Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib
09.09.2026 [11:19]
Ukrayna Müdafiə Kontakt Qrupunun (UDCG) üzvləri Ukraynaya hərbi yardımın artırılması və ölkənin qarşıdakı qışa hazırlanmasını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatında görüşdə əsas diqqətin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə və 2026-cı il üzrə yardımın əlaqələndirilməsinə yönəldiyi bildirilib.
Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynanın ən güclü dəstəkçisi olduğunu vurğulayaraq, dəstəyin əsas prioritetlərindən birinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olduğunu deyib. O bildirib ki, Almaniya bundan sonra da Ukraynaya əhəmiyyətli əlavə yardım göstərəcək.
Bu yardıma NATO-nun Ankara Sammitində artıq elan edilmiş “Patriot” hava hücumundan müdafiə sistemi üçün təcili ehtiyac duyulan “PAC-2 “idarəolunan raketləri, həmçinin Bundesverin ehtiyatlarından AIM-9L “Sidewinder” hava-hava raketlərinin əlavə tədarükü daxildir. Dəstək tədbirləri Ukraynanın şəhərləri üzərində qoruyucu hava müdafiə çətirinin yaradılmasını nəzərdə tutan “Şəhər Qübbə” layihəsini də əhatə edir.
Almaniya və Böyük Britaniya, həmçinin Ukraynaya on minlərlə uzaqmənzilli artilleriya sursatının çatdırılması üzrə birgə layihə həyata keçirəcək. Maliyyələşməni Almaniya, tədarük və çatdırılmanı isə Böyük Britaniya təmin edəcək.
Görüşdə Ukraynanın müdafiə naziri Yevgeni Xmara ölkənin hava hücumundan müdafiə vasitələrinə təcili ehtiyacının olduğunu bildirib və tərəfdaş ölkələri mövcud ehtiyatlarından sürətli yardım göstərməyə çağırıb.
NATO-nun Baş katibi Mark Rutte də Ukraynaya daha çox dəstək göstərilməsinə çağırıb və gecikmələrin insan həyatına başa gəldiyini vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Almaniyanın qərarını alqışlayıb. O, X sosial şəbəkəsində yazıb ki, Almaniyanın “Patriot” sistemləri üçün raketlər verməyə hazır olması hava hücumundan müdafiə sahəsində tərəfdaşlarla atılan mühüm addımdır. V.Zelenski bu cür qərarların insan həyatının məhv edilməsi imkanlarını azaltdığını və sülhü yaxınlaşdırdığını bildirib.
Qeyd edək ki, videokonfrans formatında keçirilən görüş UDCG-nin bu formatda 36-cı, Almaniya və Böyük Britaniyanın birgə rəhbərliyi ilə isə 10-cu toplantısı olub.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11

