Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nigeriyada silahlıların hücumu: 17 mülki şəxs həlak olub

Nigeriyada silahlıların hücumu: 17 mülki şəxs həlak olub

06.04.2026 [10:56]

Naməlum silahlı şəxslər Nigeriyanın cənub-şərqində bir kəndə hücum edərək ən azı 17 mülki şəxsi qətlə yetiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Daily Post” qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hücum Mbalom kəndində (Benue ştatı) baş verib. Silahlılar yaşayış evlərini yandırıblar, bir neçə sakin isə itkin düşüb.

Qeyd olunur ki, Nigeriya təxminən 20 ildir əsasən şimal və şimal-şərq bölgələrində, son dövrlərdə isə cənub-şərqdə terrorizmlə mübarizə aparır. 2025-ci ilin dekabr ayından etibarən ABŞ bu istiqamətdə Nigeriyaya dəstək verir, ölkəyə yüzlərlə hərbçi, silah və sursat göndərir. Buna baxmayaraq, əsasən Boko Haram qruplaşmasının həyata keçirdiyi hücumlar yeni ərazilərə yayılmaqda davam edir.

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31