Nənəyə məktub
25.07.2026 [08:50]
Var, amma nənə tapılmır.
Əgər nənə tapılsa, nağıl kitabını oxuyan da tapılacaq. Bəs görəsən, yaxın gələcəkdəki nənənin xarakteri, obrazı, davranışları necə olacaq? Ümumiyyətlə, nənə olacaqmı? Bizə nənə lazımdırmı?
Bir də məlum ola ki, nağıl da var, uşaq da, di gəl, nənə tapmaq müşkülə çevrilə. Lap Amerikadakı kimi. Təsəlliverici “Nənə hobbiləri”nin yenidən canlanması ABŞ-da sosial terapiya layihəsini populyarlaşdırıb. Yeni nəsil bu layihə çərçivəsində birlikdə - şən və əmin-amanlıq içərisində yaşamaq üçün əsrlər boyu nəsildən-nəslə ötürülmüş vərdiş və bacarıqları öz gündəlik həyatına tətbiq etməyə çalışır...
Layihə çərçivəsi yaxşıdır, amma həyatın öz çərçivəsi var. Çox vaxt da mürəkkəb, şorqoğal kimi lay-lay, bəzən də aşılıb-keçilməz...
“Yaşıl qapı” Xalq Məktəbində (əvvəllər bizdə də belə ictimai kurslar vardı) iştirak edənlərin əksəriyyəti “Z” nəslinin nümayəndələridir. Məsələn, qızlara da, oğlanlara da yorğan sırımaq öyrədilir. Hələ bu nədir, “subaylıq əyləncəsi” adı altında həsir hörmək, müxtəlif səbətlər hazırlamaq, primitiv halda kağız istehsal etmək, kitab cildləmək, arıçılıqla məşğul olmaq, corab toxumaq da gündəlik məşğuliyyətə daxildir.
Bir sözlə, praktik fəaliyyət gəncləri yaman həvəsləndirib. Xüsusilə, pandemiyadan sonra bu kurslara necə axın başlayıbsa, növbə yaranıb. Bircə, nənə gözə dəymir - nə layihənin icrasında iştirak edən menecerlər, nə də digər iştirakçılar arasında “əsl” nənə yoxdur. Buna nə hacət?
Bu tip xalq məktəbləri 1840-cı ildə Danimarkada pedaqoq Nikola Fredrik Sever tərəfindən yaradılıb. Təhsildə təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə (həmin illərdə biz övladlarımıza rus məktəblərində, yoxsa mədrəsələrdə təhsil verib-verməmək barədə düşünməyə başlamaq istəyirdik...) yaradılıb və bu model əvvəlcə bütün Skandinaviyaya, sonra isə ABŞ-a (1878) yayılaraq tanınıb. Xalq məktəbləri ənənəni qoruyub-saxlamaq və yaşatmaq naminə deyil, gələcək nəsli sürətlə dəyişən dünyamıza uyğunlaşdırmaq məqsədi güdür. Bax bu “güdümçülük” əsas məsələdir...
Üç il əvvəl uşaqların mütaliə vərdişlərinin artırılması məqsədilə bir layihədə iştirak edirdim. Məlum oldu ki, I-V siniflər arası uşaqlar öz nənələrinə bizim öyrəşdiyimiz nənə kimi baxmırlar. Yaxud əksinə - “nənə”lər nəvələrini “o cür görmürlər”. Əgər bu tip kurslar təşkil edib, öyrəşdiyimiz kimi, hər şeyi nənənin (fərdin) üzərinə yükləsək, sistem yarada bilməsək, adət etdiymiz nənəlik də bizdən bezəcək. Azərbaycanda belə layihələr daha çox sosial sferaları əhatə edir, halbuki, “Mədəniyyət -2040” layihəsinin də predmeti ola bilər.
Adətən nənənlər məclisində alaçıq qurulur, həvəkdəstə qoyulub dəfə-daraq açılır. Ümumiyyətlə, təcrübəli nənələri bir araya yığıb göstərgə yaratmaq dövrü folklorda ilişib qaldı. Müasir nənələri bir yerə yığıb nə isə öyrətməyə və ya onlardan öyrənməyə cəhd etmək qəliz məsələdir: ən azı ona görə ki, sonda nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bəs elan veribən, o elanda “nənənin vərdişləri” deyil, “nənənin hobbiləri” yazsaq, üstünə də əlavə olaraq nənələrə məktub yollasaq, desək ki, gəlin, hobbilərinizi göstərin - onda necə, gələn tapılar? Məncə, müasirliyin çağırışına çevrilmiş bircə kəlmənin - “hobbi”nin gücünə inanmamaq mümkün deyil. Nənənin hobbisi ola bilməz?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39

