Güləşçi və məşqçilər üçün antidopinq mövzusunda maarifləndirici seminar
06.08.2026 [19:26]
Bakıda keçirilmiş güləş üzrə U-17 dünya çempionatından sonra Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə “More Than Medals World” layihəsinə start verilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi gənc güləşçilərin peşəkar inkişafına dəstək vermək, onların texniki və taktiki hazırlığını gücləndirmək, məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək, təmiz idman dəyərlərini təşviq etmək, idman psixologiyası və performansın idarə olunması sahəsində maarifləndirməni artırmaqdır. Bununla yanaşı, proqram müxtəlif ölkələrdən olan idmançılar arasında qarşılıqlı təcrübə paylaşımına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır.
Layihə çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri iştirakçılar üçün antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər. Təlim zamanı antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, qadağan olunmuş maddə və üsulların sağlamlığa mənfi təsirləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verilib.
İnteraktiv formada təşkil olunan seminarda iştirakçılar antidopinq mövzusuna həsr edilmiş viktorinada biliklərini sınayıblar. Fəallığı ilə seçilən iştirakçılara AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Seminarda 20 ölkədən 100-dək güləşçi və məşqçi iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

