Daha 1 qızıl və 1 gümüş medal
26.09.2009 [20:34]
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan güləşçisi Yuliya Ratkeviç (59 kq) yığmamızın hesabına daha bir qızıl medal əlavə edib. Yuliya Ratkeviçin ilk rəqibi Braziliya güləşçisi Joyse Silva olub. İdmançımız 3 hissənin yekununda xal hesabı ilə rəqibini məğlub edib. O, yarımfinala çıxmaq üçün ABŞ təmsilçisi Deanra Rikslə qüvvəsini sınayıb. 4:3 hesablı qələbə ilə rəqibini məyus edən Yuliya növbəti mərhələyə yüksəlib. Onun yarımfinaldakı rəqibi macar Marianna Sastin olub. Ratkeviç bu dəfə də rəqibinə heç bir şans verməyib. Azərbaycan təmsilçisi həlledici görüşdə polşalı rəqibi Aqata Pyetrizik üzərində inamlı qələbə qazanıb və dünya çempionu tituluna sahib çıxıb.
Daha bir qadın güləşçimiz Sona Əhmədli (55 kq) isə qızıl medal uğrunda mübarizədə ikiqat Olimpiya çempionu Saori Yoşidaya müqavimət göstərə bilməyib. Sona Əhmədli turnirə uğurlu start götürüb. Həmyerlimiz Alyona Filipova (Belarus) üzərində çətin qələbə qazanıb. Xanım güləşçimiz 1/4 final görüşündə də sevinib. O, İtaliya təmsilçisi Valentina Minguzzi üzərində qələbə (3:0) qazanmaqla, yarımfinala çıxıb. Əhmədlinin final yolunda rəqibi Tatyana Suares olub. Həmvətənimiz ABŞ təmsilçisinin də kürəyini yerə vuraraq finala yüksəlib. O, qızıl medal uğrunda yapon güləşçisi ilə mübarizə aparmalı olub. öz çəkisində dünyanın ən yaxşı güləşçisi sayılan yapon pəhləvan bunu bir daha sübut edərək, qızıl medalı əldə edib. Püşk digər güləşçimiz Olesya Zamulaya üçün nisbətən güclü rəqib çıxarıb. O, ilk cəhdində Yaponiya təmsilçisi Mio Nişimaki ilə güləşib. Təəssüf ki, Olesya Sona və Yuliyadan fərqli olaraq, ilk görüşündəcə xalçanı məğlub tərk edib. Yapon rəqibi finaladək irəlilədiyindən Olesya təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz burada ilk rəqibi almaniyalı Stefani Stuberi məğlub edib. Növbəti cəhddə qazaxıstanlı Bena Şalyaginaya uduzan güləşçimiz bürünc medala sahib çıxa bilməyib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

