Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya strateji neft ehtiyatlarından istifadəni genişləndirir

Yaponiya strateji neft ehtiyatlarından istifadəni genişləndirir

09.04.2026 [22:19]

Yaponiya hökuməti strateji ehtiyatlarından 20 günlük tədarük həcmi qədər neft çıxarılmasını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, Kyodo xəbər agentliyi bunun may ayında baş verə biləcəyini bildirib. Tokio hələ martın ortalarından ehtiyatlarından təxminən 45 günlük ehtiyacları ödəmək üçün neft çıxarılmasına başlayıb. Yaponiyanın hökumət orqanları Hörmüz boğazının blokadasının bir müddət davam edə biləcəyindən ehtiyatlanaraq bu prosesin may ayında da davam etdirilməsini istəyir.

Tokio strateji ehtiyatları sayəsində ölkənin daxili neft ehtiyaclarını 2026-cı ilin sonunadək tam ödəyə biləcəkləri qənaətindədir.

Hazırda İran ətrafında gərginliyin artması və Körfəzdə daşımaların məhdudlaşdırılması fonunda Yaponiya alternativ neft mənbələri axtarışını davam etdirir. Belə ki, ölkənin enerji idxalının təxminən 95 faizi Yaxın Şərqlə bağlıdır və onun əhəmiyyətli bir hissəsi Hörmüz boğazından keçir.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31