İRƏVAN ZİYALILARINDAN
12.09.2026 [09:45]
MİRMƏHƏMMƏD MİRFƏTULLAYEV
İrəvanda Azərbaycan ictimai, ədəbi-mədəni mühitində səmərəli fəaliyyət göstərən İrəvan ziyalılarından biri də Mirməhəmməd Mirfətullayev olmuşdur. Mirməhəmməd Hacı Mir Əsədullazadə oğlu Mirfətullayev 1882-ci ildə İrəvanda anadan olmuşdur. Dramaturq, publisist, naşir, jurnalist Mirməhəmməd Mirfətullayev İrəvanda maarifpərvər, yüksək təhsilə malik, ərəb və fars dillərini mükəmməl bilən, xeyirxah ziyalı və böyük nüfuz sahibi kimi tanınırdı. XX əsrin ilk illərində İrəvanda yaşayan Mirməhəmməd Mirfətullayev qəzet çıxarmaq üzərində çox çalışmış, lakin bu arzusunu gerçəkləşdirə bilməmişdir. Cabbar Əsgərzadənin epistolyar nümunələrindəki fikirlərindən də aydın olur ki, o, jurnalın redaktoru - məsulu olmaq istəməmiş, Mirməhəmməd Mirfətullayevin redaktorluğu ilə nəşr olunmasını daha məqsədəuyğun hesab etmişdir. Cabbar Əsgərzadə bu barədə yazır: “Mən heç vaxt müdir adını üstümə götürmək istəmiyordum və istəmərəm də. O cənab hər xərci öhdəsinə alaraq “Lək-lək” adına bir məzhəkə çıxarmaq istiyor”. Bu fikirlərdən həm də aydın olur ki, “Lək-lək” satirik məcmuəsinin nəşri Mirməhəmməd Mirfətullayev tərəfindən maliyyələşdirilmişdir. Amma Mirməhəmməd Mirfətullayevin təkidindən və onların arasında əldə olunan razılıqdan sonra Cabbar Əsgərzadə jurnalın redaktoru vəzifəsini öhdəsinə götürüb, hər iki tərəqqipərvər ziyalı bir cəbhənin döyüşçüsü kimi eyni ideyalar uğrunda İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında öz qələmi və əməli fəaliyyətləri ilə çiyin-çiyinə yaxından iştirak etmişdir. 1917-ci ildə “Beynəlmiləl Gənclər Şurası” tərəfindən Azərbaycan, rus, erməni dillərində çıxan “Cavanlar şurası” adlı mətbuat orqanının Azərbaycan şöbəsinin üç azərbaycanlı redaktorundan biri Mirməhəmməd Mirfətullayev olmusdur. Onun 1911-ci ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində 3 pərdəli “Qaradan artıq boyaq olmaz”, “Kərbəlayi Güzəməlinin övrəti” dram əsərləri, 1916-cı ildə İrəvanda “Lyus” mətbəəsində “Kefcil və kefcillər” 4 şəkilli musiqili komediyası çap olunmuşdur. “Qaradan artıq boyaq olmaz” əsərində İrəvan Müəllimlər Seminariyasında baş vermiş faciəli bir hadisəni təsvir etmişdir. Seminariya tələbəsi Əziz bəyin burada təhsil alan bir qıza vurulmasından, bu eşqin uğursuzluğundan bəhs edilir. Mirməhəmməd Mirfətullayevin İrəvan teatrında göstərilmiş pyesləri İrəvanda dramaturgiya sahəsində atılmış cəsarətli addım kimi diqqəti cəlb edir. Onun əsərlərində yüksək dramaturji keyfiyyətlər özünü göstərməsə də, konfliktlər maraqlı, satira, yumor və sarkazm diqqətə layiqdir.
Mirməhəmməd Mirfətullayevin pyesləri cəhalətin yaratdığı faciələri göstərməklə dramaturgiyanın vodevil növünə məxsus keyfiyyətlərə malikdir. Onun “Kərbəlayi Güzəməlinin övrəti” adlı pyesi bu cəhətdən xüsusilə maraqlıdır. Müəllif həmin əsərinin müqəddiməsində göstərir ki, cəhalətin yaratdığı acı vəziyyətlər bu əsərin yazılmasına səbəb olmuşdur. Belə ki, o, teatrı bir ibrət dərsi bilib səhnə əsəri yazmağa meyl etmişdir. Pyesdə klassik üslubda yazılmış səhnə əsərləri kimi məclis əhlinin təsviri, peşəsi və qiyafəsi göstərilmiş, tamaşada olan rikvizitin siyahısı verilmişdir.
Mirməhəmməd Mirfətullayevin 3 pərdə, 4 şəkildə “Kefcil və kefcillər” adlı pyesi də 1914-1915-ci illərdə İrəvanda teatr həvəskarları tərəfindən Yunis Nurinin rejissorluğu ilə tamaşaya qoyulan bu əsər millətini, xalqını unudub “dünya beş gündür” fəlsəfəsi ilə eyş-işrəti həyatın birinci şərti hesab edən adamların ifşasına həsr edilmişdir. Bu əsərdə müəllif ictimai konfliktlərin həlli baxımından bir qədər irəli getmiş, ziddiyyətləri quruluşun yaraları kimi qiymətləndirmiş, onların islahını millətin maariflənməsində, birliyində və fənalığa qarşı mübarizəsində görmüşdür. 62 səhifədən ibarət olan bu pyes kamil musiqili komediya deyildir. Burada olan hadisə nəsrlə danışılır, surətlər yeri gəldikcə mahnılara, duetlərə müraciət edirlər. Mahnıların melodiyaları isə notla deyil, remarka yolu ilə göstərilmişdir. Belə ki, ayrı-ayrı xalq mahnılarının adları qeyd edilmiş, əsərdəki nəğmə və duetlərin həmin hava ilə oxunacağı göstərilmişdir. Bütün bunlar həm də Mirməhəmməd Mirfətullayevin müəyyən musiqi biliyinə malik olduğunu göstərir. Mirməhəmməd və qardaşı Mirfətulla Mirfətullayev həm də İrəvanda böyük imkanlara malik iş adamı kimi tanınırdılar. Onların İrəvanda bir neçə şəxsi mülkləri, dükanları olmuşdur. Mirfətullayev qardasları həm də İrəvanda böyük xeyriyyəçilik fəaliyyəti göstərirdilər. Onlar ehtiyacı olan insanlara kömək yolunda təmənnasız xidmət göstərən, cəmiyyətin maariflənməsində, təhsil və mədəniyyətin inkişafında yaxından iştirak edən şəxslər olmuşdular. Nəsillər dəyişsə də, xeyirxah və ziyalı əməlləri bu gün də onları yaşadır.
Cəlal Zəngi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

