Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Brexit” sonrası maneələr Britaniyada xərçəng xəstələrinə yardım imkanlarını məhdudlaşdırıb

“Brexit” sonrası maneələr Britaniyada xərçəng xəstələrinə yardım imkanlarını məhdudlaşdırıb

21.04.2025 [23:24]

“Brexit”dən sonra yaranan əlavə xərc və inzibati maneələr Böyük Britaniyada xərçəng xəstələrinin həyat qurtaran dərmanlara və beynəlxalq klinik sınaqlara çıxışını məhdudlaşdırıb.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bəzi hallarda yeni xərçəng dərmanlarının idxal xərcləri dörd dəfə artıb, klinik sınaqlarda isə daşınma xərcləri on dəfəyə qədər yüksəlib.

Hesabata görə, əhalinin artması, diaqnostik texnologiyaların təkmilləşməsi və maarifləndirmə nəticəsində xərçəng diaqnozu qoyulan insanların sayı artmaqdadır. Bu isə yeni müalicə üsulları və dərmanlar üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Lakin Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən beş il sonra aparılmış ətraflı təhlil göstərib ki, ölkənin xərçəng xəstələri bu sahədə geri qalır. Digər Avropa ölkələrinin pasiyentləri yeni müalicə metodları və qabaqcıl elmi araşdırmalardan faydalanarkən, Britaniya xəstələri yüksək xərclər və “Brexit” sonrası yaranmış bürokratik maneələr səbəbi ilə bu imkanlardan yararlana bilmirlər.

Mütəxəssislər xəbərdarlıq edir ki, Böyük Britaniyanın bu sahədə rəqabət qabiliyyətini bərpa etməsi üçün dərhal siyasi və inzibati addımlar atılmalıdır.

Paylaş:
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Dünya

Kim seçiləcək?

22 May 09:11

Mədəniyyət

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31