Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub
03.08.2026 [07:04]
Diasporla İş üzrə Dövlət Komitəsi qlobal diaspor tarixində yeni əməkdaşlıq modelini formalaşdıran və beynəlxalq əhəmiyyət kəsb edən unikal layihə – Diaspor Gənclərinin Yay Düşərgələri layihəsini uğurla davam etdirir. Komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi bu il avqustun 2-də Şərqi Zəngəzurun dilbər guşəsi olan Zəngilanda baş tutub.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Zəngilan rayonunda aparılan bərpa-quruculuq işlərindən, həmçinin dünya diaspor tarixində unikal layihə olan Diaspor Gənclərinin Yay Düşərgələrinin Azərbaycanda keçirilməsinin tarixindən bəhs edən qısa filmlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib: “Diaspor Gənclərinin Yay Düşərgələri dünya diaspor tarixinin unikal və nüfuzlu layihələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti bu mühüm layihənin davamlılığını şərtləndirir və sizin bu gün Qarabağda olmağınız əldə olunan çox mühüm nəticədir. Bundan sonra əsas hədəfimiz qlobal Azərbaycan icmasının birliyini yaratmaqdır. Siz bu birliyin ən fəal üzvləri olmalısınız”.
O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: "Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar".
Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.
Digər çıxış edənlər – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov diaspor gənclərini əhatə edən innovativ layihənin xaricdəki Azərbaycan icmalarının birliyinə, diasporun gəncləşməsinə verdiyi töhfələrdən danışıblar, düşərgənin artıq bir neçə ildir işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Dirçələn şəhərlər” şüarı ilə Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsində 64 ölkədən 123 diaspor gənci və ölkəmizi sevən xarici vətəndaş iştirak edir.
Dünya diaspor tarixinin innovativ layihələrindən, həmçinin nadir təşəbbüslərindən biri hesab olunan Diaspor Gənclərinin Yay Düşərgələri 2018-ci ildən keçirilir. Düşərgələr bu günədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində təşkil olunub. Layihədə ümumilikdə 84 ölkədən 700-dən çox diaspor gənci və ölkəmizi sevən müxtəlif xalqların nümayəndələri iştirak ediblər.
Layihə xaricdə yaşayan azərbaycanlı gəncləri tarixi Vətənə daha sıx bağlayır, onların milli kimliyə və mənəvi dəyərlərə marağını gücləndirir, ortaq təşəbbüslərin təşviqinə və uzunmüddətli əməkdaşlıq platformalarının yaradılmasına təkan verir.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

