Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətt üzrə uğurla davam etməkdədir

Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətt üzrə uğurla davam etməkdədir

25.05.2023 [11:29]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib.Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib.

Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətt üzrə uğurla davam etməkdədir.

Ölkə Prezidenti cənab İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri iki ölkə arasında gələcək prespektivlərin inkişafına daha da təkan vermiş oldu.

Səfər zamanı mətbuata verdiyi müsahibədə Prezident cənab İlham Əliyev Azərbaycanla Litva arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdı­ğı­nı bildirərək qeyd etdi ki, “bu iki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konk­ret nəticələrlə tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sa­hə­lərə də öz müsbət təsirini göstərir. Bunlar qarşılıqlı etimadın, qarşılıqlı inamın və təbii ki, qarşılıqlı siyasi tərəfdaşlığın nəticəsidir. Azərbaycanla Litva etibarlı iqtisadi tərəfdaş olmaqla bərabər, etibarlı siyasi tərəfdaşdır.”

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. 

Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır bu gün Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair Anlaşma memorandumunun imzalanması ölkəmizin enerji təhlükəsizliyində rolunu getdikcə artırır. Azərbaycanın enerji strategiyasının önəmli mərhələsinin nəhəng qaz yataqlarının istismarı ilə bağlı olduğunu xüsusi olaraq qeyd etmək lazımdır. Artıq bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30