İxracın və investisiyaların yeni ünvanı
02.10.2024 [11:17]
Azərbaycan körfəz ölkələri ilə iqtisadi sahədə əlaqələrin coğrafiyasını genişləndirirAzərbaycanla Körfəz ölkələri arasında siyasi, iqtisadi, humanitar əlaqələr son illərdə intensivləşərək yüksək səviyyəyə qalxıb. Respublikamızın Körfəz Əməkdaşlığı Şurasında (KƏŞ) yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandan ibarət Körfəz Əməkdaşlıq Şurası Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələri artırmaq üçün müxətlif siyasi-iqtisadi qərarlar qəbul edib. Ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının baş katibinin və nümayəndə heyətinin Azərbaycanın dövlət başçısı səviyyəsində qəbul edilməsi bu region ölkələri ilə münasibətlərin strateji gündəliyini daha da zənginləşdirib.
KƏŞ ölkələri SPECA-nın Zirvə görüşündə iştirak edərək Azərbaycanla çoxşaxəli proqamların həyata keçirilməsi imkanlarını müzakirə edib, birgə investisiyaların yatırılması üçün real, təsirli addımlar atılmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin Mərkəzi Asiya regionu ölkələri ilə KƏŞ-in təmaslarında yaxınlaşmanın artması, eləcə də Türk Dövlətləri Təşkilatı ilə inteqrasiya prosesinin əlaqələndirilmiş platformaya istiqamətlənməsi böyük perspektivlərdən xəbər verir.
KƏŞ ölkələrindən Azərbaycana 4 milyard dollarlıq sərmayə...
Bu dayanıqlı iqtisadi ritm və dinamika çərçivəsində Azərbaycanın KƏŞ ölkələri ilə ticarət mübadiləsinin həcmi də son illərdə artıb. Ötən il əmtəə dövriyyəsində əhəmiyyətli dinamika qeydə alınıb və mal mübadiləsi 175 milyon dollara çatıb.
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsi 28 faiz artıb. Eyni zamanda, tərəflərin investisiya qoyuluşlarında da artımlar müşahidə edilir, hazırda KƏŞ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 4 milyard dollardan çoxdur. Ancaq həm ticarətdə, həm də sərmayələrdə imkanlar mövcud potensialdan qat-qat böyükdür.
Bir neçə gün əvvəl Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin İqtisadi forumunda isə müxtəlif sərmayə sahələri üzrə layihələrə start verilməsinin zərurliyi bildirilib. Tərəflər bununla bağlı yekun saziş imzalayıb ki, bu, sərmayə təşviqləri istiqamətində çevik və praktiki addımlar üçün hüquqi-iqtisai zəmin sayıla bilər.Belə ki, AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən, AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi və investisiyaların cəlb olunması, ticarət missiyalarının təşkil yolu ilə iqtisadi dövriyyələrin artırılması nəzərdə tutulur.
Son illərdə KƏŞ ölkələrindən Azərbaycan gələn turistlərin sayında isə rekord nəticələr qeyd alınıb. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 milyon 748 min nəfər gəlib ki, onların böyük bir qismi körfəz ölkələrinin vətəndaşlarıdır. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu regiondan gələn turistlərin sayı 34,5 faiz artıb. Həmin turistlərin sırasında kiçik və orta biznesin nümayəndələrinin olması isə Azərbaycandakı biznes iqlimi ilə daha yaxından tanış olmaq imkanı verir.
“ACWA Power” və “Masdar”ın sərmayə liderliyi...
Məhz bu imkanları nəzərə alaraq daha irihəcmli sərmayə portfelləri müəyyənləşib. KƏŞ ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər Azərbaycanın hidrogen və bərpaolunan enerji sektorlarına böyükhəcmli investisiyalar qoymaq niyyətindədir. Yeni sərmayə təşviqi siyasətinə əsasən, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 meqavat gücə malik külək elektrik stansiyasının yaradılmasına 290 milyon dollar sərmayə qoyub. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb. “Masdar”la 3 ay əvvəl imzalanmış sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər.
Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Göründüyü kimi KƏŞ ölkələri Azərbaycanın əsas iqtisadi strateji tərəfdaşına çevrilib və ölkəmizdə icra edəcəyi layihələr həm də iqtisadi və sosial məzmun kəsb edir. Bu cür layihələr iqtisadiyyatın sənaye sektorunun inkişafı və infrastrukturlar üçün xammal və ehtiyatlar sahəsində canlanmasnı təmin edəcək, yüzlərlə işçinin layihələrə cəlb olunması isə onların sosial rifahına töhfələr verəcək.
Qarabağ və Şərqi-Zəngəzura “yaşıl investisiyalar”..
Məlum olduğu kimi Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Bunlar bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarının tətbiqi, ağıllı enerji idarəetmə kimi modellərdir.
KƏŞ ölkələri, xüsusilə də “ACWA Power” və “Masdar” bu ərazilərdəki “yaşıl enerji”yə böyük maraq göstərir və yaxın vaxtlarda azad edilmiş ərazilərin bərpaolunan enerji mənbələrinin istismarına dair KƏŞ ölkələri ilə sazişlərin imzalanması ehtimal edilir. Bir neçə ay əvvəl bir missiya ilə ölkəmizdə olan KƏŞ dövlətlərinin biznes icması Azərbaycanda formalaşmış əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış cəlbedici imkanlarla tanış olduqdan sonra investisiya planlarını hazırlayacaqlarını bəyan edib. Xüsusilə də sənaye texnologiyaları parklarına, azad edilmiş ərazilərdəki müxətlif biznes sektorlara tətbiq edilən vergi və gömrük güzəştləri fonunda texnologiyalara, bərpa olunan enerjiyə sərmayə yatırımları onlar üçün daha cəlbedicidir. Nəzərə alsaq ki, Qarabağ və Şərqi-Zəngəzur hazırda azad biznes üçün cənnət zonadır, bu baxımdam KƏŞ ölkələrinin bu bölgədə fəaliyyət imkanları daha cəlbedici görünür.
Hazırda respublikamızın mövcud tranzit-ligistika imkanlarının genişlənməsi, bir sıra region dövlətləri ilə çoxşaxəli tranzit platforması qurması KƏŞ-ə üzv ölkələrlə əməkdaşlığın coğrafiyasını da inkişaf etdirməyə imkan verir. Birgə fəaliyyət kursu aparıcı iqtisadi sektorları, o cümlədən energetika, bərpa olunan enerji, nəqliyyat, logistika, turizm, xidmət sahələrini inkişaf etdirmək üçün münbit şərait yaradır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
16 Oktyabr 12:42
Dünya
16 Oktyabr 12:39
YAP xəbərləri
16 Oktyabr 12:34
Sosial
16 Oktyabr 12:31
Xəbər lenti
16 Oktyabr 12:29
İdman
16 Oktyabr 12:27
Sosial
16 Oktyabr 12:21
Hərbi
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 12:11
İqtisadiyyat
16 Oktyabr 12:04
Hadisə
16 Oktyabr 11:43
Siyasət
16 Oktyabr 11:39
Hadisə
16 Oktyabr 11:33
Hadisə
16 Oktyabr 11:12
İdman
16 Oktyabr 11:11
Sosial
16 Oktyabr 11:08
Siyasət
16 Oktyabr 11:08
Sosial
16 Oktyabr 11:08
YAP xəbərləri
16 Oktyabr 11:06
İqtisadiyyat
16 Oktyabr 11:02
Dünya
16 Oktyabr 11:01
MEDİA
16 Oktyabr 10:45
Sosial
16 Oktyabr 10:28
Hadisə
16 Oktyabr 10:24
Sosial
16 Oktyabr 10:20
Siyasət
16 Oktyabr 10:18
Siyasət
16 Oktyabr 10:12
Siyasət
16 Oktyabr 09:52
Siyasət
16 Oktyabr 09:34
İqtisadiyyat
16 Oktyabr 09:12
İqtisadiyyat
16 Oktyabr 08:59
Dünya
16 Oktyabr 08:36
Siyasət
16 Oktyabr 08:16
Sosial
16 Oktyabr 07:43
Maraqlı
16 Oktyabr 07:17
İqtisadiyyat
15 Oktyabr 23:39
Xəbər lenti
15 Oktyabr 23:18
İqtisadiyyat
15 Oktyabr 22:57
Dünya
15 Oktyabr 22:34
COP29
15 Oktyabr 22:13
Mədəniyyət
15 Oktyabr 21:59
Dünya
15 Oktyabr 21:37
Sosial
15 Oktyabr 21:24
Siyasət
15 Oktyabr 21:18
Xəbər lenti
15 Oktyabr 21:11
YAP xəbərləri
15 Oktyabr 21:09
Elm
15 Oktyabr 20:49
İqtisadiyyat
15 Oktyabr 20:38
Elm
15 Oktyabr 20:17
Sosial
15 Oktyabr 19:54
İqtisadiyyat
15 Oktyabr 19:34
Elm
15 Oktyabr 19:13
Xəbər lenti
15 Oktyabr 18:52
Dünya
15 Oktyabr 18:31
Dünya
15 Oktyabr 18:14
Xəbər lenti
15 Oktyabr 17:58
Siyasət
15 Oktyabr 17:41
İqtisadiyyat
15 Oktyabr 17:39
Mədəniyyət
15 Oktyabr 17:18
Elm
15 Oktyabr 16:56
İdman
15 Oktyabr 16:42
YAP xəbərləri
15 Oktyabr 16:41
YAP xəbərləri
15 Oktyabr 16:39
COP29
15 Oktyabr 16:15
YAP xəbərləri
15 Oktyabr 15:42
YAP xəbərləri
15 Oktyabr 15:38
İqtisadiyyat
15 Oktyabr 15:37
Siyasət
15 Oktyabr 15:36
İqtisadiyyat
15 Oktyabr 15:21
İdman
15 Oktyabr 15:20