Ölkədəki 52 qeyri-yaşayış binasında enerji idarəçisi təyin edilib
09.07.2026 [22:19]
Ölkədə yüksək enerji istehlak edən qeyri-yaşayış binalarında enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Energetika Nazirliyinin iştirakı ilə 52 enerji idarəçisi (meneceri) təyin olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, tikinti sahəsi ən azı 10 min kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisi təyin edilməsi məcburidir. Enerji idarəçiləri müəssisələrdə enerji istehlakının monitorinqi və təhlilini aparır, enerji itkilərinin müəyyənləşdirilməsi və azaldılması, enerji səmərəliliyinin artırılması, həmçinin enerji resurslarından daha rasional istifadənin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə dəstək göstərirlər.
Enerji idarəetmə sisteminin tətbiqi müəssisələrə enerji xərclərinin optimallaşdırılmasına, kommunal ödənişlərin azaldılmasına, enerji itkilərinin minimuma endirilməsinə və mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır. Bu baxımdan enerji idarəçisi müəssisələrdə enerji siyasətinin həyata keçirilməsində və enerji səmərəliliyi tədbirlərinin koordinasiyasında mühüm rol oynayır.
Energetika Nazirliyi yüksək enerji istehlak edən qeyri-yaşayış binalarının mülkiyyətçilərini və idarəçilərini qanunvericiliyin tələblərinə uyğun olaraq enerji idarəçisi təyin etməyə və enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlərə fəal qoşulmağa çağırır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

