Azərbaycandan dünyaya örnək
24.11.2023 [10:11]
Müharibələr və antiterror tədbirləri necə aparılmalıdır?
Son illərdə dünyada beynəxalq prinsiplərin pozulduğu, oxşar məsələlərə, hətta bir dövlətin başqa bir ölkənin ərazisini işğal etməsi faktına belə eyni prizmadan yanaşılmaması adi hala çevrilib. Biz müşahidə edirik ki, müharibələr, antiterror tədbirləri də ayrı-ayrı dövlətlər tərəfindən fərqli ssenarilərlə aparılır. Bir məqamda bu və ya digər dövlətin özünümüdafiə məqsədilə apardığı ədalətli müharibə qlobal güc mərkəzləri və onların əlində alətə çevrilən beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə qınanılır, sanksiyalar işə salınır, digər hallarda isə həmin güc mərkəzlərinin özlərinin başladıqları və yaxud rəvac verdikləri qanlı müharibələrə, bu müharibələrdə dinc insanların, uşaqların, qadınların, qocaların öldürülməsinə, mülki infrastrukturun dağıdılmasına seyirçi münasibət bəslənilir.
Azərbaycan son üç ildə öz ərazisində iki dəfə hərbi əməliyyatlar həyata keçirmək məcburiyyətində qalıb. Hər iki halda da respublikamız beynəlxalq hüquqa və humanizm prinsiplərinə riayət edib. Prezident İlham Əliyev noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında ölkəmizin nümunəsinə diqqət çəkərək bildirib: “Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır”.
Azərbaycan xoş mərama əsaslanan qonşuluq siyasəti aparır. Ölkəmizin heç vaxt qonşu dövlətlərin daxili işlərinə qarışmaq, onların ərazilərini ilhaq etmək niyyəti olmayıb. Ancaq suveren hüquqlarımız, ərazi bütövlüyümüzun qorunması uğrunda mücadilə aparmaq da bizim haqqımızdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibə ölkəmiz üçün ədalətli müharibə idi. Respublikamızın Ermənistanın 30 illik işğalına son qoymaq, özünün ərazi bütövlüyünü təmin etmək, düşmənin ara verməyən təxribatlarının qarşısını almaq üçün müharibəyə qoşulmaqdan başqa yolu qalmamışdı. Müharibə günlərini xatırladıqda yenə də iki pis nümunənin müqayisəsini aparmaq lazım gəlir. Ayrı-ayrı Qərb dövlətləri, xüsusilə də keçmiş Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən işğalçı Ermənistan beynəlxalq konvensiyaları pozmaqla bir neçə dəfə keçmiş təmas xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər ərazilərimizə qadağan olunmuş mərmilər atdılar. Ermənistanın bu müharibə cinayətləri nəticəsində aralarında uşaqlar, qadınlar və qocalar da olmaqla onlarla dinc sakin həyatını itirdi, çoxlu sayda yaşayış binaları, mülki infrastruktur dağıldı. Ancaq Azərbaycan işğalçı dövlətin bu müharibə cinayətlərinin müqabilində təmkinli davrandı, qonşu dövlətin şəhər və kəndlərini atəşə tutmadı, öz qisasını döyüş meydanında aldı və şanlı Zəfərə imza ataraq ərazi bütövlüyünün təmin edilməsinə nail oldu.
Azərbaycanın dövlət başçısının tapşırıqları əsasında eyni prinsip cari il sentyabrın 19-da başlayan və cəmi 23 saat ərzində uğurla tamamlanan lokal xarakterli antiterror tədbirləri zamanı da gözlənildi. Xatırladaq ki, antiterror tədbirləri başlayan gün - sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alan Azərbaycan Müdafiə Nazirliyi Qarabağ ermənilərinə müraciət ünvanlayaraq mülki əhalini hərbi obyektlərdən kənar durmağa və separatçılara dəstək verməməyə çağırmışdı. “Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır”, - deyə nazirliyin müraciətində bildirilirdi. Həmçinin qeyd olunmuşdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı. Bununla yanaşı, mülki erməni əhalisi üçün humanitar yardımlar da diqqət mərkəzində saxlanılırdı. Antiterror tədbirlərindən dərhal sonra dövlətimiz bölgəyə humanitar yardımlar göndərdi və bu yardımlar Qarabağda qalan ermənilər üçün indi də davam etdirilir.
Antiterror tədbirlərində Silahlı Qüvvələrimiz yüksək peşəkarlığını növbəti dəfə ortaya qoydu. Bütün əməliyyat boyunca yalnız qanuni hərbi hədəflər nişan alındı və məhv edildi. Buna görə də dinc sakinlər və mülki infrastruktur ziyan çəkmədi.
Pis nümunələr
Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi və 23 saatlıq uğurlu antiterror tədbirləri dünyanın ayrı-ayrı dövlətlərinin zaman-zaman sərgilədikləri pis nümunələrlə kəskin təzad təşkil edir. Dünyanın supergüc dövləti olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərq coğrafiyasında apardığı hərbi əməliyyatları yada salaq. Göz önündə qandonduran, insanı sarsıdan kədərli mənzərə canlanır. Dünyaya demokratiya, insan hüquqları dərsi keçmək cəhdlərində bulunan bu ölkə İraqa, Suriyaya, Əfqanıstana heç bir məntiqi izahı və əsası olmayan müdaxilələrini ən qəddar formalarda həyata keçirib. Həmin müdaxilələr supergüc dövlətin ambisiyalarını, hegemonluq iddialarını, siyasi və iqtisadi maraqlarını təmin etmək istəyindən qaynaqlanırdı. ABŞ-ın suveren dövlətlərin ərazilərinə müdaxilə hüququnun olmadığı başqa bir müzakirənin mövzusudur. Bəhs olunan hərbi əməliyyatlar zamanı bilavasitə yaşayış məntəqələrinə ağır texnika yeridilir, mərmilər atılır və beləliklə də, kütləvi qırğınlar törədilirdi
ABŞ-ın müharibə cinayətləri beynəlxalq səviyyədə də etiraf olunur. Britaniyanın “Airwars” təşkilatı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2014-cü ildə İŞİD-lə mübarizə aparmaq bəhanəsi ilə Suriya və İraqda əməliyyatlara başladıqdan sonra hər iki ölkənin məruz qaldığı mülki itkiləri təsdiqləyən hesabat yayımlayıb. Verilən məlumatlara görə, altı il ərzində İraq və Suriyada koalisiyanın həyata keçirdiyi hava hücumları nəticəsində öldürülən mülki vətəndaşların sayı 8310 nəfərdən 13 min 187 nəfərə yüksəlib. ABŞ törədilən cinayətlərə görə məsuliyyət daşıyır. Bu ölkə özünün suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan dövlətlərə qarşı iddialar səsləndirməzdən öncə yol verdiyi müharibə cinayətləri barədə düşünməlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
19 Fevral 19:54

İqtisadiyyat
19 Fevral 19:34

Dünya
19 Fevral 19:30

Dünya
19 Fevral 19:19

İdman
19 Fevral 18:35

Siyasət
19 Fevral 17:37

Xəbər lenti
19 Fevral 17:23

Siyasət
19 Fevral 17:14

YAP xəbərləri
19 Fevral 17:11

Gündəm
19 Fevral 16:51

YAP xəbərləri
19 Fevral 16:48

YAP xəbərləri
19 Fevral 16:47

YAP xəbərləri
19 Fevral 16:46
YAP xəbərləri
19 Fevral 16:44
YAP xəbərləri
19 Fevral 16:42

YAP xəbərləri
19 Fevral 16:41

YAP xəbərləri
19 Fevral 16:40

YAP xəbərləri
19 Fevral 16:39

Sosial
19 Fevral 16:32

Elm
19 Fevral 16:08

Gündəm
19 Fevral 16:07

Dünya
19 Fevral 15:28

Sosial
19 Fevral 15:09

Sosial
19 Fevral 15:01

Sosial
19 Fevral 14:47

Dünya
19 Fevral 13:37

Sosial
19 Fevral 12:58

Sosial
19 Fevral 12:39

Hadisə
19 Fevral 12:33

Gündəm
19 Fevral 12:32

Siyasət
19 Fevral 12:24

Gündəm
19 Fevral 11:56

Siyasət
19 Fevral 11:55

Siyasət
19 Fevral 11:49

Siyasət
19 Fevral 11:48

Sosial
19 Fevral 11:47

MEDİA
19 Fevral 11:40

İqtisadiyyat
19 Fevral 11:15

İdman
19 Fevral 10:52

Sosial
19 Fevral 10:46

Siyasət
19 Fevral 10:45

Hadisə
19 Fevral 10:44

İqtisadiyyat
19 Fevral 10:31

Gündəm
19 Fevral 10:31

Siyasət
19 Fevral 10:29

Siyasət
19 Fevral 10:18

Sosial
19 Fevral 10:02

Analitik
19 Fevral 09:54

Analitik
19 Fevral 09:41

Ədəbiyyat
19 Fevral 09:28

Dünya
19 Fevral 09:14

Dünya
19 Fevral 08:39

Dünya
19 Fevral 08:20

MEDİA
19 Fevral 08:18

İqtisadiyyat
18 Fevral 23:48

Dünya
18 Fevral 23:30

Sosial
18 Fevral 23:19

İqtisadiyyat
18 Fevral 22:57

Dünya
18 Fevral 22:38

İdman
18 Fevral 22:16

Dünya
18 Fevral 21:55

Elm
18 Fevral 21:31

Dünya
18 Fevral 21:17

Sosial
18 Fevral 20:53

Dünya
18 Fevral 20:36

Siyasət
18 Fevral 20:31

İqtisadiyyat
18 Fevral 20:12

Elm
18 Fevral 19:51

Hadisə
18 Fevral 19:30

Dünya
18 Fevral 19:15
