Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / SOCAR “Üstyurt” layihəsi üzrə seysmik məlumatların emalının başa çatacağı tarixi açıqlayıb

SOCAR “Üstyurt” layihəsi üzrə seysmik məlumatların emalının başa çatacağı tarixi açıqlayıb

17.07.2026 [23:20]

SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi çərçivəsində toplanmış seysmik məlumatların həcminin böyük olduğu nəzərə alınaraq emalının 2027-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Qeyd olunub ki, geoloji ehtiyatlar barədə konkret rəqəmlərin açıqlanması əldə edilmiş məlumatların tam analiz edilməsindən sonra mümkün olacaq.

“Geoloji seysmik məlumatların emalı və interpretasiyası mərhələsindən sonra kəşfiyyat quyusunun planlaşdırılması işinə başlanılacaq. Məlumatların tam analiz edilməsindən sonra qərarlar barədə informasiya mətbuata açıqlanacaq”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) iştirak payları belədir: bp - 40 faiz, “Uzbekneftegaz” SC - 30 faiz və SOCAR (operator) - 30 faiz.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31