Paşinyan hakimiyyəti güc strukturları vasitəsilə müxaliflərə təzyiq göstərir
04.05.2021 [08:55]
Məlum olduğu kimi, məğlub Ermənistanda qeyri-sabitlik və siyasi böhran yeni mərhələyə qədəm qoyub. Belə ki, parlamentin 3 may tarixində keçirilən xüsusi iclasında yeni baş nazirin seçilməsi məsələsi müzakirə edilib. Erməni mətbuatı yazır ki, parlamentdə təmsil olunan müxalifət partiyaları əldə edilən razılaşmaya sadiq qalaraq, baş nazir vəzifəsinə namizəd irəli sürməyib. “Mənim addımım” fraksiyası da öz növbəsində, formal olaraq Nikol Paşinyanın namizədliyini versə də, parlamentdə keçirilən səsvermədə ona qarşı çıxıb. Paşinyanın namizədliyini yalnız 1 deputat dəstəkləyib, 3 nəfər qarşı çıxıb və 75 deputat bitərəf qalıb. “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyalarından olan deputatlar iclasda iştirak etməyiblər. Xatırladaq ki, 7 gündən sonra yeni seçkilər keçiriləcək. Gələn dəfə də baş nazir seçilməsə, parlament buraxılacaq və növbəndənkənar seçkilər elan olunacaq.
Buna baxmayaraq, bəzi müşahidəçilər seçkilərdə hakim komandanın məğlubiyyətə uğrayacağı barədə ehtimallarla çıxış edirlər. Lakin hazırda əsas rəqiblərinin, o cümlədən sabiqlərdən ibarət opponentlərin də cəmiyyətdə ciddi nüfuza sahib olmadıqları da xüsusi olaraq qeyd edilir. “News.am” yazır ki, məhz bu kontekstdən çıxış edən spiker Ararat Mirzoyan seçkilərdə Paşinyana alternativ görmədiyini deyib.
Yeri gəlmişkən, “Past” qəzetinin iddiasına görə, bu gün güc strukturları N.Paşinyanın hakimiyyətdə yeganə “qala”sıdır. Nəşr yazır ki, məhz onların köməyi ilə baş nazir özünəməxsus təzyiq həyata keçirməyə başlayıb.
Beləliklə, seçkiqabağı prosesə start verilsə də, ekspertlərin qeyd etdiyi kimi, əhalidə mənfi emosiya yaradan qüvvələrin hakimiyyətə iddia etdiyi seçkilərin məğlub ölkəni düşdüyü böhrandan xilas edəcəyi gözlənilmir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

