/ / Prezident İlham Əliyev Mərakeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Mərakeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
08.12.2016 [10:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Məhəmməd Adil Embarş fəxri qarovul dəstəsinin qarşısından keçib.
Məhəmməd Adil Embarş etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev səfir Məhəmməd Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Prezident İlham Əliyev bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. Əməkdaşlığımıza dair digər sahələrin də müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdıran dövlətimizin başçısı xüsusilə qarşılıqlı ticarət səviyyəsinin çox aşağı olduğunu deyib, enerji, turizm və idxal-ixrac sahələrində də əməkdaşlığın önəmini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin potensialı və ixrac imkanları nəzərə alınmaqla ticarət dövriyyəsinin həcminin artırılmasının mümkünlüyünü bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.
Səfir Məhəmməd Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Məhəmməd Adil Embarş iqtisadi baxımdan bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmindən bəhs edib. Səfir ölkəsində Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxıldığını deyib, öz növbəsində Mərakeşin də Afrika ölkələri ilə əlaqələrin qurulması üçün platforma rolu oynaya biləcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17

