Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib
19.06.2026 [18:22]
Bu gün Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə Qazax–Tovuz iqtisadi rayonu üzrə regional müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəmkirdə təşkil olunan tədbir Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədini daşıyıb.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri barədə iştirakçılara məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən sistemli aqrar islahatlar sektorunun inkişafında mühüm nəticələrə səbəb olub. Qeyd olunub ki, mayın 25-də keçirilmiş müşavirədə verilən tapşırıqlar aqrar siyasətin yeni inkişaf mərhələsini müəyyənləşdirib.
Onun sözlərinə görə, qəbul edilmiş Dövlət Proqramı məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədlərinə xidmət edir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təqdimatla çıxış edərək bildirib ki, Dövlət Proqramı 5 məqsəd, 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti və 86 tədbiri əhatə edir və nəticəyönümlü indikatorlar əsasında formalaşdırılıb.
Onun sözlərinə görə, intensiv bağ sahələrinin genişləndirilməsi, buğda məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin inkişafı, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması və intensiv heyvandarlığın təşviqi əsas prioritetlər sırasındadır: "22 hədəf rayonda taxılçılığın inkişafı və orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, pivot, damcı və sprinkler suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi hesabına su ehtiyatlarından daha səmərəli istifadəyə nail olunması planlaşdırılır".
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov çıxışında qeyd edib ki, Qazax–Tovuz iqtisadi rayonunda aqrar sahənin dayanıqlı inkişafı üçün etibarlı su təminatı və su resurslarının səmərəli idarə olunması əsas şərtlərdəndir.
Bildirib ki, son 20 ildə bu istiqamətdə geniş infrastruktur layihələri icra olunub. Ümumi sututumu 557 milyon kubmetr olan Taxtakörpü, Heydər Əliyev, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları istifadəyə verilib, minlərlə kilometr suvarma və drenaj şəbəkəsi tikilərək və ya bərpa edilərək istifadəyə təqdim olunub. Həmçinin minlərlə subartezian quyusu qazılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun aqrar potensialı və son illərdə əldə olunmuş nəticələr barədə məlumat verib.
Qeyd edib ki, rayonun əlverişli təbii-iqlim şəraiti, münbit torpaq ehtiyatları və su təminatı kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar yaradır. Bitkiçilik, kartofçuluq, meyvəçilik, üzümçülük və istixana təsərrüfatlarında yüksək göstəricilər əldə olunub. Eyni zamanda, istixana komplekslərinin genişlənməsi regionda məşğulluğun artırılmasına mühüm töhfə verir.
Müşavirədə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan fermerlər və sahibkarlar da çıxış edərək istehsal imkanları, mövcud çağırışlar və inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Onlar aqrar sahəyə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, yeni Dövlət Proqramında nəzərdə tutulan mexanizmlərin məhsuldarlığın və istehsal həcmlərinin artırılmasına mühüm təsir göstərəcəyini bildiriblər.
Tədbirin yekununda Natiq Əmirov vurğulayıb ki, aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olacaq.
Sonda qeyd olunub ki, müşavirədə səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

