Kollektiv təhtəlşüurun elçisi
01.12.2023 [11:30]
Karl Qustav Yunqun analitik psixologiya təlimi haqqında bir neçə abzas
1907-ci ilin fevralında Freydlə görüşmək üçün Vyanaya gedəndə Karl Qustav Yunqun 32, Ziqmund Freydin 51 yaşı vardı. Buna qədər onlar qiyabi tanış idilər.
Freydin dəvətiylə günorta baş tutan ilk görüş zamanı onların söhbəti nə az, nə çox - düz on üç saat çəkmişdi. Yunqun Freydə sayğı-sevgisi, pərəstişi bir az da güclənmiş, Freyd öz ardıcılının, mənəvi oğlunun dərin ağlına, parlaq zəkasına heyran qalmışdı. Üstəlik, o biri şagirdlərindən hər mənada seçilən isveçrəli psixoloqun yəhudi olmaması psixoanaliz atasının lap ürəyincəydi, çünki bu fakt insan psixologiyası ilə bağlı cahanşümul ixtiraları yalnız bir qrup yəhudiyə xas komplekslər toplusu kimi qələmə verənlərin ağzını yumacaqdı.
Freydin Beynəlxalq Psixoanalitik Mərkəzin prezidenti vəzifəsinə Karl Yunqun namizədliyini irəli sürməsinin başlıca səbəbi də bu olmuşdu.
***
Elə həmin görüşdəcə Yunqun qəlbində ustadının nəzəri mülahizələrinə, xüsusən onun libido nəzəriyyəsinə münasibətdə şübhə toxumları da cücərməyə başlamışdı. Yunq libidoya yalnız erotik instinkt, şəhvət çərçivəsində baxmağın tərəfdarı deyildi; ondan ötrü libido ümumən yaşamaq eşqi, həyat stimulu, Şopenhauerin iradəsinə bənzər qüdrətli bir başlanğıc, cəmi məxluqatı, külli varlığı hərəkətə gətirən enerji mənbəyi idi.
Freyd öz təliminə müxalif mövqeyi qətiyyən qəbul eləmirdi, onun niyyəti psixoanalizi ehkama çevirmək idi. Yunq isə bununla razılaşa bilməzdi, çünki ustadının təlimində ciddi boşluqlar görürdü, bu təlimin izah verə bilmədiyi fenomenlərlə rastlaşırdı. Bu səbəbdən onların birgəliyi uzun sürmədi, beş-altı ildən sonra dahi ustadla dahi şagirdin yolu ayrıldı.
Yunq bu böhranı çox ağır keçirdi. Həm mənəvi tənhalığın, atılmışlığın (Freyddən ayrılandan sonra qalan həmkarları da onunla əlaqəni kəsmişdilər), həm də dünya müharibəsinin vurduğu psixoloji zərbələr onu dəliliyin, intiharın astanasına aparıb çıxardı. Avropanı qana çalxayan savaşdan sonra Yunq analitik psixologiya adlandırdığı təliminin qayğısına qalmağa girişdi, bununla da həm dünya fəlsəfi fikrinə, həm təbabət elminə, həm də ədəbiyyata, incəsənətə bir sürü yenilik gətirən mənəvi-ilahi ixtiralar müəllifinə çevrildi.
***
Freyd öz təlimində fərdi şüursuzluqdan qırağa çıxmırdı, hər kəsin təhtəlşüurunu onun şəxsi yaşantılarının, travmalarının, qısnanmış gizli niyyətlərinin, həyata keçməmiş arzularının zirzəmisi kimi qələmə verirdi. Yunq isə buna kollektiv şüursuzluğu da əlavə elədi. Ona görə, Eqo yalnız fərdi təhtəlşüurun yox, həm də kollektiv təhtəlşüurun diktəsiylə davranır. Kollektiv şüursuzluq özündə bəşəriyyətin keçdiyi milyon illik yolun, insan oğlunun qazandığı milyon illik təcrübənin izlərini, əlamətlərini daşıyır. Onun öz dili, işarələr, simvollar sistemi var. Yunq bu işarələrə “arxetip” adı verir.
Dilindən, dinindən, irqindən, millətindən asılı olmayaraq arxetiplər hər bir kəsin təhtəlşüurunun kollektivə aid olan bölməsində öz yerini bərkidib. Ən müxtəlif mədəniyyətlərdə, sivilizasiyalarda arxetiplər özünü bir-birinə bənzər rəmzlər, simvollar dilində büruzə verir. Bu, hansısa bir ədəbi obraz (tutalım, xəsis), hansısa bir naxış, rəsm (tutalım, buta), yaxud da hansısa bir coğrafi məkanın sakrallaşdırılması (tutalım, dağın müqəddəsləşdirilməsi) şəklində ifadə oluna bilər. Yunqa görə, bütün bunlar ən qədim inancların, ümidlərin, qorxuların, sevgilərin ruhumuzdakı əks-sədasıdır.
Karl Yunq bəşəriyyətin kollektiv yaddaşını, universal işarələr sistemini çağdaş insanın dilinə “tərcümə eləmək” üçün fərqli xalqlara, sivilizasiyalara məxsus simvolların öyrənilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə o hətta okkultist, spiritualist, ezoterik, mistik təlimləri, ibtidai mədəniyyətləri araşdırır, orta əsr kimyagərlərinin sirli dünyasına baş vururdu. O düşünürdü ki, bizim psixikamızın strukturu kainatın strukturunun eyni (Nəsimi necə deyirdi: “Aləmül-qeybin vücudu kainatın eynidir”), onun kiçik modelidir. Başqa sözlə, sufilərin, o cümlədən hürufilərin dediyi kimi, insan mikrokosmosdur, bundan da o məna hasil olur ki, insan psixikasının sirlərini öyrənmək elə kainatın sirrini öyrənməyə bərabərdir.
Burada məşhur bir hədisi də xatırlatmasaq olmaz: “Kim özünü tanısa, Allahı da tanıyar”.
***
Beləliklə, arxetiplər ümumbəşəri təcrübənin, kollektiv şüuraltının sirlərini bizə ötürən gizli şifrələr, universal təhtəlşüurdan zühura gələn əzəli-əbədi psixoloji obrazlardır. Biz o şifrələri düzgün oxuya bilsək, keçmişimizdən də, gələcəyimizdən də xəbər tutarıq.
Əslində, bu, o qədər də yeni bir şey deyil, Platon nəzəriyyəsinin, ideyalar aləminin psixologiya elminin prizmasından yeni, fikir tarixi boyu, kim bilir, neçənci yozumudur. Arxetip elə ideyanın bir başqa adıdır. Eynən Platonun ideyaları kimi onların da sayı-hesabı yoxdur (məsələn, ağsaqqal, qonaq, qəhrəman, çoban, tacir, ata, ana, uşaq, sevgili, dost, düşmən...), ancaq bir neçə arxetip var ki, Yunq onlara xüsusi önəm verir. Bunlardan bir cütünü o, Anima (kişidə qadın başlanğıcı), bir də Animus (qadında kişi başlanğıcı) adlandırır. Persona (maska, insanın sosial kimliyi) dediyi də ən vacib arxetiplərdən sayılır. Eqo da, Persona da şüura aid arxetiplərdir. Anima, Animus, Kölgə, bir də Özlük isə kollektiv təhtəlşüura məxsus obrazlardır.
Dediyim kimi, Yunq bu altı arxetipə ayrıca diqqət göstərir. Kölgə - içimizdə yatan ən alçaq niyyətləri, əxlaqsız arzuları, zorakı meyilləri, cinayət hərisliyini barındıran arxetipdir, onun səsini batırmaq üçün insan kamilliyə, gözəlliyə, həqiqətə can atmalıdır. Bütün bu ali xüsusiyyətləri özündə cəmləyən arxetipinsə adı Öz arxetipi, başqa sözlə, Özlükdür. Bu arxetipin ən yüksək ifadəsi Tanrı obrazıdır. Tanrı - insanın özünü reallaşdırmasının son həddidir, bundan o yanası yoxdur. Yunqa görə, İsa Məsih Özlük arxetipinin simvoludur. Kölgə arxetipinin simvolu qismində isə, məsələn, Hitlerin obrazını götürə bilərik.
Gördüyümüz kimi, burada da köklü bir yenilik yoxdur. Özlük arxetipi xeyirin, Kölgə arxetipi isə şərin timsalıdır. Ümumiyyətlə, Yunqun təqdimatında şəxsiyyətin strukturu Freydin modelinə nisbətən xeyli qəliz, mürəkkəbdir. Freyd sırf materialist olduğuna görə instinktlər aləmindən, başqa sözlə, bədənin sərhədlərindən kənara çıxmır, Yunq isə faktiki olaraq insanı ruhla bədənə ayırır: fərdi şüuraltı onun bədənində cövlan eləyən istəklərin, instinktlərin inikasıdır, kollektiv təhtəlşüur onun ruhundan gələn siqnalların, intuisiya dalğalarının saxlanc yeridir.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51

