Azərbaycan əməkdaşlığın gündəliyini müəyyən edir
27.01.2024 [10:10]
30 ildən artıqdır ki, beynəlxalq münasibətlər sistemində güclü etimad mühiti və möhkəm siyasi arxitektura formalaşdıran Azərbaycan bölgədə geniş əməkdaşlıq platformasının müəllifi kimi də diqqəti cəlb edir. Azərbaycan əsl sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatlarının sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir. Müxtəlif qitələrin kəsişməsində yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu bir məkandır. Həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi, üstəlik, formalaşmış və əsrlərin sınağından çıxmış ənənələri baxımından respublikamız dünya mədəniyyətlərini bir araya toplamaq haqqını qazanıb. Ona görə də, mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirəndə bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycanda reallaşdırıldığının təsadüfi olmadığını görmək olar. Azərbaycan bir dostluq atmosferi yaratmaqla hamını öz evində humanitar birgəliyə dəvət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu qlobal forumlar, konfrans və sammitlər ölkələr arasında strateji münasibətləri, yaxın əməkdaşlığı daha da gücləndirir, gələcək güclü siyasi dialoqun möhkəmlənməsində təməllər yaradır. Ötən illər ərzində ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi nüfuzlu dövlət olmasından xəbər verir. Eləcə də 15 ildən artıqdır ki, Azərbaycanda təşkil olunan unikal platforma - “Bakı Prosesi” də beynəlxalq birliyi bir araya gətirən etimad mühitinin bariz nümunəsidir. Müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və səmimiyyəti təmin edən bu tədbirlər çoxmədəniyyətliliyin Azərbaycan modelini dünyaya nümayiş etdirir.
Azərbaycan qlobal ailədə təkcə yanacaq ehtiyatlarının təchizatçısı deyil, həm də dostluq və xeyirxahlığın təminatçısıdır. Respublikamız dünyanın 50-dən artıq ölkəsinə öz humanitar qayğısını, qlobal sosial dəstəyini göstərib, COVİD pandemiyası dövründə qlobal fürsətçillər dərman təminatı və digər sosial təminatlarda öz kapital maraqlarını üstün tutsalar da, Azərbaycan bu qlobal bəlaya da insani, humanizm mövqeyi ilə ədalətliliyini göstərdi. Onun bu xeyirxahlığı, Qoşulamama Hərəkatının sammitlərində üzv ölkələr tərəfindən xüsusi minnətdarlıqlarla dəyərləndirildi. Yeri gəlmişkən, 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və nümunəvi oldu. Sədrliyi dövründə Azərbaycan Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən “Bandunq Prinsipləri”ni təşviq etdi, qətiyyətli örnəkverici mövqe nümayiş etdirdi. Azərbaycanın sədrliyi dövründə ortaya qoyulan yüksək humanitarizm və təşəbbüskarlıq üzv dövlətlər tərəfindən təqdir edildiyindən ölkəmizin Hərəkata sədrliyi daha 1 il müddətinə artırıldı.
Azərbaycanın ev sahibliyi və sədrlik etdiyi dövrdə bütün tədbirlərdə, təsisatların işində xüsusi bir canlanma, təşəbbüskarlıq, hərəkətlilik və qlobal yanaşmalarda səmimiyyət, fəal siyasi dialoq, iqtisadi təşviqlər nəzərə çarpdı. Bu tədbirlərdə diqqəti cəlb edən ən mühüm istiqamətlərdən biri beynəlxalq qurumların ölkələrarası iqtisadi inteqrasiyaların artmasına motivasiyalar gətirməsidir. Respublikamızın təşkilatçılığı ilə baş tutan həmin sammit və konfranslarda müzakirə edilən proqramlar həm də Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir, müxtəlif regional proqramların icrası, xarici sərmayəçilərin cəlb olunmasında təşviqedici rol oynayır. Məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısının Bakıda keçirilməsi üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə töhfə verməklə, Şərq-Qərb Orta dəhliz təşəbbüsünü gerçəkləşdirdi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin şaxələnməsini təmin etdi, bölgədə yeni nəqliyyat-enerji, iqtisadi resursların tranzitlərinə əlavə təkanlar verdi. İƏT sammitləri bölgə dövlətlərinin birgə sərmayə potensiallarının şaxələndirilməsi üçün səmərəli paltforma kimi əhəmiyyətini daha da artırmaqdadır. Hazırda Zəngəzur dəhlizi reallığa çevrilir və bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu faktor da Azərbaycanın nümunəvi ölkə kimi regional birliklə sıx inteqrasiya təşəbbüslərinin gerçək təzahürdür.
Sülh və sabitliyin, regional əməkdaşlığın möhkəmlənməsində, iqtisadi fəaliyyətlərin qarşılıqlı inteqrasiyasında Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda keçirilən Zirvə görüşünün də xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. Türk Dövlətləri Təşkilatının iqtisadi sahələr üzrə işçi qruplarının, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və digər sektorlarının nümayəndələrinin təmsil olunduğu “Bakı-2023” beynəlxalq təliminin keçirilməsi türk dünyasının iqtisadiyyatlarının birləşdirilməsi, birgə iqtisadi-ticarət alyansının yaranması, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əsaslı zəmin yaradıb. Nəticədə türk dövlətləri arasında iqtisadi münasibətlər 2023-cü ildə daha da genişlənib, 1,5 trilyon dollar dəyərində ümumi daxili məhsula və 900 milyard dollardan çox əmtəə dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensialı, enerji resurslarını, nəqliyyat imkanlarını artırıb. Türk dövlətləri arasında ötən il ümumilikdə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 22 faizdən çox artaraq 11 milyard dollara çatıb. Türk dövlətlərinin üzərində yerləşdiyi coğrafi tranzitdə - Orta Dəhlizdə nəqliyyat-logistika infrastrukturu daha da təkmilləşdirildikdən sonra bu marşrutda ölkələr arasında daşınamaların da həcmi artıb, 2023-cü ildə 2,5 milyon tondan çox olub. Heç şübhəsiz ki, bu artımlarda TDT-nın flaqmanları Türkiyə və Azərbaycanın iqtisadi təşəbbüskarlığı xüsusi rol oynayıb. Hazırda üzv dövlətlər arasında yeni sərmayə portfeli formalaşır, eləcə də Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də türk dövlətlərinin sərmayələri cəlb olunur. Beləliklə, TDT üzv ölkələr arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, regionda ən etibarlı sülh və inkişaf platformasına çevrilir.
Azərbaycan hazırda planetin ən nəhəng Zirvə görüşünə hazırlaşır. Dünyanın 180 ölkəsinin qatılacağı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi üçün təşkilati işlər sürətlə davam etdirilir. Qeyd edək ki, belə bir qlobal sammitə Bakının ev sahibliyi etməsi ölkəmizə olan beynəlxalq etimadın daha bir göstəricisidir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edərək özünün nümunəvi təşikilatçılığını təsdiqləyib. Dünyanın ən böyük beynəlxalq konfransı olan COP-29-un Azərbaycana həvalə edilməsi sammitin yüksək səviyyəli təşkilinə zəmindir. Bu Zirvə konfransı imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın. Bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərə biləcək ki, “yaşıl enerji” ilə bağlı layihələr və onun dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Bu cür yüksəksəviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə sarsılmaz inam və bağlılığı, müstəqillik seçiminə sədaqəti dayanır.
Hazırda dünyada qloballaşmanın yeni təzahürləri meydana çıxır, geosiyasi risklər artır, Qərbin və Avropanın ikili standartları güclənir, belə bir mürəkkəb mühitdə Azərbaycan dünyanı sıx humanitar ev altında birləşdirir. Azərbaycanın sahiblik etdiyi humanitar forumlar sayəsində regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlığın yeni gündəliyi ortaya qoyulur.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

