“Təhsil millətin gələcəyidir” konsepsiyasının uğurlu realizəsi
17.09.2020 [09:23]
“Təhsil millətin gələcəyidir”, - söyləmiş Ulu Öndər Heydər Əliyevin müvafiq sahədə siyasəti Prezident İlham Əliyev tərəfindən, habelə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də uğurla davam etdirilir.
Dövlətimizin başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində də qeyd olunduğu kimi, bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilib və 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Bu baxımdan Heydər Əliyev Fondunun müvafiq layihələri nəinki xüsusi fərqlənir, həmçinin məktəb tikintisi kimi nümunəvi ənənənin geniş vüsət almasına səbəb olub. On yeddi ildir ki, bu sahədə çox böyük işlər görən Heydər Əliyev Fondu irihəcmli layihələr reallaşdırmağa müvəffəq olub. Son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblər inşa edilir. Bu il modul tipli 60 məktəbin tikintisi həyata keçirilir. Bütövlükdə isə son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Azərbaycanda hazırda 4500-ə qədər məktəb olduğunu, onların 3700-nün tam yeni görkəm aldığını və yenidən inşa edildiyini nəzərə alsaq, o zaman məlum olur ki, bu statistik göstəricilər ölkəmizin məktəb fondunun böyük əksəriyyətini təşkil etməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “SABAH” qruplarının müəllimi, politoloq Şəbnəm Həsənova söyləyib. O vurğulayıb ki, Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi qəbul edilmiş təhsil sahəsinin inkişafına diqqət və qayğı ilə yanaşır. Fond xalqımız tərəfindən də böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi bir sıra mühüm layihələri uğurla gerçəkləşdirib. Fondun təhsillə bağlı hədəf götürdüyü əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək onu beynəlxalq standartlara uyğunlaşdırmaqdır. 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının da əsas məqsədi təhsil sahəsində problemlərin aradan qaldırılmasıdır. Sözügedən layihə çərçivəsində hətta respublikamızın ən ucqar regionlarında da bütün zəruri avadanlıqla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilərək istifadəyə verilib. Belə ki, 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa edilib və yenidən qurulub. Bu məktəblərin hər birində kitabxana, yeməkxana, müasir laboratoriya, ən müasir avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi mövcuddur. Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.
Təhsil siyasətində atılan addımlar orta məktəblərlə məhdudlaşmır. Belə ki, dövlətimiz ali təhsil müəssisələrinin əsaslı təmirinə, orada əldə olunan bilik və bacarıqların, təhsil mühitinin və şəraitinin beynəlxalq standartlarla ayaqlaşmasına xüsusi önəm verir. Bunun əyani göstəricisidir ki, Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, paytaxtımızda Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu, ADA Universitetinin yeni iki korpusu istifadəyə verilib.
Bütün bu sadalanan amillər isə dövlətimizin başçısı tərəfindən uzaqgörənliklə müəyyən edilən və 2004-cü ildə bəyan edilmiş “Qara qızıl”ı insan kapitalına çevirmək” strategiyasına bilavasitə xidmət edir. Əsas istiqamət isə bəllidir - Azərbaycanda həm təhsilin maddi-texniki bazasını möhkəmləndirmək, həm də onun keyfiyyətini artırmaq. Dövlətin təhsil siyasətinə göstərdiyi diqqət və qayğı qısa zaman kəsiyində müsbət nəticəsini verir. Belə ki, Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar. Eyni zamanda, cəmiyyətdə müəllim peşəsinə maraq bərpa olunub və artmaqdadır. Nəinki paytaxt, region məktəbliləri də qəbul imtahanlarında yüksək bal toplayırlar. Müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar olaraq onların əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlər yüksək maaş alırlar.
Dövlətin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də gənclərin qloballaşmanın mənfi təsirlərindən qorunmasıdır. Heç şübhəsiz ki, bu məsələdə təhsil-məktəb və ailə amili xüsusi yerə və rola malikdir. Uşaqların, yeniyetmələrin xalqımıza, adət-ənənələrimizə zidd dəyərlərdən qorunmasında, gənclərə vətənpərvərlik, milli ruh aşılanmasında tədris mühitinin rolu böyük önəm daşıyır. Bu gün müəllimin missiyası ənənəvi dərs keçməklə məhdudlaşmamalıdır. Gənclərə müstəqilliyin əldə edilməsinin necə mürəkkəb bir proses olması, müstəqilliyin üstünlükləri, onu qorumağın vacibliyi və bu məsələdə gənc nəslin vəzifələrinin izah olunması, onların maarifləndirilməsi də müəllimlərin üzərinə düşən vəzifələrdən biridir. Məhz bu sadalanan amilləri nəzərə alaraq, Prezident İlham Əliyev cəmiyyətin və dövlətin inkişafında xalqın intellektual potensialının yüksəlməsinin, gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda böyüməsinin əhəmiyyətini görür, müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını başlıca vəzifələrdən biri hesab edir və bu istiqamətdə ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirir.
Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirmək kifayətdir ki, onların məhz biliyin, savadın, texnologiyaların hesabına inkişaf etmiş olduğunu görək. Bu gün dünya üçün yeni texnologiyalar təqdim edən ölkələr inkişaf etmiş ölkələrdir və onların bir çoxunda təbii resurslar yoxdur. Odur ki, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu özünü daha qabarıq şəkildə büruzə verəcək. Heç şübhəsiz ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Bu baxımdan Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Bunun isə səbəbi ölkəmizin müharibə şəraitində olmasıdır. Belə olmasa idi, bu xərclər ilk yerdə olardı.
Qəbul imtahanlarında yüksək bal toplayan məzunların müəllimlik ixtisasını seçməsi, eyni zamanda, Prezidentin gənclərimizin biliklərə çox meyilli olmasını vurğulaması bir daha göstərir ki, həyata keçirilən işlər öz müsbət nəticəsini verməkdədir. Gələcəkdə ölkəmizi idarə etmək və layiqli təmsil etmək üçün gənclərimizin bilikli, savadlı olması ən ümdə vəzifələrdən biridir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın gələcəyi bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaq və onların bilikləri, savadı ölkəmizin gələcəyini şərtləndirəcək. Bundan əlavə, gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada isə düstur çox sadədir. Ailələrin rolu və bütün məktəblərdə müəllimlərin şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etmələri müstəsna əhəmiyyət kəsb edir.
O da qeyd olunmalıdır ki, bu günün reallığı olaraq koronavirus pandemiyası həyatımıza öz yeni qaydalarını gətirmiş oldu. Yeni dərs ili bu il yeni formatda təşkil edildi ki, burada əsas məqsəd şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı pandemiyadan qorumaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin atdığı düşünülmüş addımların nəticəsidir ki, pandemiyanın fəsadlarına baxmayaraq, ölkədə təhsil ocaqlarının tikintisi bu gün də davam etdirilir, heç bir sosial layihə ixtisar olunmur.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51

Xəbər lenti
22 Sentyabr 12:16

Xəbər lenti
22 Sentyabr 12:11

Xəbər lenti
22 Sentyabr 12:00

Xəbər lenti
22 Sentyabr 11:44

Sosial
22 Sentyabr 11:40

İqtisadiyyat
22 Sentyabr 11:35

Xəbər lenti
22 Sentyabr 11:30

Xəbər lenti
22 Sentyabr 11:20

MEDİA
22 Sentyabr 11:20

Xəbər lenti
22 Sentyabr 11:17

Xəbər lenti
22 Sentyabr 11:11

Xəbər lenti
22 Sentyabr 11:05

Xarici siyasət
22 Sentyabr 10:50

Xəbər lenti
22 Sentyabr 10:40

Siyasət
22 Sentyabr 10:36

Xəbər lenti
22 Sentyabr 10:35

Xəbər lenti
22 Sentyabr 10:31

Siyasət
22 Sentyabr 10:30

Siyasət
22 Sentyabr 10:20

Xəbər lenti
22 Sentyabr 10:16

Xəbər lenti
22 Sentyabr 10:14

Gündəm
22 Sentyabr 10:10

Siyasət
22 Sentyabr 10:03

Xəbər lenti
22 Sentyabr 10:02

Xəbər lenti
22 Sentyabr 10:01

Siyasət
22 Sentyabr 01:06

Xəbər lenti
22 Sentyabr 01:04

Xəbər lenti
22 Sentyabr 00:37

Xəbər lenti
22 Sentyabr 00:34

Siyasət
22 Sentyabr 00:32

Xəbər lenti
21 Sentyabr 23:14

İdman
21 Sentyabr 23:11

Xəbər lenti
21 Sentyabr 23:05

Xəbər lenti
21 Sentyabr 23:03

Xəbər lenti
21 Sentyabr 20:17

Xəbər lenti
21 Sentyabr 20:12

Xəbər lenti
21 Sentyabr 20:10

Xəbər lenti
21 Sentyabr 20:08

Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00
