2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir?
09.06.2026 [14:15]
Cari ilin ikinci yarısına yaxınlaşdıqca qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklər yenidən investorların diqqət mərkəzinə çevrilib. Son aylarda Yaxın Şərqdə artan gərginlik, neft qiymətlərində dalğalanmalar və qızılın tarixi yüksək səviyyələrə yaxınlaşması bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. Bununla yanaşı, investorlar ABŞ Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı növbəti qərarlarını diqqətlə izləyirlər. Belə bir şəraitdə neft, enerji bazarlarının və əsas valyutaların ilin sonunadək necə dəyişəcəyi ilə bağlı gözləntilər aktuallığını qoruyur.
İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında qlobal bazarlarda gözlənilən tendensiyalar, neft və qızıl qiymətlərinin perspektivləri, eləcə də dolların mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ilin ikinci yarısında da dünya birjalarını qeyri-müəyyənlik və volatillik gözləyir.
“Bu prosesə təsir edən əsas amillərdən biri ABŞ Mərkəzi Bankının həyata keçirəcəyi faiz dərəcəsi siyasəti və verəcəyi mesajlar olacaq. Digər mühüm amil isə Yaxın Şərqdə, xüsusilə İran–ABŞ–İsrail xəttində hadisələrin hansı istiqamətdə inkişaf etməsi və gərginliyin hansı formada dəyişməsidir. Eyni zamanda, qlobal iqtisadi artımın zəifləməsi və inflyasiya təzyiqləri də birjalara təsir göstərən əsas faktorlar sırasında qalacaq”,- deyə o diqqətə çatdırıb.
X.Kərimlinin fikrincə, qızıl bazarında qiymətlərin hərəkəti əsasən geosiyasi gərginliklərdən ilhamlanacaq: “Mərkəzi bankların qızıl alışlarının və ehtiyatların diversifikasiya siyasətinin təsirindən qiymətlərin artım istiqamətində hərəkət edəcəyi gözlənilir. Bununla yanaşı, ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasəti də qızılın qiymətinə təsir göstərən vacib faktorlardan biridir. Qlobal inflyasiyanın artması və kəskin faiz siyasəti qızılın bahalaşmasını məhdudlaşdıran amildir”.
Enerji bazarlarına gəlincə, ekspert burada da volatillik və qiymət tərəddüdlərinin davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, neft bazarında əsas diqqət Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında baş verən proseslərə yönələcək.
X.Kərimli qeyd edib ki, qlobal iqtisadi artımın zəifləməsi və Körfəz regionundan kənar ölkələrin hasilatı artırması neftin kəskin bahalaşmasının qarşısını ala bilər.
“Eyni zamanda, Yaxın Şərqdə gərginlik azalarsa və Hörmüz boğazı açılarsa neft qiymətlərində kəskin ucuzlaşma müşahidə edə bilərik”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, ilin ikinci yarısında da dollar qlobal valyuta bazarında dominant mövqeyini qoruyacaq: “Dolların digər aparıcı valyutalara nisbətdə məzənnə dinamikası isə əsasən ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasətindən birbaşa asılı olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

