MDB regionunda ilk yeni enerji modeli
01.04.2026 [12:10]
Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması ölkəmizin enerji sisteminin çevik və dayanıqlığını təmin edəcək
Məlum olduğu kimi Prezident İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını edib. Yeni mərkəz ölkəmizin enerji güclərinin artmasını təmin edən və dayanıqlı resurs mənbələrindən biri hesab edilə bilər. Belə ki, gücü 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzi MDB regionunda ilk enerji infrastrukturu olmaqla, strateji sektorların enerji ehtiyacları üçün davamlı və fasiləsiz enerji təmin edəcək. 50 akkumulyator batareya və 13 invertor konteynerindən ibarət Mərkəzin enerji idarəetmə sistemi isə ən müasir və ağıllı texnologiyalara əsaslanır. Belə ki, ABŞ-nin “TETRA Tech” və Türkiyənin “EPRA” şirkətlərinin təmsil olunduğu bu layihə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə batareya sistemlərində saxlanması və paylanmasını təmin edəcək unikal model deməkdir.
Ümumiyyətlə, Azərbaycanda müasir eneji siyasəti alternativ resursların istehsalı və emalı ilə yanaşı, tədarük olunan enerjinin saxlanma bloklarında cəmləşməsidir. Batareya Enerji Saxlanc Mərkəzi bərpaolunan güclərin əsas resurs rezervuarları hesab edilir. Ən çox da günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir. Bu mərkzələr fiberoptik data mərkəzlərinin, genişzolaqlı internet bazalarının da əsas resurs mənbəyi sayılır. Yeri gəlmişkən, son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub. Bu möhkəm arxitektura Azərbaycanın bölgədə Data mərkəzinə çevrilmək hədəflərinin də uğurla reallaşmasını təmin edəcək.
2030-cu ilin hədəfi - 30 faizlik “yaşıl enerji” istehsalı
Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, Günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Mərkəzin ən mühüm üstünlüyü isə daha çox bərpaolunan enerji güclərinə əsaslanmasıdır. Saxlanc mərkəzi günəş və külək stansiyalarının istehsal etdiyi enerjinin dəyişkənliyini hamarlayır, şəbəkədə gərginlik və tezlik sabitliyini təmin edir, enerji istehlakının yüksək olduğu pik saatlarda yığılmış enerjini şəbəkəyə verərək çatışmazlığı kompensasiya edir.
Strateji Plana əsasən, ölkəmizdə 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox “yaşıl enerji”nin batareya saxlama şəbəkələrinə inteqrasiyası nəzərdə tutulur. Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layi həsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.
Bütün bunlara nail olmaq üçün sözsüz ki, “yaşıl enerji” istehsalının da artımının davamlı təmin olunması vacibdir. Qiymətləndirmələrə əsasən, ölkəmizin quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq. Hökumətin ssenarilərinə əsasən, 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin payının 30 faizə çatdırılmalıdır. Proqnozlar isə yaxın 5-6 ildə bərpa olunan enerji sitehsalının təxminən 5 milyard Kvt-st-a çatacağını fərz edir ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Yəni, Azərbaycan daha optipist ssenari üzrə “yaşıl enerji” gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.
Xarici investorların “yaşıl sərmayələri”
Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin deməkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.
Bu layihələrin icrası Azərbaycanda “yaşıl enerji” istehsalı və emalının artması fonunda batareya enerji şəbəkələrinin həm güc bazasının, həm də idarəetmə sisteminin də modernləşməsinə səbəb olacaq. Bu layihələrin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.
Beləliklə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sisteminin daha müasir, çevik və dayanıqlığını təmin edəcək. Regionda bərpaolunan enerji potensialı ilə zəngin olan ölkəmizin yeni enerji modelini qurmaqla, həm də Cənubi Qafqazın data ünvanı kimi mövqeyini də möhkəmləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Aprel 20:53
İdman
10 Aprel 20:25
Dünya
10 Aprel 20:09
Dünya
10 Aprel 19:42
Dünya
10 Aprel 19:30
Dünya
10 Aprel 19:18
Müsahibə
10 Aprel 18:25
İqtisadiyyat
10 Aprel 18:05
Sosial
10 Aprel 17:53
Sosial
10 Aprel 17:52
Maraqlı
10 Aprel 17:32
Siyasət
10 Aprel 17:09
Dünya
10 Aprel 16:21
MEDİA
10 Aprel 15:52
Gündəm
10 Aprel 15:23
Sosial
10 Aprel 14:53
Sosial
10 Aprel 14:52
Sosial
10 Aprel 14:06
Siyasət
10 Aprel 14:04
Hadisə
10 Aprel 13:37
İqtisadiyyat
10 Aprel 13:09
YAP xəbərləri
10 Aprel 13:03
İqtisadiyyat
10 Aprel 13:01
Siyasət
10 Aprel 13:00
Xəbər lenti
10 Aprel 12:56
Mədəniyyət
10 Aprel 12:37
Gündəm
10 Aprel 12:19
Elm
10 Aprel 12:12
Siyasət
10 Aprel 12:11
Gündəm
10 Aprel 11:52
Elm
10 Aprel 11:48
Gündəm
10 Aprel 11:37
Sosial
10 Aprel 11:15
Elm
10 Aprel 11:15
Elm
10 Aprel 11:14
Gündəm
10 Aprel 11:13
Siyasət
10 Aprel 11:04
İqtisadiyyat
10 Aprel 11:01
Gündəm
10 Aprel 10:58
İqtisadiyyat
10 Aprel 10:54
Din
10 Aprel 10:34
Analitik
10 Aprel 10:17
Analitik
10 Aprel 09:55
Ədəbiyyat
10 Aprel 09:32
YAP xəbərləri
10 Aprel 09:30
Analitik
10 Aprel 09:15
Sosial
10 Aprel 08:50
MEDİA
10 Aprel 08:39
Sosial
09 Aprel 23:45
YAP xəbərləri
09 Aprel 23:26
Dünya
09 Aprel 23:20
Sosial
09 Aprel 22:43
Dünya
09 Aprel 22:30
Dünya
09 Aprel 22:19
Dünya
09 Aprel 21:57
Dünya
09 Aprel 21:10
Maraqlı
09 Aprel 20:49
Dünya
09 Aprel 20:32
İqtisadiyyat
09 Aprel 20:18
Hadisə
09 Aprel 19:51
Dünya
09 Aprel 19:30
Analitik
09 Aprel 19:25
Müsahibə
09 Aprel 19:24
Dünya
09 Aprel 18:49
Sosial
09 Aprel 18:22
Siyasət
09 Aprel 17:37
Dünya
09 Aprel 17:37
Dünya
09 Aprel 17:13
Hərbi
09 Aprel 17:04
Gündəm
09 Aprel 16:53

