzetinə fikirlərini bölüşən siyasi şərhçi İlqar Vəlizadə  hazırkı hadisələrin Ermənistandakı etirazların triqqeri rolunu oynadığı qənaətindədir. Politoloqun fikrincə, proseslərin hansı formada inkişaf edəcəyi hadisələrin gedişatından asılıdır: “Xüsusilə də Ermənistan cəmiyyətində Paşinyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində atacağı addımlardan, yəni hakimiyyətin bu proseslərə insanları necə hazırlaşdırdığından asılıdır. Ona görə də dəqiq hansısa proqnozlar vermək çətindir”.

Son günlər daha da alovlanan etiraz aksiyalarının Ermənistanda hökm sürən qeyri-sabit vəziyətdən xəbər verdiyini diqqətə çatdıran İ.Vəlizadə belə bir halda uzunmüddətli proqnozların verilməsini düzgün hesab etmədiyini də qeyd edib.

Paylaş:
Baxılıb: 299 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30