“Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib
14.10.2014 [10:07]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdimat şousuna baxıb
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar.
Mərasim “Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Tamaşaçılara incə yumoru, gözəl ifaları və maraqlı repertuarı özündə cəmləyən proqram təqdim olunub. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən akapella-şou zövqləri oxşayıb.
Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş kart maşınların nümayişi olub və yarışa hazırlıqla bağlı film təqdim edilib.
Mərasimdə çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov son illər ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə, həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Son illər ölkəmizdə çoxlu Olimpiya İdman Kompleksi istifadəyə verilib, Avropa və beynəlxalq səviyyəli idman yarışları keçirilir, gənc idmançılarımızın qarşısında geniş perspektivlər açılır.
Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən danışan A.Ələkbərov vurğulayıb ki, ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, Təşkilat Komitəsinin səyləri, Prezident İlham Əliyevin sürətlə aparılan hazırlıq işlərinə şəxsən nəzarəti Azərbaycanın “Bakı-2015”ə də yüksək səviyyədə ev sahibliyi edəcəyini deməyə əsas verir.
Qeyd edilib ki, Azərbaycan Avtomobil Federasiyasının məqsədi ölkəmizin ərazisində avtomobil idmanının inkişafı və təşviqi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması və möhkəmləndirilməsinə dəstək, təhlükəsiz, ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşviqi, vətəndaşların, xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsi, avtomobil turizminin təşviqi və inkişafına dəstək olmaqdır.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.
“V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunda 12 ölkədən 14 peşəkar pilot yarışıb. Ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat “Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Migel Kampos, “V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, “V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu Anton Huber və digərləri birincilik uğrunda mübarizə aparıblar.
Azərbaycanı yarışda kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda üçüncü yer uğrunda Azərbaycan pilotu Adil Axundov ilə Livan təmsilçisi Abdo Feqali qarşılaşıb. Rəqibini məğlub edən Livan idmançısı bürünc medala sahib olub.
Həlledici görüş isə fransalı Anton Huber və almaniyalı Harald Müller arasında keçirilib. Əzmkarlıq nümayiş etdirən Anton Huber rəqibinə qalib gəlməklə birinci yerə çıxıb.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov kuboku qalibə təqdim edib.
2011-ci, 2012-ci, 2013-cü il mövsümlərində 110 mindən çox tamaşaçıya həyəcanlı anlar yaşadan “V1 Challenge” yarışı həm də sağlam həyat tərzini təbliğ edir.
Təqdimat şousu ilə əlaqədar cari il avqustun 25-də təlimlər təşkil olunub. Yarışda iştirak edən pilot və hakimlərə bu təlimlərdə nəzəri-praktik məşqlər keçirilib.
Azərbaycan Avtomobil Federasiyası yaxın müddətdə daha bir yeni layihəsini təqdim edəcək. Federasiyanın təşkilatçılığı ilə tezliklə Heydər Əliyev Mərkəzində klassik avtomobil sərgisi keçiriləcək. Sərgidə müxtəlif illərin və ölkələrin istehsalı olan avtomobillər nümayiş etdiriləcək. Avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyan sərgi maşın həvəskarlarını bir araya toplayaraq onlarda nostalji hisslər yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

